Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5331/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktının ilkin qeydiyyatın ləğv edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin Ərizəçi adına olan xx xxx 2020-ci il tarixli, 285 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X2 xx xxxxxx 2019-cu il tarixdə rəhmətə getmişdir. Lakin səhvən ölüm haqqında akt qeydi Ərizəçi adına rəsmiləşdirilmişdir. Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə rəsmi müraciət etmişdir. Cavab məktubunda ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında tələbi qəbul edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçi ilə X2 xx xxxxx 1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərizəçinin əri X2 xx xxxxxx 2019-cu il tarixdə ürəyin xroniki işemik xəstəliyi səbəbindən vəfat etmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən aparılmış xx xxx 2020-ci il tarixli 285 saylı ölüm haqqında akt qeydi səhvən Ərizəçi adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qərarın 26-cı bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə hesab edir ki, başqa yolla akt qeydinin ləğvi mümkün olmadığından, qeyd edilən akt qeydi məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, ərizəçi ərinin ölümü ilə bağlı ölüm haqqında akt qeydi alınması üçün Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, qeydiyyat orqanı tərəfindən rəsmiləşdirmə aparıldığı zaman ölüm haqqında akt qeydində səhvə yol verilərək ərizəçinin adı qeyd edilmişdir. Qeydiyyat orqanı akt qeydinin ləğvinin məhkəmə qaydasında mümkün olduğunu bildirdiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin Ərizəçi adına olan xx xxx 2020-ci il tarixli, 285 saylı ölüm haqqında akt qeydi ləğv edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin Ərizəçi adına olan xx xxx 2020-ci il tarixli, 285 saylı ölüm haqqında akt qeydi ləğv edilsin. Ərizəçi tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5331/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5331/2020
20.10.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver