Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4993/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “kommunal xərclər ilə bağlı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 (X9 İstismar İdarəsi) üzərinə ona məxsus Ağsu şəhəri Yusif Əliyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin qaz təchizatı üçün onunla yeni alqı-satqı müqaviləsinin bağlanılması və abonent kodu verilməsi vəzifəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində əvvələr qeydiyyatda olan X2 adına olan **********00570 saylı abonent kodu üzrə olan 1524,10 (bir min beş yüz iyirmi dörd manat on qəpik) borc müqavilə tərəflərinin (Azəriqaz İ/B X9 İstismar İdarəsi və vət. X4) özlərinə aid edilməsi və ondan tutulmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X3 (X9 İstismar İdarəsi) üzərinə iddiaçıya məxsus Ağsu şəhəri Yusif Əliyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin qaz təchizatı üçün onunla yeni alqı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin qoyulmasını, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış ZENNER G4T SMART tipli **********894 №-li sayğac üzrə **********00570 saylı abonent kodu üzrə olan 1524,10 (bir min beş yüz iyirmi dörd manat on qəpik) borcun silinməsini və hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat pul cavabdeh Azəriqaz i/b-dən tutularaq İddiaçı ödənilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı, Ağsu şəhəri Yusif Əliyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evini 06 noyabr 2023-cü il tarixində vət. X6 və X1 alqı-satqı yolu ilə əldə etmiş, xx.xx.2023-cü il tarixində mülkiyyət hüququna dair çıxarış almışdır. Fərdi yaşayış evi əldə edildikdən sonra müvafiq olaraq kommunal xidmətlər-işıq və su ilə bağlı müvafiq müqavilələr bağlanılmış, lakin qaz ilə bağlı müvafiq müqavilə bağlamaq və abonent kodu almaq üçün müraciət edilmiş, əvvəlcə bu İdarənin mütəxəssisi şifahi olaraq bildirmişdir ki, həmin evdə yaşayan şəxsin əvvələr qaz xəttinə kənar müdaxilə etməsi səbəbindən, onun 1524 manat borcu vardır. Həmin borc Sizin tərəfinizdən ödənilməlidir ki, Sizinlə müqavilə bağlanılsın və abonent kodu Sizin adınıza keçirilsin. İddiaçı tərəfindən ona izah olunmuşdur ki, həmin vətəndaşın evində hazırda işlək qaz sayğaçı var və hazırda qazda yanır, alqı-satqı zamanı da bu şəxs Azəriqazın kartını da iddiaçıya təqdim etmişdir ki, o qazdan istifadə etsin. Bundan sonra iddiaçı tərəfindən Azəriqaz İB-nin X9 İstismarı İdarəsinə xx.xx.2024-cü il tarixində yazılı ərizə ilə müraciət olunaraq qazdan istifadə etmək üçün yeni abonent kodunun verilməsini və müvafiq olaraq alqı-satqı müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Həmin yazılı müraciətə cavab olaraq cavabdeh X3 X9 İstismar İdarəsi, (Ağsu XS) özünün xx.xx.2024-cü il tarixli 01/03 SS-03 PQQSX-18 saylı məktubu ilə bildirmişdir ki, “Ərizəyə cavab olaraq bildiririk ki, 12 may 2012-ci il tarixli 80 nömrəli qərarla təsdiq edilmiş “Qazdan istifadə qaydaları” tələblərinə əsasən yaşadığınız ev Ə.Bayramov küçəsində sizdən əvvəl qeydiyyatda olan X2 adına qeydiyyatdan keçərək ona (**********00570) abonent kodu açılmışdır. Alqı satqı müqaviləsi bağladığınız zaman borcun olub olmaması barədə bizə müraciət etməli idiniz. Həmin abonentin 1524,10 (bir min beş yüz iyirmi dörd manat on qəpik) borcu vardır. Odur ki, həmin mənzilə yeni abonent kodunun açılması və sayğacın quraşdırılması qanunvericiliyə uyğun deyil.” Cavabdehin bu cavabının özü qanunvericiliyə uyğun deyildir, belə ki, cavabdeh məktubda işlədiyi bu sahəni nizama salan Nazirlər Kabinetinin adı çəkilən qərarının tarixini 12 may 2011-ci il yazmaq əvəzinə, 12 may 2012-ci il kimi yazmış, digər tərəfdən bu qərara istinad etsə də, onu konkret olaraq heç bir bəndinə istinad etməmişdir, halbuki konkret olaraq qərarın müvafiq bəndinə istinad edilməli idi. Belə norma olmadığından təbii ki, ona istinad olunmamışdır və bu faktı özlüyündə təsdiq edir ki, bu cavab özü qanunvericiliyə uyğun deyil. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi-vəkili elektron ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan X6 və İddiaçı arasında bağlanmış ******* №-li xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55,4 kv/m olan fərdi yaşayış evi İddiaçı satılmışdır. İş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55,4 kv/m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh İB-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçi ona məxsus evin qaz təşhizatının təmin edilməsi və onunla abonent müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh İB-nin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli “Müraciətə baxılması barədə” məktubdan görünür ki, Ə.Bayramov küçəsində sizdən əvvəl qeydiyyatda olan X2 adına qeydiyyatdan keçərək ona (**********00570) abonent kodu açılmışdır. Alqı satqı müqaviləsi bağladığınız zaman borcun olub olmaması barədə müraciət etməli olması, həmin abonentin 1524,10 (bir min beş yüz iyirmi dörd manat on qəpik) borcunun olması və həmin mənzilə yeni abonent kodunun açılması və sayğacın quraşdırılması qanunvericiliyə uyğun olmaması barədə məlumat verilmişdir. İş materiallarında olan Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı məxsus ünvan 3 saylı ünvan 4 8 saylı evlər eyni evlərdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Ə.Bayramov küçəsi ünvanı üzrə aktda “...sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində üç ədəd zavod plastmas plomb olan bir (alt hissədəki) gövdənin üzərində aşkar olunmadı, sayğac istismara yararsızdır” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin surətindən görünür ki, ünvan 4 ünvanında Fərman Allahyarova məxsus **********00570 saylı abonent kodu üzrə itirilmiş təbii qazın bərpası üzrə ümumilikdə 12960 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı Təyar qızının **********00570 saylı abonent koduna “Qalıq və aktlar” qrafasında 03/2023cü il tarixi üçün 1555,20 manat borc hesablanmış, 11/2023 tarixi üçün ay sonuna borc 1524,10 manat olmuşdur. İş materialların olan qəbzdən görünür ki, İddiaçı Təyar qızı hüquqi yardımın göstərilməsi üçün 200 manat vəsait ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ağsu şəhəri Yusif Əliyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, həmin evdə faktiki olaraq o yaşayır və istifadə edir, həmin evə quraşdırılmış **********00570 abonent kodlu qaz sayğacı evin keçmiş sakinlərindən X2 adınadır, o həmin ünvanda yaşadığı dövrdə, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəzləşdirilmişdir, quraşdırılmış sayğaca baxış keçirilən zaman “...sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində üç ədəd zavod plastmas plomb olan bir (alt hissədəki) gövdənin üzərində aşkar olunmadı, sayğac istismara yararsızdır” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00570 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 03/2023-cü il tarixi üçün 1555,20 manat borc hesablanmış, 11/2023 tarixi üçün ay sonuna borc 1524,10 manat olmuşdur, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçının mənzilin mülkiyyətçi kimi hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Bununla belə, iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini sübut edən, həmçinin həmin borc məbləğinin iddiaçıdan tələb edilməsinə əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə iddia tələbinin borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə etməsi faktı öz təsdiqini tapmamışdır, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 1524,10 manat borc silinməlidir. Məhkəmə, iddia tələbinin “Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Ağsu şəhəri Yusif Əliyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin qaz təchizatı üçün onunla yeni alqı-satqı müqaviləsinin bağlanılması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı borc hesablanmış fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixdən mülkiyyətçisi olmasına baxmayaraq, həmin ünvana Cavabdeh İB tərəfindən quraşdırılmış qaz sayğacı üzrə abonent kodu başqa şəxsin adınadır və qaz sayğacının quraşdırılması, ona texniki baxış və s. Cavabdeh İB-nin səlahiyyətində olduğundan həmin qaz sayğac üzrə ünvanın və abonentin düzgün şəkildə qeyd edilməsi də cavabdehin öhdəliyidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Ağsu şəhəri Yusif Əliyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin qaz təchizatı üçün onunla yeni müqavilə bağlanılmalıdır. Məhkəmə, iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsinə görə 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi iddia tələbinin qiymətinə nisbətdə ağlabatan məbləğdə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu zaman hüquqi xidmətin məbləği iddia tələbinin qiymətinə müvafiq olaraq müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, bu məqsədlə ödənilmiş 200 manat ağlabatan məbləğdə kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə **********00570 saylı abonent koduna hesablanmış 1524,10 manat məbləğində borc pul silinməli, İddiaçı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanması cavabdehin üzərinə vəzifə kimi qoyulmalı, hüquqi yardım xidmət göstərilməsinə görə ödənilmiş xidmət haqqının əvəzi oaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 ünavanında yerləşən fərdi yaşayış evinə aid **********00570 saylı abonent koduna hesablanmış 1524 (min beş yüz iyirmi dörd) manat 10 (on) qəpik məbləğində borc silinsin. ünvan 3 ünavanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin bağlanması Cavabdeh tərəfindən təmin olunsun. Cavabdehndən 35 (otuz beş) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Cavabdehndən hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4993/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4993/2024
21.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver