Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5245/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya bilavasitə vurduğu 2899 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin, həmçinin ödənilmiş 58,99 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3957,99 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2019-cu ilin yay ayında ailəvi istirahət etmək məqsədilə Türkiyə Respublikasının Alanya şəhərinə getmək istəyirdi. Bu məqsədlə özünü "xxxx" MMC-nin təsisçisi kimi təqdim edən cavabdeh xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh müraciət etmiş və cavabdeh burada heç bir problemin olmadığını, Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Xalifa Resort” hotelində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu tarixədək ailəvi istirahət elmək üçün tur paketi təşkil edəcəyini və turun dəyərinin 1800 ABŞ dollarına (manat ekvivalenində 2899 manata) başa gələcəyini bildirmiş. İddiaçı Cavabdeh həmin sözlərinə və vədlərinə inanaraq xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 ünvanında yerləşən “Like Travel’' MMC-nin ofisində ona 2899 manat ekvivalentində 1800 ABŞ dolları məbləğində pul vermişdir. Buna baxmayaraq cavabdeh verdiyi vədinə əməl etməyərək, iddiaçıdan qeyd etdiyi məbləğdə pulu alsa da, istirahəti təşkil etməmişdir. Sonradan məlum olmuş ki, cavabdeh nəinki iddiaçını, bir çox başqa səxsləri də bu yolla aldadaraq pulları ələ keçirmişdir. İddiaçının və digər şəxslərin şikayətinə əsasən cavabdeh barəsində Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılmış, istintaq zamanı İddiaçı də zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə istintaq tamamlanmış, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkəmə məsuliyyətinə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)- 76/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Hazırda o, azadlığa buraxılsa da, iddiaçıya dəymiş zərəri ödəməkdən boyun qaçırır. Beləliklə, Cavabdeh təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində İddiaçı bilavasitə 2899 manat məbləğində maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin ona olan inam və etibarımızdan sui-İstifadə edərək təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçı və ailəsi mənəvi sarsıntı keçirərək istirahətlərini istədikləri kimi təşkil edə bilməmişlər. İddiaçı cinayət işi üzrə ibtidai istintaq aparılarkən və işə məhkəmədə baxılarkən çəkdiyi mənəvi sarsıntını da qeyd edir. Beləliklə Cavabdeh təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı və ailəsinə mənəvi sarsıntı keçirməyi nəticəsində 1000 manat məbləğində mənəvi zərər dəymiş və həmin məbləğ də cavabdehdən tutulmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-76/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində turizm agentliyi kimi fəaliyyət göstərmək üçün təyinatı üzrə qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Xalifa Resort” hotelində xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəvəyinə dair yalandan vəd verib aldadaraq bu adla İddiaçı xx.xx.2019-cu il tarixdə saar 16:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 2899 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı 2899 manat maddi ziyan vuraraq dələduzluq etmişdir... Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə internetdə "İNSTAGRAM” sosial şəbəkəsində Türkiyə, Gürcüstan və Avropanın müxtəlif şəhərlərində istirahət etmək üçün 055-429-04- 40 saylı mobil telefon kartının sahibi Cavabdeh elan yerləşdirdiyini görüb “İNSTAGRAM” sosial şəbəkəsində yerləşdirilən Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon kartı ilə zəng etmişdir. Daha sonra ailəsi ilə bu barədə razılşaraq, qərara gəlmişlər ki, 2019-cu ilin iyul ayının sonu üçün ailəvi olaraq Türkiyə Respublikasının Alanya şəhərinin “XALİFA RESORT” hotelində istirahət etsinlər. Bu məqsədlə də xx.xx.2019-cu il tarixdə saat 15:40 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" şirkətinin sahibi kimi özünü təqdim edən Cavabdeh ilə üzüzə görüşmüş, həmin vaxt Cavabdeh bildirmişdir ki, Türkiyə Respublikasının Alanya şəhərində olan “XALİFA RESORT” hotelində ailəsi ilə birlikdə 7 gecə, 8 gün, yəni 2 nəfərlik otaq, gediş-qayıdış, sığorta, təyyarə biletləri daxil olmaqla və sonda tur paketlə istirahət etmək istəyir. Cavabdeh ona bldirmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə olan müddət ərzində onun və ailəsinin Türkiyə Respublikasının Alanya şəhərində olan “XALİFA RESORT” otelində ailəvi olaraq istirahət etməsi üçün ümumilikdə 2.899 manat pul ödənməlidir. xx.xx.2019-cu il tarixdə saat 16:10 radələrində 2.899 manat nəğd pulu ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də Türkiyə Respublikasının Alanya şəhərinin “XALİFA RESORT” otelində ailəvi olaraq istirahət etməsi ilə bağlı Cavabdeh ödəmişdir. Cavabdeh ona xx.xx.2019-cu il tarixli "314164” nömrəli kassa mədaxil orderini öz dəsti xətti ilə tərtib edib yazaraq möhür vurmaqla həmin qəbzi ona təqdim etmişdir. Cavabdeh ondan pulu qəbul etdikdən sonra tur paketi 2 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə gəlib şirkətdən götürə biləcəyini ona demişdir. Bundan sonra o, xx.xx.2019-cu il tarixdə Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq tur paketi nə zaman götürəcəyini soruşduqda Cavabdeh ona sistemdə problem olduğunu deyib səhərisi günü əlaqə saxlamasını bildirmişdir. Ertəsi gün o, yenidən Cavabdeh ilə telefon əlaqəsi saxlayan zaman Azər ona xx.xx.2019-cu il tarixə tur paketin alınmadığını, xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasının Alanya şəhərinin “XALİFA RESORT" otelində ailəvi olaraq gedib istirahət edə biləcəyini bildirdikdə o, Cavabdeh ona yalan danışmasını həmin vaxt hiss edib pulunu Azərdən geri verməsini tələb etmişdir. Cavabdeh isə ona 2.899 manat pulu 3 gün müddətində gəlib işlədiyi Nəsimi rayonu, Azadlıq prospekti 97 saylı ünvanda yerləşən "xxxx" şirkətindən götürməsini demişdir. Bundan sonra o, Cavabdeh ilə telefonda razılaşmış və 3 gündən sonra “LİKE TRAVEL" şirkətinə gəlmişdir. Bu zaman Nəsimi rayonu, Azadlıq prospekti 97 saylı ünvanda yerləşən "xxxx" şirkətindən ona məlum olmuşdur ki, Azər onun kimi bir çox insanların pulllarını tur paket adı ilə alıb aldadaraq ələ keçirməklə dələduzluq etmişdir. Yenidən Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq ona məxsus 2.899 manat pulu ödəməsini tələb etməsinə baxmayaraq bunun da heç bir nəticəsi olmamışdır. xx.xx.2019- cu il tarixdə o, Nəsimi RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazır ki, vaxta qədər Cavabdeh ondan aldığı 2.899 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-392/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı X1 Müəssisəsində cəza çəkən məhkum Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2021-ci il tarixli, 1(103)-1717/2021 saylı qərarı ilə ona təyin olunmuş Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 4 ay 07 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 2899 manat məbləğində pul vəsaitini hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan iddiaçıdan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilərək, göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 1000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2899 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,99 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 2899 (iki min səkkiz yüz doxsan doqquz) manat məbləğində dəymiş maddi ziyan və 58,99 (əlli səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5245/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5245/2022
10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver