Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4957/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X5, X14, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, X11, X9, Cavabdeh9 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisindən daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Satıcının yaşayış sahəsini iddiaçıya satmasına baxmayaraq, satdıqdan sonra onun özü və ailə üzvləri həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mülkiyyət hüquqlarını pozmaqdadır.
İddiaçının tələbi:
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X2, X12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X6, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, X10, X8, X8, Cavabdeh9 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin "cavabdehlər" qismində cavabdehlərin tam siyahısını göstərmədiyini qeyd etmiş və X1, X2, Cavabdeh10, X12, X6, X10, X8 cavabdeh qismində cəlb edilməsini və mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdehlər tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdehlər alqı-satqı müqaviləsinə əsasən mənzili əldə etmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman cavabdeh və onun ailə üzvləri mənzilə qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürsələr də bu günə qədər qeydiyyatdan çıxmamışlar və bu hal onun mülkiyyət hüquqlarını pozur. İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh4 öz izahatında qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçıya satılmasına etiraz etməmişdir, qeydiyyatdan çıxmalı idi, lakin onun hazırda Bakı şəhərində qeydiyyata düşməyə başqa bir ünvanı yoxdur. Bu isə gələcəkdə onlara bir çox məsələlərdə problem yaradacaqdır.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh5 öz izahatında qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçıya satılmasına etiraz etməmişdir, qeydiyyatdan çıxmalı idi, hazırda Binə qəsəbəsində ev almışdır, lakin həmin mənzilin çıxarışı yoxdur, deyilmişdir ki, çıxarış veriləcək. Hazırda iddiaçıya məxsus ünvana istifadə hüququna xitam verilməsinə etirazı yoxdur.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. xx.xx.2023-cü il tarixli, 9MANZL ********* nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı (Cavabdeh9) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104,78 kv/m, yaşayış sahəsi 76,18 kv/m, 5 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən tam hissədə alıcı-ipoteka qoyanın (İddiaçı) mülkiyyətinə verir.
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
11. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, cavabdehlər hər biri ünvan 3 ünvanında qeydiyyatdadırlar.
12. Cavabdeh5 tərəfindən notarial qaydada verilmiş **********832 nömrəli xx.xx.2023cü il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür.
13. Cavabdeh7 tərəfindən notarial qaydada verilmiş **********834 nömrəli xx.xx.2023cü il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür.
14. Cavabdeh6 tərəfindən notarial qaydada verilmiş **********970 nömrəli xx.xx.2023cü il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür.
15. X3 tərəfindən notarial qaydada verilmiş **********547 nömrəli xx.xx.2023-cü il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür.
16. Cavabdeh8 tərəfindən notarial qaydada verilmiş **********833 nömrəli xx.xx.2023cü il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür.
17. Cavabdeh1 tərəfindən notarial qaydada verilmiş **********695 nömrəli xx.xx.2023cü il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına, mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.
18. Cavabdeh9 tərəfindən ( Cavabdeh2 əvəzinə) xx.xx.2023-cü il tarixli **********245 nömrəli notarial qaydada verilmiş ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və "xxxx" ASC-yə və onun hər hansı filialına götürülən kreditin təminatı kimi ipoteka qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın bir ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi hər hansı şərtsiz əmlakı tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir.
19. Cavabdeh3 tərəfindən notarial qaydada verilmiş **********582 nömrəli xx.xx.2023cü il tarixli ərizəyə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür.
20. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarı: Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. ... mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il Qərarı: «Mülkiyyət hüququ»nun anlayşı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 9MANZL ********* nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı (Cavabdeh9) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104,78 kv/m, yaşayış sahəsi 76,18 kv/m, 5 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən tam hissədə alıcı-ipoteka qoyanın (İddiaçı) mülkiyyətinə vermiş, mənzil iddiaçının mülkiyyətinə keçmiş (§8) və ona xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir (§9). İş materiallarına və məhkəmə tərəfindən verilmiş sorğuya cavaba əsasən müəyyən edilmişdir ki, cavabdehlər əvvəlki mülkiyyətçi Cavabdeh9 qohumlarıdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, X3, Cavabdeh8, Cavabdeh1, Cavabdeh9 (Cavabdeh2 əvəzinə), Cavabdeh3 notarial qaydada mənzilin satışına etiraz etmədiklərini bildirmişdirlər. (§11-18). Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki mübahisəyə AR MM-nin 228.5-ci maddəsində qeyd olunmuş müddəlar tətbiq olunmalıdır (§15).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır (§18). Göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olduğundan onların da mənzildən istifadə hüquqları yaranmışdır. Lakin mənzil satıldıqdan sonra daimi olaraq köçüb başqa yaşayış yerinə getməklə, mənzildən istifadə hüquqları ilə bağlığı daimi olaraq kəsmişdir. Eyni zamanda cavabdehlər notarial qaydada ərizə verərək mənzilin satışına etiraz etmədiklərini bildirmişdirlər və mənzilin satıldığından, mənzildən qeydiyyatdan çıxmalı olduqlarından xəbərdar olmuşdurlar. Notarial qaydada verilmiş ərizələrə əsasən mənzildən pasport qeydiyyatından çıxmağı öz öhdələrinə götürmüşdürlər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
32. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı keçmiş mülkiyyətçinin və onun ailə üzvlərinin mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq mənzili əldə etmişdir. Lakin satıcı özü və onun ailə üzvləri, qohumları hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə o iddiaçının ailə üzvü də deyil. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə kommunal xərclərə səbəb olur. Eyni zamanda cavabdehlərin qeydiyyatı formal xarakter daşıdığından, onların həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§15).
33. Azərbaycan Respublikası MM-nin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırki mülki iş üzrə cavabdehlər – X1, X2, X12, X6, X10, Cavabdeh10 və X8 hazırki mənzildən istifadə hüquqları məhz Azərbaycan Respublikası MM-nin 27.2-ci maddəsinə əsasən yaranmış, onların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edilmişdir. Valideynlər- Cavabdeh4, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6 mənzilə istifadə hüquqlarına xitam verildiyindən yetkinlik yaşına çatmayan cavabdehlər X1, X2, X12, X6, X10, Cavabdeh10 və X8 da mənzilə istifadə hüquqlarına xitam verilməlidir.
34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər- Cavabdeh1, Cavabdeh2, X1, X2, X12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X6, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, X10, X8, Cavabdeh9 Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 2 ünvanında yerləşən 73 nömrəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X2, X12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X6, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, X10, X8, Cavabdeh9 Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 2 ünvanında yerləşən 73 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova