Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5149/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 25.40 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (bir yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 195 manat 80 qəpik məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” qanununa uyğun olaraq, xx xxxxxx 2005-ci il tarixdə və xx xxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Xətai rayonunda kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə xx xxx 2008ci il, xx xxxx 2011-ci il, xx xxxxxxx 2014-cü il, xx xxxx 2015-ci və xx xxxxxx 2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, mənzil 30 ünvanında qeydiyyatdadır. 94 saylı MKİS arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, mənzil 30 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx xxxxxxx 2008-ci il tarixdə həmin ünvanda yaşayan X2 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyası şəbəkəsinə qoşulmuş, son ödəməsini xx xxxx 2015-ci il tarixinədək etmiş və həmin ünvan xx xxxxxx 2015-ci il tarixdə 27 manat borc ilə şəbəkədən ayrılmışdır. xx xxxxxx 2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə həmin ünvanda yaşayış sahəsi yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4537 N saylı akt tərtib olunmuşdur. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 (doqquz) manat və xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx xxxxxx 2015-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx xxxxxx 2015-ci il tarixə qədər olan müddət 77 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 25.40 manat təşkil edir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin (KATV1) nümayəndəsi X3 iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, mənzil 30 ünvanında yaşayan Oqtay Şahbazov arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 25 oktyabr 2008-ci il tarixdə bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx xxxx 2015-ci il tarixinədək son ödəməsini etmişdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, mənzil 30 ünvanda “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, 30 saylı mənzilin sahibi olmuşdur. İddiaçı tərəfindən Cavabdeh qarşı iş üzrə hüquqi xidmət göstərmiş və bunun müqabilində 150 (bir yüz əlli) manat hüquqi xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, Cavabdeh mənzilin mülkiyyətçisi olmuş, İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, mənzil 30 ünvanında “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə xx xxxxxxx 2008-ci il tarixdən başlamışdır. Həmin mənzilə 4537 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx xxxxxx 2015-cu il tarixdə həmin binaya baxış keçirilərkən göstərilən mənzildə “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin mənzilə dair kabel televiziyası xidmətinin göstərilməsinə dair müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra cavabdehə məxsus mənzil kabel şəbəkəsinə təkrarən qoşulmuş və abunə haqqı ödənilmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmış və iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26, mənzil 30 saylı mənzilinin kabel şəbəkəsindən ayrıldığı xx xxxxxx 2015-ci il tarixdən qanunsuz qoşulma barədə 4537 N saylı akt tərtib olunduğu xx xxxxxx 2015-ci ilədək qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma 77 gün təşkil etmişdir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə 25.40 manat təşkil edir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005- il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdehna qarşı “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 25.40 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin iddiaçı tərəfindən 150 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi üçün çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən-yəni 25 manat məbləğində təmin edilməlidir. Belə ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunmuşdur və bu istənilən məbləğdə ola bilərdi. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində yaranmış 25.40 manat, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hüquqi xidmətlərin göstərilməsinə görə çəkilən xərc kimi 25 manat, dövlət rüsumuna görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı alınaraq iddiaçı “xxxxxxxxxx” MMC-yə (KATV 1) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində yaranmış 25.40 (iyirmi beş manat qırx qəpik) manat, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hüquqi xidmətlərin göstərilməsinə görə çəkilən xərc kimi 25 (iyirmi beş) manat, dövlət rüsumuna görə ödənilmiş 10 (on) manat və 40 (qırx) qəpik məbləğində bank xidməti haqqı olmaqla, cəmi 60.80 (altmış manat səksən qəpik) manat alınaraq iddiaçı “xxxxxxxxxx” MMC-yə (KATV 1) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş rüsumun 10 (on) manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5149/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5149/2020
29.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver