Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5362/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Nağızadə Gülnaz Nasir qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində məhkəmə hazırlıq iclasları keçirilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, iddiaçı isə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, lakin tərəflər digər heç bir məhkəmə iclasında iştirak etməmişdir.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;
5. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
6. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
7. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Belə ki, məhkəmə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində hazırlıq iclasları keçirmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, iddiaçı isə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, lakin tərəflər digər heç bir məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin üzürlü səbəblərini bildirməməmişdir. Eyni zamanda tərəflər iclaslarda iştirak etməməsinin üzrlü səbəblərini göstərən hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər.
8. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlər sırasında sübutların kifayət qədər olmaması, o cümlədən, prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən məhkəmə araşdırmasının davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova