Məhkəmə qərarları › İş №2(011)-4897/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4897/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4897/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən aparılan qiymətləndirmələrin nəticələrinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə hazırlıq iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi əmlakın qiymətləndirilməsi barədə nəticələrin qanunsuz hesab edilməsi barədədir, cavabdehlər olaraq Cavabdeh1 MMC və Cavabdeh2 MMC göstərilmişdir. Bununla belə, iddia ərizəsi və ona əlavə olunmuş sübutlardan əmlakla bağlı hərracın keçirilməsi görünmür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə əmlakla bağlı hərrac keçirilmədiyindən, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı deyildir, buna görə də iş hazırda hazırlıq mərhələsində olduğundan hazırkı mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməli və iddiaçılara aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2021 saylı xx.xx.2021-ci il tarixli icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadı ilə müəyyən edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatına xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. İddiaçılara aidiyyəti üzrə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunsun. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar