Məhkəmə qərarları › İş №2(011)-491/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-491/2023

25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-491/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqazın ailəsinə və ona verdiyi zülmə görə cəzalandırılmasını, Azərbaycan vətəndaşına atdığı şər və böhtanlara görə cavabdeh şəxslərin cəzalandırılmasını, Azəriqazın ona bu müddət ərzində vurduğu maddi və mənəvi ziyana görə 20000 Azərbaycan manatı ilə kompensasiya etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2020-ci ilin iyun ayından bugünədək Cavabdeh İB heç bir əsas olmadan, onu və ailəsini təbii qaz istifadəsindən məhrum etmişdir, onlara etdiyi şifahi və yazılı müraciətlərə baxmayaraq, heç bir tədbir görməmişdir, bu səbəbdən Xəzər rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2553/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən ona təbii qazdan istifadəyə görə əsassız hesablanmış 145,80 manat borcun silinməsi qət edilmişdir, borcun silinməsi hissəsində qətnamə əsaslı olsa da, ərizə mənəvi zərərin ödənilməsi hissədə təmin edilməmişdir, həmin qətnamədən razı qalmadığından, yenidən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə qətnamə qəbul edərək, ona 200 manat təzminat ödənilməsi qərarını çıxarmışdır, iki il ərzində cavabdehə nə qədər müraciət etsə də, cavabdeh nə ona, nə də çıxarılmış məhkəmə qətnamələrinə məhəl qoymamışdır, evində təbii qaz olmadığı üçün özü və ailəsi çox çətin vəziyyətə düşmüşdür, məlum olan haldır ki, təbii qaz həyatın ən vacib elementlərindədir, kasıb ailə üçün isə onun alternativi yoxdur, iki il qış ayları ərzində yaşadıqları ev soyuq olmuş, çətin günlər keçirmişdirlər, yaşadığı Türkan, Üzümçülük qəsəbəsi sovxozu Bağlar massivi də yaşamaq üçün heç bir standarta cavab vermir, ərazidə yol, içməli su, internet, telefon və s. yoxdur, bu müddətin pandemiya dövrünə təsadüf etməsi isə vəziyyəti daha da çətinləşdirmiş, dözülməz hala gətirib çıxarmışdır, qətnamə çıxarılmazdan əvvəldən 2020-ci ilin iyun ayından 2022-ci ilin noyabr ayınadək 870 gündən artıq qazsız qalmışdır, bu müddət ərzində ona zülm etmişdirlər, çox çətinliklər çəkmişdir, hazırda 870 gün ərzində çəkdiyi əziyyətin, ona dəymiş ziyanın əvəzini istəyir, apellyasiya instansiyasında qərar çıxarılmışdır, lakin bundan sonra da qətnamə icra edilməmişdir, qətnamə çıxarıldıqdan sonra da ünvanına qazın verilməsi bərpa olunmamışdır, bu müddət ərzində həm özü, həm ailəsi çox zərər çəkmişdir, bu barədə bütün orqanlara müraciət etmişdir, nəticəsi olmamışdır, daha sonra cavabdehə sosial şəbəkədə müraciət etmiş və 2022-ci ilin noyabr ayının 15-də evinə təbii qazın verilişi bərpa olunmuşdur, qətnamələrlə bağlı icra işi ilə maraqlanmamışdır, icra orqanı tərəfindən cavabdehə lazımi qaydada məlumat verilməsi, icra tədbirlərinin görülməsi barədə hər hansı bir məlumatı yoxdur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı əvvəllər də mənəvi ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir, bu barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, bu səbəbdən eyni predmetə görə ikinci dəfə iddia qaldırıla bilməz, həmçinin iddaçı qətnamənin icra olunması barədə cavabdehə müraciət etsə də, bununla bağlı müvafiq icra orqanına müraciət etməmişdir, icra orqanı tərəfindən Birliyə müraciət edildikdən dərhal sonra noyabr ayının 15-də iddiaçının qazı bərpa olunmuşdur, cavabdeh icra qurumu deyildir, qətnamənin icra olunması barədə bildiriş və qərar yalnız icra orqanı tərəfindən Cavabdehnə ünvanlanmalıdır, ünvanlandıqdan sonra da cavabdeh vaxtında öz öhdəliklərini könüllü yerinə yetirmişdir. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2553/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 145,80 manat borcun silinməsi, Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2553/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən – mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə dair hissədə ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Qətnamə çıxarıldığı andan qüvvəyə minmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2553/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qismən – mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə dair hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmişdir, vurulmuş mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilməlidir, qətnamə dərhal qüvvəyə minmişdir, icra sənədinin verildiyi tarix 10 iyun 2021-ci ildir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3732/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli e145133/2021-1-19 saylı “tələbin könüllü icrası haqqında” Bildirişdən görünür ki, Cavabdehndən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh Bakı X2 departamenti tərəfindən Xətai rayon İcra şöbəsinin rəisinə ünvanlanmış 02 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, 2(103)-3732/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin könüllü icra edildiyi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli 167684/2020-1-20 saylı Xəbərdarlıq məktubundan görünür ki, sonuncuya icra sənədi üzrə Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 145,80 manat borcun silinməli və Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalı olduğu bildirilmiş, icra sənədi üzrə tələbin dərhal təmin edilməsi tələb olunmuşdur. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, borcun silinməsi və mənəvi ziyanın ödənilməsi barədə tələblə Xəzər rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2553/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh İB tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 145,80 manat borcun silinməsi qət edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə həmin qətnamə qismən – mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə dair hissədə ləğv edilmiş, vurulmuş mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir, həmin qətnamə çıxarıldığı andan qüvvəyə minmiş, icra olunması üçün 10 iyun 2021-ci il tarixdə Xətai rayon icra şöbəsinə göndərilmişdir, 11 iyun 2021-ci il tarixdə icra şöbəsi tərəfindən “icraata başlamaq” haqqında qərar qəbul edilmiş və Cavabdeh İB-yə “tələbin könüllü icrası” barədə eyni tarixli bildiriş göndərilmişdir, 02 iyul 2021-ci il tarixli məktubla 2(103)-3732/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin könüllü icra edildiyi qeyd edilmişdir, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixli 167684/2020-1-20 saylı Xəbərdarlıq məktubu ünvanlanmaqla, ondan “iddiaçıya hesablanmış 145,80 manat borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması” barədə icra sənədinin dərhal icra olunmasını xahiş etmişdir, 15 noyabr 2022-ci ildə iddiaçının yaşadığı ünvanda qaz təchizatının verilməsi bərpa olunmuşdur, hazırki tələb iddiaçıya, onun yaşadığı ünvana təbii qazın verilmədiyi dövr ərzində - 2020-ci ilin iyun ayından bərpa olunduğu 2022-ci ilin noyabr ayınadək (870 gün) - dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədədir. Bununla belə, cavabdeh tərəfindən zərərin vurulmasına dair, o cümlədən cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlinə (hərəkət və ya hərəkətsizlik) dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, mənəvi zərərin ödənilməsi barədə iddiaların təmin edilməsi konkret hallarla - iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi hallarından asılı edilmiş, bununla belə, hazırki iş üzrə belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, cavabdehin “870 gün ərzində qazsız qalması nəticəsində ona zərər dəyməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının özünün də təsdiq etdiyi kimi 870 gün müddətin bir hissəsi, əvvəlki məhkəmə qətnaməsi qəbul edilənədək yaranmış zərər dövrünü (həmin dövr üzrə hallarla bağlıdır) əhatə edir ki, buna da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə hüquqi qiymət verilmiş, Cavabdeh İB-dən vurulmuş mənəvi zərərə görə 200 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə, cavabdehin “mənəvi zərərlə bağlı iddia tələbinə hüquqi qiymət verildiyi tarixdən (məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən) sonrakı dövr ərzində dəymiş zərərin ödənilməsinə” münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmə qətnamələrinin məcburi icrası icra şöbələri tərəfindən həyata keçirilir, buna uyğun olaraq, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə “icraata başlamaq” haqqında qərar qəbul edilmiş, Cavabdeh İB-yə “icra sənədinin könüllü icrası” barədə xx.xx.2021-ci il tarixli bildiriş göndərilməklə, ondan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3732/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin (mənəvi zərərə görə 200 manat) könüllü icra edilməsi tələb edilmişdir, buna cavab olaraq Cavabdeh İB, xx.xx.2021-ci il tarixli məktubla həmin icra sənədi üzrə tələbin könüllü icra edildiyini bildirmişdir, həmçinin İcra qurumunun xx.xx.2022-ci il tarixli digər məktubu əsasında Cavabdeh İB-dən “145,80 manat borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması” barədə icra sənədinin dərhal icra olunması tələb edilmiş (Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2553/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında), xx.xx.2022-ci il tarixdə icra sənədi icra olunmaqla, iddiaçının yaşadığı ünvana təbii qaz təchizatının verilməsi bərpa edilmişdir. Qeyd edilənlər isə cavabdehin əməlinin (hərəkət və hərəkətsizlik) məhkəmə tərəfindən qanunsuz kimi qiymətləndirilməsini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli Qanununun 12-ci maddəsinə əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Azəriqazın ailəsinə və ona verdiyi zülmə görə cəzalandırılması, Azərbaycan vətəndaşına atdığı şər və böhtanlara görə cavabdeh şəxslərin cəzalandırılması, Azəriqazın ona bu müddət ərzində vurduğu maddi və mənəvi ziyana görə 20000 Azərbaycan manatı ilə kompensasiya etməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və hazırki iddia tələbi rədd edildiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “Azəriqazın ailəsinə və ona verdiyi zülmə görə cəzalandırılması, Azərbaycan vətəndaşına atdığı şər və böhtanlara görə cavabdeh şəxslərin cəzalandırılması, Azəriqazın ona bu müddət ərzində vurduğu maddi və mənəvi ziyana görə 20000 Azərbaycan manatı ilə kompensasiya etməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar