Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5079/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:
1. İddiaçı 2022-ci ilin mart ayında 2 Maltefu cins it balasını satmaq istəmiş və ev heyvanlarının satışı ilə məşğul olan Fərid adlı şəxsin vasitəsilə Cavabdeh ilə tanış olaraq aralarında heyvanların alğı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan həmin itlərdən birini 500 manata alaraq satmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Müqaviləyə əsasən, xx.xx.2022-ci il təhvil verilməli olan küçükləri öncədən tələb etmiş və iddiaçını aldadaraq inandırmışdır ki, həmin itləri baha qiymətinə (birini 1000 ABŞ Dollarına) X1 (Dubaya) satır. Cavabdeh müxtəlif vaxtlarda şifahi müraciətlər edilsə də, o, əlaqəni kəsmiş və hər dəfə məbləği verməkdən yayınmışdır.
İddiaçının tələbi:
2. Cavabdeh 1000 manat 2 Maltefu cins it balasının haqqı kimi, 1000 manat məbləğində mənəvi zərərin əvəzi, 300 manat hüquqi yardım xərci və 100 manat dövlət rüsumu olmaqla, cəmi 2500 manat məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin iddiaya münasibəti:
3. Cavabdeh tərəfindən iddiaya qarşı heç bir yazılı etiraz və əlavə sənədlər daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı öz həyətində cins itləri saxlayır və onların satışı ilə məşğul olur. İddia tələbinin əsası kimi bütün sübutlar, səs yazıları, fotoşəkillər və digər sənədlər məhkəməyə təqdim edilmiş, eləcə də şahidlər məhkəmə iclasında dinlənilmişlər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına da mübahisə ilə bağlı müraciət edilmişdir. Cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi və iddiaya qarşı heç bir sübutunu təqdim etməməsi iddia tələbinin əsaslılığını bir daha sübut edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı bildirmişdir ki, öz həyətində cins itləri saxlayır və onlar balalayan zaman onları satır. Bu fəaliyyətlə bağlı qeydiyyatdan keçməmişdir. Cavabdehlə itlərin alğı-satqısını sənədləşdirmədən həyata keçirmişdir. İt balalarının “ata-analarının” pasportları mövcuddur, cavabdeh isə onu aldadaraq ona rənglənmiş it satmışdır. İddiaçıda olan it balası dişi olmuş, cavabdeh onu cütləşdirmək üçün 1000 manat pul istəmiş, lakin iddiaçının maddi imkanı zəif olduğundan bundan imtina etmişdir, daha sonra Fərid adlı şəxs ona zəng edərək Rafaelin iti ilə cütləşdirə biləcəyini demişdir. İddiaçı ilk dəfə polisə müraciət edən zaman cavabdeh itin yaxınlarda balalayacağını bildirmiş və iddaçıya bala verəcəyini demiş, lakin heç bir bala verməmişdir. Daha sonra iddiaçıya 600 manat təklif etmişdir, lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Cavabdeh barəsində ikinci dəfə şikayət edildikdən sonra o iddiaçıya hədə-qorxu gəlməyə başlamışdır. Lakin cavabdeh bu günə qədər tələb edilən məbləği geri qaytarmamış və ya it balalarını iddiaçıya verməmişdir.
6. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid Aygumgadzhieva Aminat bildirmişdir ki, o, xaricdən gəldikdən sonra iki cins it gətirmiş, onlardan biri erkək, biri dişi olmuşdur. İtlərin ikisi birlikdə 500 manata iddiaçıya satmışdır. İtlərin cütləşdirilməsi üçün o da iddiaçı və yoldaşı ilə birgə getmişdir. Lakin tərəflər arasında cütləşdirmə ilə bağlı razılıq əldə edilməmişdir. Cütləşdirmə üçün iddiaçı və cavabdeh 1000 manata razılaşsalar da, itlərdə nəyisə bəyənməmişdirlər. Daha sonra pul deyil, itlər cavabdehə verilmişdir. İddiaçı it balalarını cavabdeh Rafaelə verən zaman o da orada olmuşdur. Cavabdehə itləri vermək üçün taksi vasitəsilə təxmini mart ayının 19-u və ya 20-si cavabdehlə görüşməyə getmişlər. O, taksidə gözləmiş, iddiaçı it balalarını cavabdehə təhvil vermişdir. İt balaları “Maltefu” cinsi idi, yəni, “Maltinskya balonka” və “Pudel” cinslərinin qarışığı idi.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid X6 bildirmişdir ki, o, iddiaçının ərinin iş yoldaşıdır, iddiaçının əri ilə cavabdeh arasında olan telefon danışıqlarının şahidi olmuşdur. Venera restoranında mart ayının əvvəllərində iddiaçının əri ilə birlikdə toy mərasimində olmuşdur. Həmin toy mərasimində iddiaçının əri cavabdehlə danışmış, iddiaçının ərinin telefonu köhnə markalı telefon olduğundan səslər eşidilmişdir. Cavabdeh demişdir ki, it balalarını dərhal gətirsələr, cütləşdirmə baş tuta bilər, daha sonra bu lazım olmayacaqdır. Daha sonra cavabdeh təklif etmişdir ki, 2 ədəd it qarşılığında cütləşdirmə həyata keçirə bilər.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid X4 bildirmişdir ki, iddiaçının əridir. İtlərin cütləşdirilməsi baş tutmamışdır çünki cavabdeh bizə qəhvəyi rəng cins it söz versə də rənglənmiş itlər göstərmişdir. İtin tüklərinin dibi ağ rəng idi, bu da rəngləndiyini göstərirdi. O cavabdehə narazılığını bildirmiş, bala itləri və ya pulunu geri qaytarmasını istəmiş, cavabdeh isə demişdir ki, “hara istəsəniz şikayət edin, nə itləri, nə də pulu verməyəcəm”. Cütləşdirmə ümumiyyətlə baş tutmamışdır.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid X5 bildirmişdir ki, iddiaçının oğludur. Cavabdehin evinə 2 dəfə getmiş, ilk dəfə gedərkən iti görmüş, lakin ikinci dəfə gedərkən həmin iti görməmişdir. Onlar əmin olmuşdur ki, “Red Brown” cinsli it dünyaya gələcəkdir. İkinci dəfə ora gedərkən mart ayının ortaları, bayram ərəfələri olmuşdur.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən mütəxəssis X2 bildirmişdir ki, “Maltipu” cins itlər beynəlxalq səviyyədə cins it olaraq tanınmır, bu növ itlər hibrid itlərdir, yəni “Maltes” və “Pudel” cinslərinin cütləşməsindən yaranır. Lakin bu cinslərin hər hansı təsadüfi kustar üsulla baş tutması itlərin qiymətinə də çox böyük təsir edir. Bu itlərin qiymətləri adətən onların xarici görünüşünə və gözəlliyinə görə 500 manatla 5000 manat aralığında dəyişir. Hazırki iş üzrə fotoşəkillərlə tanış olan mütəxəssis qeyd etmişdir ki, bu it balalarının qiyməti məhz ***-**** manat aralığında ola bilər. Daha sonra mütəxəssis qeyd etmişdir ki, bu növ itlərin immun sistemi çox güclü olduqlarından onlar adi halda ölə bilməz, ya doğularkən, ya da xəstəlik və vaksinasiya nəticəsində ölə bilərlər. İtlər ölmüşdürsə, itlərin hansı gün, yəni vaksinasiya günündən sonra öldüyü müəyyən edilməlidir. Fotoşəkillər arasında müqayisə aparan mütəxəssis it balalarının eyni olmadığını bildirmişdir. İtlərin cütləşdirilməsi prosesinin baş tutması ilə bağlı mütəxəssis qeyd edir ki, cütləşdirmə ilk prosesdən baş tuta və ya tutmaya bilər.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
12. Xəzər RPİ-nin 2 PŞ-nin Baş təhqiqatçısı, polis mayoru Cavid Ağayev tərəfindən qəbul edilmiş 21 avqust 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət əsasında əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
13. Xəzər RPİ-nin 2 PŞ-nin Baş təhqiqatçısı, polis mayoru Cavid Ağayev tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət əsasında əməldə cinayət tərkibi olmadığından mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir.
14. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarlara əsasən, müəyyən edilmişdir ki, araşdırma zamanı Cavabdeh izahatı alınmış və o, öz izahatında qeyd etmişdir ki, 2022-ci ilin mart ayında it cütləşdirmək üçün İddiaçı 4 dəfə yaşadığı ünvana gələrək iti gətirmişdir. Amma it bir dəfə cütə girmişdir. Bunun müqabilində ona iki it vermiş, lakin sonradan həmin itlər xəstə olduqları üçün ölmüşlər. Ona da bu barədə məlumat vermişdir. Onu da qeyd etmişdir ki, onun itini cütə vurmaq üçün öz aralarında 1000 manat pula razılaşmışlar. Pulun əvəzinə isə İddiaçı həmin iki iti ona vermişdir. Hazırda ona heç bir borcunun olmadığını, əksinə onun itiylə İddiaçı iti cütə girdiyi üçün onun 500 manat borcu olduğunu izahatında göstərmişdir.
15. Mülki iş materiallarına əlavə edilmiş fotoşəkillər, disklər və digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 437.1. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
20. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
21. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı.
22. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. (§19)
25. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (§19)
26. Qərardan da görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, tərəflərdən biri 1000 manat pul və ya iki it balasını (Maltefu) digər tərəfə verməyi, digər tərəf isə əvvəlcədən razılaşdırılmış əlamətlərə malik iti ilə digər tərəfin itinin cütləşməsinə şərait yaradacağı öhdəliyini götürmüşdür.
28. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin qarşılıqlı razılaşma əsasında üzərinə düşdüyü öhdəliyi yerinə yetirdiyi müəyyən edilmişdir. Belə ki, mülki iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il Qərarında qeyd edilir ki, cavabdeh X3 verdiyi izahatında iddiaçı ilə 2022-ci ilin mart ayında 1000 manat müqabilində it cütləşdirmək üçün razılığa gəldiyini, lakin pulun əvəzində iki it balası aldığını etiraf etmişdir.(§12) İki it balasının cavabdehə verilməsi halı məhkəmə iclasında şahidlərin (§8, §9, §10) verdiyi izahlarla da öz təsbitini tapır.
29. Məhkəmə qeyd edir ki, verilmiş it balalarının hər birinin bazar dəyərinin 500 manat, ümumilikdə 1000 manat olması halı həm mülki işin materiallarından, həm də məhkəmə iclasında mütəxəssisin verdiyi izahla da öz təsdiqini tapmışdır. (§11)
30. İddiaçı tərəf it balalarını verdikdən sonra itləri cütləşdirmək üçün cavabdehin yaşadığı evə getdikdə “WhatsApp” tətbiqi vasitəsi ilə göndərilən şəkildəki iti deyil, tamamilə başqa iti cütləşmə üçün təqdim edildiyini görmüş və buna etiraz etmişdir. Belə ki, tərəfləri əsas niyyəti şəkildə göstərilən itin lazımi rəngdə, görünüşdə olması ilə bağlı olmuşdur. Cavabdeh tərəf razılaşdırılmış lazımi keyfiyyətli iti cütləşməyə təqdim etməmiş, bununla da öhdəliyini pozaraq tərəfə zərər vurmuşdur.
31. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öhdəlik münasibətləri üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Mülki iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il Qərarında qeyd edilir ki, cavabdeh X3 verdiyi izahatında qeyd etmişdir ki, “2022-ci ilin mart ayında it cütləşdirmək üçün İddiaçı 4 dəfə yaşadığı ünvana gələrək iti gətirmişdir. Amma it bir dəfə cütə girmişdir.” (§12) Məhkəmə hesab edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Cavabdeh tərəf öz öhdəliyini yerinə yetirməsi halını sübuta yetirən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
32. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi iki it balasının (Maltefu) əvəzi olaraq 1000 manat maddi ziyan hissəsində təmin edilmləlidir.
33. Məhkəmə iddia tələbinin mənəvi tələb hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
34. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. (§21)
36. Məhkəmə hesab edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında iştirak edən zaman öz izahatlarında özünə mənəvi zərər vurulduğunu iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini mənəvi zərər hissəsində əsaslı hesab etməyərək təmin edilməməsi qənaətinə gəlir.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. AR MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. İddiaçının digər tələbi hüquqi yardım üçün çəkilmiş 300 manat xərcin cavabdehdən tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəyə münasibətdə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzə əsasən iddiaçı tərəfindən vəkil, hüquqi yardım xərcləri üçün 300 manat pul vəsaiti “Femida” Vəkil Bürosuna ödənilmişdir. Beləliklə, iddiaçı hüquqi yardım üçün xərcin onun tərəfindən ödənildiyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyindən iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh 300 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
40. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 2 ədəd it balası (Maltefu) üçün 1000 manat tutularaq İddiaçı ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 44,80 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. İddiaçı tərəfindən hüquqi yardım xərci üçün ödənilmiş 300 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova