Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-514/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1” MMC-nin nümayəndəsi X8 oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər ”Cavabdeh1” MMC-yə və Cavabdeh2 oğluna qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1” MMC-yə və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1490,18 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın, 12 manat etibarnaməyə görə ödənilmiş xərcin və 31 manat dövlət rüsumunun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə lizinq müqaviləsi əsasında “Kia Rio” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Hava Limanı istiqamətindən Sabunçu dairəsi istıqamətinə hərəkət edən zaman sol hərəkət zolağından sağ hərəkət zolağına icazə olunan yerdə avtomobili onun idarə etdiyi avtomobilin sağ tərəfində toxunmuş və ziyan dəydi.Hadisədən dərhal sonra hər iki avtomobili yolun sağ tərəfinə istiqamətləndirmiş və qəza işıqlarını yandıraraq dayanmışlar. Saat 17 radələrində anidən sağ hərəkət zolağı ilə hərəkət edən qara rəngli “Chevrolet Cruz" markalı avtomobil sol hərəkət zolağına istiqamətlənərək həmin zolaqda dayanmış vəziyyətdə olan “Opel” markalı avtomobilin arxa hissəsi ilə, “Opel” markalı avtomobil isə zərbə nəticəsində onun dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsi ilə toqquşdu.Nəticədə avtomobili əzilmiş və 2385 manat maddi ziyan dəymişdir. Suraxanı rayon Pİ-nin TŞ-də araşdırma başlanılmış və təhqiqatçının xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir."Chevrolet Cruz” markalı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ılə təqsirli bilinmiş və tədbir görülməsi üçün Suraxanı RPl-nin DYPŞ-nə göndərilmişdir. X9 Mərkəzi tərəfində avtomobilə baxış keçirilmiş və xx.xx.2020-ci il tarixli Qüsur aktına əsasən avtoqəza nəticəsində avtomobilə 2.839.18 manat ziyan dəymişdir.Hadisənin törədilməsində təqsirli hesab olunan “Chevrolet Cruz" markalı avtomobilinin sığorta olunduğu “xxxx” ASC tərəfi icbari sığorta 5000 manat olduğuna görə “Opel” markalı avtomobilə nisbi ödəniş etmiş və ona da 1440 manat ödəniş olunmuşdur.Ödənilməmiş 1490 manat pulun ödənilməsi üçün cavabdehlərə müraciət etmişdir. Lakin,onlar bu pulu ödəməkdən imtina etdilər.Hadisə nəticəsində maddi və mənəvi zərər çəkmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh1” MMC-nin nümayəndəsi X8 oğlu iddia tələbini qəbul etməyərək izahatında “Chevrolet C'ruze" markalı, 90-PB-35 dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında Cavabdeh2 verildiyini bildirdi və iddianın ona münasibətdə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı RPİ-nin TŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hava Limanı istiqamətindən Sabunçu dairəsi istıqamətinə hərəkət edən zaman sol hərəkət zolağından sağ hərəkət zolağına icazə olunan yerdə avtomobili istiqamətləndirdiyi zaman həmin istiqamətdə hərəkət edən X2 idarə etdiyi “Opel Astra” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toxunmuş və hər iki avtomobili yolun sağ tərəfinə çəkdikdən sonra Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1” MMCyə məxsus olan “Chevrolet Cruze" markalı, 90-PB-35 dövlət qeydiyyat nişanlı avtomobil həmin hərəkət istiqamətində hərəkət edərək yolun sağ tərəfində dayanmış vəziyyətdə olan “Opel” markalı avtomobilin arxa hissəsi ilə, “Opel” markalı avtomobil isə zərbə nəticəsində onun dayanmış vəziyyətdə olan “Opel Astra” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsi ilə toqquşmuş, “Opel Astra” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil də ondan qabaqda dayanmış “Kia Rio” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsi ilə təkrar toqquşmuş, nəticədə avtomobillərə maddi ziyan dəymişdir. Qəbul edilmiş qərarın surəti Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. “Kia Motors” Serviz Mərkəzinin xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş “Kia Rio” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin təmir olunması üçün tələb olunan məbləğ 2385 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə “Kia Rio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın dəqiq məbləğinin hesablanması məqsədi ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixlı, 9/4915 saylı rəyindən görünür ki, “Kia Rio” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə 2353 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi, Cavabdeh1” MMC-yə məxsus olan “Chevrolet Cruze" markalı, 90-PB-35 dövlət nömrə nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Kia Rio” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan yetirməsi, ekspert rəyi ilə dəymiş ziyanın məbləğinin 2353 manat müəyyən edilməsi, dəymiş ziyanın 1440 manatının avtonəqliyyat vasitəsi sahiblərlərinin mülki icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsi sübuta yetirimişdir. Ona görə də, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək ekspert rəyi ilə müəyyən edilmiş 2353 manat məbləğindən ödənilmiş 1440 manat məbləği çıxıldıqdan sonra qalan 913 manat Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyanın ”Cavabdeh1” MMC-dən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı “Chevrolet Cruze" markalı, 90-PB-35 dövlət nömrə nişanlı avtomaşının qanuni əsaslarla Cavabdeh2 sahibliyində olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edildiyindən mənəvi ziyan hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə əsasən ekspertlərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixlı, 9/4915 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür kimi, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 36 faiz təmin edildiyindən ödənilmiş 31 manat dövlət rüsumu və 12 manat sənədlərin notarial qaydada təəsdiq edilməsi üçün ödənilmiş 12 manat rüsumdan ibarət 43 manat məhkəmə xərclərinin 15,50 manat Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, ekspertizanın keçirilməsinə xərclənmiş 100 manat məbləğində pulun 36 manatı cavabdehə, 64 manatı iddiaçıya aid edilməklə onlardan tutulub dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 913 manat və məhkəmə xərclərinin 15,50 manat hissəsi olmaqla ümumilikdə 928,80 (doqquz yüz iyirmi səkkiz manat 50 qəpik) manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin 36 (otuz altı) manat hissəsi Cavabdeh2, 64 (altmış dörd) manat hissəsi İddiaçı aid edilməklə onlardan tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-514/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-514/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver