Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-502/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkəti nəticəsində onun xüsusi mülkiyyətində olan ünvan 1, 82 saylı mənzilinə vurmuş olduğu 2500 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qarşı hər hansı bir iddia tələbinin olmamasını, qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 33 ünvanında yerləşən 82 saylı mənzil onun xüsusi mülkiyyətindədir, o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır, yaşadığı ev əsaslı təmir olunub və təmirə xeyli vəsait xərclənib, yaşadığı mənzildən bir mərtəbə yuxarıda, yəni 85 saylı mənzildə Cavabdeh3 və Cavabdeh1 yaşayır, bir neçə müddətdir ki, yəni 2016-cı ildən yuxarı mərtəbədə həmin mənzildə yaşayan Cavabdeh1 onun mənzilinə su axıdır, ilk vaxtlar o qonşularından su xətti ilə ehtiyyatlı davranmağı xahiş etmiş, mənzilinə su axıdılmasının dayandırılmasını xahiş etmişdir, ilk vaxtlarda cavabdeh onun məzilinə su axıtmağı qısa bir müddət ərzində dayandırsa da, sonradan mənzilinə su sızması mütəmadı xarakter almışdır, mənzilinə daimi su axdığı üçün o, bu barədə dəfələrlə müvafiq MKİS-ə bildirmiş və tədbir görülməsini xahiş etmişdir, idarənin əməkdaşları dəfələrlə cavabdehlərə qansuszluğa son qoyulması və birgə yaşayış qaydalarına əməl edilməsi barədə müraciət etmişlər, buna baxmayaraq bunun heç bir nəticəsi olmamışdır, Cavabdeh1 aqressiv şəkildə dəfələrlə onlara mənzilinin sanitar qovşağının təmirinə zərurətin olmadığını bildirmişdir, 22.11.2017-ci il tarixində 82 saylı MKİS əməkdaşlarının iştirakı ilə mənzilə baxış keçirilmiş, bu barədə akt tərtib edilmişdir, həmin aktda 85 saylı mənzilin vanna otağından 82 saylı mənzilin ayaqyolu, vanna otağı və mətbəxinə su axıdıldığı müəyyən edilmiş, mənzilə ziyan vurulduğu qeyd edilmişdir, bundan sonra cavabdehlərə lazımi xəbərdarlıqlar edilsə də, onlar yenidən su axıtmağa davam etmiş, ona görə də təkrar MKİS-ə müraciət etmək məcburiyyətində qalmışdır, həmin idarənin əməkdaşları tərəfindən 12.09.2020-ci il tarixində yenidən mənzilə baxış keçirilmiş, mənzilə maddi ziyan vurulduğu müəyyən edilmiş və müvafiq akt tərtib edilmişdir, bu vaxta kimi dəfələrlə cavabdehlərə müraciət etsə də, onlar müxtəlif bəhanələr gətirərək imtina etmiş, Cavabdeh1 aqressiv şəkildə onlara reaskiya verərək, onu və ailə üzvlərini təhqir etmişdir, buna görə də, məhkəməyə müraciət etməyi zəruri hesab etmişdir, cavabdehlər tərəfindən onun mənzilinə vurulmuş maddi ziyana görə 2500 manat, mənəzi zərərə görə isə 500 manat tutulmasını zəruri hesab edir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, evlərinin döşəməsindən aşağı mərtəbədə yerləşən mənzilə su axsa da, bu su sızması onun hüquqazidd hansısa hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli deyildir, iddiaçının evinə su axmasının səbəbi mənzilin su borularının köhnə olması, bu səbəblə yaranmış nasazlıqların mövcud olmasına görədir, buna görə də iddia tələbini qəbul etmir, həmçinin iddiaçının digər Cavabdeh2 qarşı iddia irəli sürməməsini düzgün hesab etmir, Cavabdeh4 vəfat etdiyindən, onun deyil, lakin Cavabdeh2 da cəlb edilməli olduğunu və məsul olduğunu düşünür. Sonda Cavabdeh1 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 82 saylı mənzil tam pay mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan 82 saylı MKİS tərəfindən tərtib olunmuş 22.11.2017-ci il tarixli aktdan görünür ki, Xudu Məmmədov küçəsi ev 33, 82 saylı mənzilə yuxarı mərtəbədən, mənzil 85-dən su axaraq mənzilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan 82 saylı MKİS tərəfindən tərtib olunmuş 14.09.2020-ci il tarixli aktdan görünür ki, Xudu Məmmədov küçəsi ev 33, 82 saylı mənzilə yuxarı mərtəbədən, mənzil 85-dən su axaraq mənzilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan 82 saylı MKİS tərəfindən tərtib olunmuş 14.09.2020-ci il tarixli aktdan görünür ki, Xudu Məmmədov küçəsi ev 33 82 saylı mənzildə yaşayan İddiaçı ərizə ilə müraciət edərək yuxarı mərtəbədən mənzil 85-dən onun evinə su axını olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 04.03.2021-ci il tarixli, 015/21 saylı arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi 18 saylı binanın yaxınlığında "xxxx" MTK tərəfindən inşa olunan yaşayış kompleksindəki 21 F bina 7, 96 saylı mənzil 06.08.2018-ci il tarixli, ********* saylı müqavilə əsasında Cavabdeh2 qızına satılmış, həmin mənzildə qeydiyyatsız yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 03.02.2021-ci il tarixli 10/3515 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 82 saylı mənzilinin divarlarında olan qüsurların mövcudluğunu və 82 saylı MKİS-in əməkdaşları tərəfindən 22.11.2017-ci il, 14.09.2020-ci il və 09.10.2020-ci il tarixlərində tərtib olunmuş aktın məlumatlarını və eləcə də iş materiallarında olan video görüntüləri nəzərə alaraq 82 saylı mənzilə 85 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən 82 saylı mənzilə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1581,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2, 82 saylı mənzili İddiaçı məxsusdur, iddiaçıya məxsus mənzilə ünvan 2 85 saylı mənzilindən su sızması nəticəsində maddi ziyan dəymişdir, sonuncu mənzildə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qeydiyyatda olmaqla yaşayırlar, Cavabdeh2 qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi 18 saylı binanın yaxınlığında inşa olunan yaşayış kompleksindəki 21 F bina 7, 96 saylı mənzildə qeydiyyatsız yaşayır. Bununla belə, cavabdehlərin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının rəyi üzrə ekspertin gəldiyi nəticələr isə əmlaka dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün əsas kimi qəbul edilməli, dəymiş maddi ziyan 1581 manat həddində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi zərərə görə 500 manatın cavabdehdən tutulması” barədə hissəsinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdehlərin hüquqa zidd əməli, İddiaçı mülkiyyətində olan daşınmaz əmlakına vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ İddiaçı dəymiş mənəvi zərərin əvəzi 100 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, Cavabdeh1 “yaşadığı mənzilin su borularının köhnə olmasından yaranmış nasazlıqlara görə iddiaçıya məxsus mənzilə su sızdığından iddia tələbini qəbul etməməsi və digər cavabdehlərin də cəlb edilməli olduqlarını, məsul olmaları” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, mülki qanunvericiliyə əsasən cavabdehlər qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, belə təsirlərin yarana biləcəyi halda onun qarşısını almaq üçün tədbirlər görməli olduqları halda, bunu etməmişlər. İkincisi, iddiaçı digər cavabdehlərə, yəni Cavabdeh4 və Cavabdeh2 qarşı iddia tələbini müdafiə etmədiyindən, vurulmuş ziyana görə məsuliyyəti həmin daşınmaz əmlaka sahiblik edən və ondan istifadə edən Cavabdeh1 və Cavabdeh3 birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən irəli sürülən dəlillər iş materialları ilə öz təsdiqini tapmadığından, şəxsi mülahizələr kimi nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi zərərin əvəzi kimi 1581 manat, vurulmuş mənəvi ziyana görə 100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 82 saylı mənzilə vurulmuş maddi ziyana görə 1581 (min beş yüz səksən bir) manat, mənəvi zərərə görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-502/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-502/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver