Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5364/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı – qaz sayğacının X1 adından çıxarılıb İddiaçı adına salınması, X2 aid saxta sənədlərin əsassız elan edilməsi və məhkəmə xərclərinin cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1094/T ünvanında 20.5 sot torpaq sahəsi satın almışdır. Həmin torpaq sahəsinə qonşu torpaq sahəsini isə o zaman iş ortaqlığı olan X4 almışdı. Həmin torpaq sahəsini tam şəkildə hasara almışdır. Darvaza almaq və yerləşdirmək istədiyi vaxt darvaza oğurlandığı üçün ərazini bütöv şəkildə hasara almaq məcburiyyətində qalmışdır. Daha sonra Rusiyaya işləməyə getmiş, müxtəlif səbəblərdən uzun müddət Azərbaycanda yaşamamışdır. Lakin zaman-zaman Azərbaycana gəlib bağ sahəsinə baxış keçirmişdir. İddiaçı bildirir ki, 2008-2010-cu illər arasında bağ sahəsinə baş çəkərkən Mustafaeyv Zahirin onun icazəsi olmadan ərazisindən texniki sahə kimi istifadə edir. O, təmir işlərindən çıxan köhnə materialları (daş, taxta və s.) həmin əraziyə yığıb, materialları saxlamaq üçün balaca əl damı tikib və iddiaçının hasarına öz evindən çıxan köhnə darvazanı yerləşdirib. Bu barədə soruşduqda, bunun müvəqqəti olduğunu və təmir bitdikdən sonra əvvəlki vəziyyətə qaytarılacağını bildirmişdi. Lakin sonradan məlum olmuşdur ki, bütün bu hərəkətlər ona məxsus torpaq sahəsini zəbt etmək məqsədi daşıyırmış. 2021-ci ildə torpaq sahəsinin sənədlərini yeniləmək üçün Dövlət Reyestr Xidmətinə müraciət etmiş, 2021-ci ildə həmin torpaq sahəsinə baxış keçirilmiş, 12 sot sahəyə çıxarış verilmiş, qalan 8.5 sot üçün sənədləşmə prosesi hələ başa çatdırılmamışdır. Bağ sahəsində olarkən təsadüf nəticəsində məlum oldu ki, torpaq sahəyə aid qaz və işıq sayğacları X1 adına çəkilmişdir. Sayğaclar hasarın içində deyil, çöl tərəfində yerləşir və bu iddiaçının razılığı olmadan, qanunsuz şəkildə həyata keçirilmişdir. Bununla bağlı araşdırmalara başlamiş və Azəriqaz,Azərişıq ve Kürdəxanı bələdiyyəsinə müraciət etmişdir. Kürdəxanı bələdiyyəsinə müraciət etdikdə bildirdilər ki həmin sahəni X2 icarəyə veriblər. Azəriqaz və Azərişıqdan bildirdilərki Vüsalə xanıma Bələdiyyənin verdiyi sənəd əsasında komunal xətlər çəkilib. Azəriqaz,Azərİşıq və Kürdəxanı bələdiyyəsinə yazılı müraciət etmişdir. Hər iki sayğac üzərində sərfiyyat sıfırdır.(foto şəkil ilə təsdiqi var). Kürdəxanı Bələdiyyəsinin cavab məktubunda göstərilir ki, guya xx.xx.2006- cı il tarixli 10 illik icarə müqaviləsi əsasında 12 sot torpaq sahəsi ağac əkmək məqsədi ilə Mustafayeva Vüsaləyə verilib. Müqavilənin müddəti bitmiş, lakin buna baxmayaraq vergi ödənişləri son 3-4 ayadək davam etdirilmişdir.Yalnız onun müraciətindən sonra vergi yığımı dondurulub. Tərəflərin izahatı: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında bildirdi ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir, belə ki, sayğacın quraşdırıldığı torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mübahisəli məsələdir, həmçinin iddiaçı məhkəmənin vaxtını almadan istehlakçı hesabını X5 ilə razılaşaraq, ASAN Kommunalda ərizə yazmaqla öz adına keçirə bilər. Mustəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1096/T saylı 0,12 ha bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhər Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilən mülkiyyətdən əlavə olaraq ərizəçinin istifadəsində olan torpaq sahəsinə dair hər hansısa qərarın qəbul olunması və torpaq sahəsinə daimi istifadə və ya mülkiyyət hüquqlarının verilməsi bələdiyyənin səlahiyyətləri xaricindədir. İş materiallarında olan, Bakı şəhər Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfndən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçinin xüsusi mülkiyyətində olan DƏDRX-i tərəfindən 1200kv metr 1096T saylı bağ torpaq sahəsinin tanınmasına dair verilmiş çıxarış Kürdəxanı Bələdiyyəsində qeydiyyata alınmışdır, iddia edilən 8.5 sot torpaq sahəsinə dair ərizəçinin adına Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində, həmçinin Vergi və ödənişlər şöbəsində əlavə məlumat yoxdur, sorğuda adı qeyd olunan, X5 ilə Kürdəxanı Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixdə 565 saylı icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan, Bakı şəhər Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi xx.xx.2006-ci il torpaq icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı bağlarının Qərb hissəsindəki ümumi sahəsi 1200 kv metr olan torpaq sahəsini bağçılıq məqsədi ilə on il müddətinə X2 icarəyə verilmişdir. İş materiallarında olan, X5 adına olan **********05228 saylı abonent kodundan görünür ki, sərfiyyat sıfırdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhər Nərimanov rayon, F.X.Xovski prospekti evi 10, mənzil 120- clə qeydiyyatda olan vətəndaş X2 ondan ötrü ki, həqiqətən də Kürdəxanı qəsəbəpi T Bağlar massivi Yusif Qasımov küçəsində istifadəsində olan əmlak torpaq sahəsi üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarında olan, Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X5 ilə Cavabdeh arasında müqavilə bağlanaraq, sayğac quraşdırılmışdır. Cavabdeh İB tərəfindən iddiaçıya ünvanlanmış müraciətə baxılması barədə olan xx.xx.2025-ci il tarixli 14-2-24/2-Y-10xx-xx/2025 saylı və xx.xx.2025-ci il tarixli 14-2-2-4/2- Y-10xx-xx/2025 nömrəli məktublardan görünür ki, iddiaçının müraciətləri təmin edilməmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. Həmin Məcəllənin 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək Məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1096/T saylı 0,12 ha bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi xx.xx.2006-ci il torpaq icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı bağlarının Qərb hissəsindəki ümumi sahəsi 1200 kv metr olan torpaq sahəsini bağçılıq məqsədi ilə 10 il müddətinə X2 icarəyə verilmişdir. Qeyd olunan müqavilənin müddəti bitmişdir. Həmin müqavilə əsasında Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X5 ilə Cavabdeh arasında müqavilə bağlanaraq, sayğac quraşdırılmışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, artıq adıçəkilən torpaq sahəsinin üçüncü şəxs olan X1 adıçəkilən torpaq sahəsinə qanuni sahibliyi mövcud deyildir. Belə ki, X3 ilə bələdiyyə arasında bağlanmış torpaq sahəsinin icarə müqaviləsinin müddəti bitmişdir və “Torpaq icarəsi haqqında” AR Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Hazırkı məhkəmə mübahisəsi zamanı isə torpaq sahəsinin hərrac və ya müsabiqə əsasında Vüsalə Mustafayeva ilə icarə müqaviləsinin bağlandığı da müəyyən edilmir. Belə olduğu təqdirdə isə adıçəkilən torpaq sahəsi X1 qanuni istifadəsində ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının onun torpaq sahəsinin başqa yerdə, iddiaçının torpaq sahəsinin isə başqa yerdə yerləşdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, əgər o, adıçəkilən icarə müqaviləsinə istinad edirsə, həmin müqavilə qüvvədən düşmüşdür. X11 həmin sahənin daxilində və ya qonşuluğunda digər torpaq sahəsinin ona məxsus olduğunu iddia edirsə, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, X5 ilə İddiaçı arasında inzibati icraat qaydasında məhkəmə mübahisəsinə Bakı İnzibati Məhkəməsində baxılır. Abonent hesabı X1 adına olduğundan onun razılıq vermədiyinə görə Azəriqaz İBnin abonent hesabını iddiaçının adına keçirməkdən imtina etməsi başa düşülən olsa da, adıçəkilən torpaq sahəsinin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 1096/T saylı bağ sahəsi üzrə **********05228 nömrəli istehlakçı hesabı X1 adından İddiaçı adına keçirilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən və tərəfindən məhkəməyə heç bir rüsum ödənilmədiyindən iddia tələbinin “məhkəmə xərclərinin cavabdehlər tərəfindən ödənilməsinə” dair hissəsi məhkəmə tərəfindən əsassız hesab olunaraq, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 1096/T saylı bağ sahəsi üzrə **********05228 nömrəli istehlakçı hesabı X1 adından İddiaçı adına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5364/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5364/2025
16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver