Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1882/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçılar İddiaçı1 firması və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-364/2020 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 firması və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1. Cavabdeh tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından silinməsi; 2. İddiaçı2 mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq İddiaçı2 ilə müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-364/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ASC tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından (abonent kodu: 070894) silinməsi, İddiaçı2 mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq İddiaçı2 ilə müqavilə bağlanması vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi, 102 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh ASC qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, “Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2017-ci il tarixində Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 19 ünvanında İddiaçı1 firmasının tullantı suları sisteminə baxış keçirilən zaman iddiaçı tərəfindən d=25 mm-lik boru ilə obyektin zirzəmisində qeyri-qanuni olaraq yeraltı qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsi faktı aşkar edilmişdir. Tullantı sularının axıdılması sistemindən qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin tərtib edilmiş MXD-2939 nömrəli akta əsasən, “Sudan istifadə qaydaları’nın 4 nömrəli cədvəlinə uyğun olaraq, borunun en kəsiyinə görə (borunun diametri d=25 mm) 2794 manat olması müəyyən edilmişdir. Qrunt suyunun kanalizasiya sisteminə qanunsuz axıdılmasını sübut edən video görüntülər də qeydə alınmışdır. Qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılması faktı video görüntüdə açıq aşkar lentə alınıb. Cavabdeh bildirir ki, İddiaçı1 firmasına məxsus obyektdə qrunt sularının axıdılması faktı aşkar olunduğu gündən bu günədək 7292.61 manat məbləğində əsaslı borc hesablanmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları’nın 4 nömrəli əlavəsi olan cədvələ əsasən, qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Cavabdeh qeyd edir ki, Cəmiyyətin əməkdaşları tərəfindən sözügedən obyektə 2019-cu ilin iyul ayında qrunt sularının axıdılmasına görə sayğac quraşdırılmışdır. Həmin sayğacın obyektin içərisində yerləşdirilməsini nəzərə alınsa, aydın olur ki, iddiaçının nümayəndələri sayğacın quraşdırılmasında iştirak etmiş və heç bir formada etiraz etməmişdirlər. Bununla da, iddiaçı obyektdə qrunt suyunun olması faktını birmənalı şəkildə etiraf etmişdir. Məhkəmənin iddiaçıya məxsus obyektdə qrunt sularının müəyyən edilməməsi ilə bağlı ekspert rəyini əsas gətirərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış dəymiş ziyanın və daha sonrakı dövrlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq qrunt sularının tullantı sularının axıdılması şəbəkəsinə axıdılmasına görə əsaslı olaraq yaranmış borcu ləğv etməsi ilə razılaşmır. Belə ki, iş üzrə keçirilən ekspertiza zamanı qrunt sularının yerləşdiyi yer obyekt nümayəndələri tərəfindən qəsdən gizlədilmiş və nəticədə isə iddiaçı ekspertizanın düzgün keçirilməsinə maneə yaradaraq, düzgün olmayan ekspertiza rəyinin verilməsinə səbəb olmuşdur, buna baxmayaraq Cavabdeh ASC-nin əməkdaşları tərəfindən əraziyə təkrar olaraq baxış keçirilmiş və video çəkiliş ilə qrunt sularının kanalizasiyaya axıdılması faktı video görüntüdə aşkar şəkildə lentə alınmışdır. Yenidən çəkilmiş video görüntüdə qrunt sularının mövcudluğu qrunt sularının axıdılmasına görə həmin əraziyə quraşdırılmış sayğacın görüntüsü əks olunmuşdur. Eyni zamanda, cavabdeh qeyd edir ki, istehlakçı İddiaçı1 firması ilə Cavabdeh ASC arasında “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanan müqavilənin şərtlərində müəssisənin hüquq və öhdəlikləri kimi, həmçinin, 3.4-cü bəndində qeyd olunmuşdur ki, axıdılmış tullantı sularının miqdarı təyin edilərkən, istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Məhkəmənin qrunt sularından istifadə edilmədən kanalizasiya şəbəkəsinə axıdılmasını əsas gətirərək Cavabdeh ASC tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış dəymiş ziyanın və daha sonrakı dövrlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq qrunt sularının tullantı sularının axıdılması şəbəkəsinə axıdılmasına görə əsaslı olaraq yaranmış borcu ləğv etməsilə razılaşmır. Belə ki, məhkəmənin qanunvericiliyin tələblərini pozmaqla çıxardığı qətnamə ilə qrunt sularının kanalizasiya şəbəkəsinə özbaşınaaxıdılması faktı gələcəkdə bir sıra təhlükəli hadisələrin baş verməsinə səbəb ola bilər. Bu, onunla izah olunur ki, müxtəlif ərazilərdə xidmətgöstərən kanalizasiya şəbəkələrinin, xətlərinin tutumu Cəmiyyət tərəfindən texniki qaydalarla tənzimlənir. Əlavə olaraq qanunsuz qoşulmalarla yüklənmiş xətlərdə subasma hadisələri baş verir. Bu zaman isə ətraf aləmə böyük həcmdə zərər dəyməsi ehtimalı yaranır. Belə halların yaranmasının qarşısını almaq vəzifəsi xidmət qurumu kimi məhz Cavabdeh ASC-nin səlahiyyətindədir. Birmənalı olaraq cəmiyyət balansında olan bütün su təchizatı və tullantı sularının axıdılması şəbəkəsinə nəzarəti həyata keçirir. Digər tərəfdən isə məhkəmənin qətnamədə İddiaçı2 mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firması adından çıxarılaraq İddiaçı2 ilə müqavilə bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması tələbi həm sərbəst müqavilə bağlanılması öhdəliklərinə, həm də “Sudan istifadə qaydaları”nın tələblərinə ziddir.İddia ərizəsində “İddiaçı1" firması ilə İddiaçı2 arasında sözügedən qeyri- yaşayış sahəsi barədə 2015-ci ildə alqı-satqı müqaviləsinin bağlanılması göstərilmişdir. Müqavilənin 2015-ci ildə bağlanılmasına baxmayaraq, qeyri-müəyyən səbəblərdən mübahisə yaranan günədək İddiaçı2 tərəfindən ünvan 1 qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mülkiyyətçinin dəyişməsi ilə bağlı ASC-yə müraciət daxil olmamışdır. Halbuki, İddiaçı2 tərəfindən alqı-satqı müqaviləsinin tarixinə uyğun olaraq cəmiyyətə abonent bazası proqramında müəssisənin adının dəyişdirilməsi ilə bağlı müraciət ünvanlamalı idi. Hakim birtərəfli mövqedən çıxış edərək heç bir araşdırma aparmadan, obyektin yerləşdiyi əraziyə baxış keçirmədən, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmış və cavabdehin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-364/2020 saylı qətnaməsi ləğv edilməli, “cavabdeh tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından silinməsi” tələbinə dair hissədə mülki iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməli, “İddiaçı2 mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq İddiaçı2 ilə müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli inventar aktından görünür ki, idarənin əməkdaşları tərəfindən xx xxxx 2017-ci il tarixdə C.Cabbarlı küçəsi, ev 19 ünvanda yerləşən İddiaçı1 firmasına məxsus “Memi” mağazasında baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, obyektin zirzəmisindən 25 mm-lik boru vasitəsi ilə qrunt suyu kanalizasiya şəbəkəsinə ötürülür. Baxış zamanı videoçəkiliş aparılmışdır. İddiaçı1 firmasının abonent haqqında məlumatlarından görünür ki, inventar aktı tərtib edildiyi tarixdən yəni 2017-ci ilin iyul ayından başlayaraq xx xxxxxx 2019-cu il tarixədək İddiaçı1 firmasına grunt sularına görə (2017-ci il üçün 3748 manat, 2018-ci il üçün 2678 manat və 2019-cu il üçün 1684 manat) cəmi 8110 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Həmin Qərarın 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxx” ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi, İddiaçı1 firmasının (VÖEN: **********) Cavabdeh ASC-yə qarşı “cavabdeh tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından silinməsi” tələbi üzrə hər iki tərəf subyektiv tərkibinə görə sahibkarlıq subyekləri olmaqla, sudan istifadə etməsi İddiaçı1 firmasının şəxsi tələbatını ödəmək məqsədi daşımadığından, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Ali Məhkəmənin Plenumunun Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh ASC kimi su təchizatı qurumu ilə sahibkarlıq subyekti olan İddiaçı1 firması arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün sudan istifadədən irəli gələn mübahisə olmaqla kommersiya məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın “cavabdeh tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından silinməsi”nin təmin edilən hissəsində məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilməli, mülki iş həmin hissədə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Kollegiya iddia tələbinin “İddiaçı2 mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq, İddiaçı2 ilə müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, Cavabdeh ASC İddiaçı2la müqavilə bağlamadığından, iddiaçı onunla müqavilə bağlanması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq, mülki məhkəmə icraatı qaydasında verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli qərarları). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın “İddiaçı2 mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASCnin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq, İddiaçı2 ilə müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması”nın təmin edilən hissəsində məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən, həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsi dairəsinə düşür. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1, 262.3, 262.5, 263-264, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-364/2020 saylı qətnaməsi ləğv olunsun. “Cavabdeh tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından silinməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. “İddiaçı2 mülkiyyətində olan ünvan 1 qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq, İddiaçı2 ilə müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı2 qeyd oulnan tələblə bağlı müvafiq təbii inhisar subyektinin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1882/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1882/2021
17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver