Məhkəmə qərarları › İş №2(011)-4869/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4869/2022

09.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4869/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətisi olduğu Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzilinin mülkiyyətçisidir, həmin ev 2001-ci ildə alınmışdır, həmin mənzilə dair ona Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, Cavabdeh keçmiş həyat yoldaşıdır, onunla 2000-ci ildə rəsmi nikaha daxil olmuşdurlar və aralarında olan nikah 16 dekabr 2015-ci il tarixdə məhkəmənin qətnaməsinə əsasən pozulmuş və bu barədə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir, nikah pozularkən ev 2 yerə bölünmüşdür, cavabdeh ona 8 il ərzində aliment verməmişdir, bu səbəbdən aliment borcunu bağlamaq üçün evi ona bağışlamışdır, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Notariat kontorunda bağlanmış 20 iyun 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mənzilin cavabdehə məxsus 2/5 payı ona hədiyyə edilmişdir, eyni zamanda cavabdeh Süleymanov' Asif İbrahim oğlu notariat orqanında ərizə yazaraq ərizəsində qeyd etmişdir ki, “bağışladığı payına düşən 2/5 hissəyə məxsus olan mənzilə dair heç bir iddia qaldırmayacaqdır, İddiaçı olan bütün borclarını tam şəkildə ödəmişdir, lakin bu yaxınlarda ona məlum olmuşdur ki, mülkiyyətçisi olduğu mənzildə, yəni Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzildə Cavabdeh qeydiyyatdadır, cavabdeh hazırda ailəlidir, 2014-cü il tarixdən həmin mənzildə yaşamır, cavabdehə mənzilindən qeydiyyatdan çıxmasını, öz yaşadığı evdə qeydiyyata düşməsini desə də, cavabdeh müxtəlif bəhanələrlə sənəd hazır deyil və s. bəhanələrlə boyun qaçırır, cavabdehin onun həmin mənzildə formal olaraq pasport qeydiyyatında qalması mülkiyyət hüquqlarımn sərbəst surətdə həyata keçirməyinə mane olur, habelə ona görə mənzilə dair 5 sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir, bu səbəbdən də, hesab edir ki, cavabdehin istifadə hüquqlarına xitam verilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh ilkin dindirmə zamanı bildirmişdir ki, iki uşağı var, uşaqları həmin evdə yaşayır, hazırda özü ailəlidir, həmin nikahdan 2020-ci il təvəllüdlü bir uşağı da var, hazırda mübahisəli mənzildə deyil, Saray qəsəbəsində yaşayır, amma orada qeydiyyata düşməyi mümkün deyil, çünki sənədlər hazır deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4837/2015 saylı 07 sentyabr 2015-ci il tarixli Qətnaməsindən görünür ki, X4 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 aprel 2015-ci il tarixli qətnaməsi qismən – Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzilinə payların müəyyən edilməsi hissəsində ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzilinə Cavabdeh 2/5 hissədə, X1 3/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh və İddiaçı arasında bağlanmış 20 iyun 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,9 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 2/5 hissədə hədiyyə alan İddiaçı verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 233061 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasındakı nikah 16 dekabr 2015-ci il tarixində pozulmuşdur, bu barədə 531 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş **********753 saylı xx.xx.2020-ci il tarixli Ərizənin surətindən görünür ki, Cavabdeh bildirmişdir ki, İddiaçı bağışladığı onun payına düşən 2/5 hissəyə məxsus olan mənzilə dair heç bir iddia qaldırmayacaqdır, İddiaçı ona bütün borclarını tam şəkildə ödəmişdir, hal-hazırda heç bir borcu qalmamışdır, gələcəkdə bunlarla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır, həmin mənzildə qeydiyyatda olan digər şəxslər Cavabdeh, X3 və X2r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah 16 dekabr 2015-ci ildə pozulmuşdur, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4837/2015 saylı 07 sentyabr 2015-ci il tarixli Qətnaməsi ilə mübahisəli Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzilinə Cavabdeh 2/5 hissədə, iddiaçı Süleymanova (Əliyeva) Röya Raquf qızının 3/5 hissədə payı müəyyən edilmişdir, tərəflər arasında bağlanmış 20 iyun 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh həmin mənzilin paylı mülkiyyət üzrə ona məxsus 2/5 hissəsini İddiaçı bağışlamış, notariat qaydasında təsdiqlənmiş xx.xx.2020-ci il tarixli ərizə ilə, Əliyeva (Süleymanova) Röya Raquf qızına bağışladığı onun payına düşən 2/5 hissəyə məxsus olan mənzilə dair heç bir iddia qaldırmayacağını, gələcəkdə bununla bağlı heç bir iddiası və tələbinin olmayacağını bildirmişdir, mənzil xx.xx.2020-ci ildən tam paylı xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır, Cavabdeh, yenidən ailə həyatı qurmuşdur, mübahisəli ünvanda rəsmi qeydiyyatda olsa da hazırda orada yaşamır, mənzildən istifadə etmir. Bununla belə cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzildən cavabdeh istifadə hüququna xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 11 saylı evin 82 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1-dən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar