Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5400/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.mş. olan 36 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.m. olan 36 saylı mənzil iddiaçının mərhum anası X1 məxsus olmuşdur. O, sözügedən mənzili iddiaçıya vəsiyyət etmişdir. xx.xx.2014-cu il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də əmlakın vərəsəsi iddiaçı olduğu qeyd edilmiş, X3, Cavabdeh1 və X2 sözügedən əmlak üzərində hər birinə münasibətdə 1/8 hissədə məcburi paya vərəsəlik hüququnun olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”dən aşkar olduğu kimi, X5, Cavabdeh1 və X4 əmlaka dair onlara məxsus payları iddiaçıya bağışlamışdırlar. Bununla da onlar sözügedən paylara dair öz mülkiyyət hüquqlarında könüllü sürətdə, müstəqil iradə ifadələri əsasında imtina etmişlər. İddiaçının ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.mş. olan 36 saylı mənzil üzərində tam payla mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Onlar sözügedən mənzildə yaşamırlar. Onların qeydiyyatı yalnız formal xarakter daşıyır. Bu hal, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını pozur və o, həmin şəxslərə görə əlavə kommunal xərclər ödəmək məcburiyyətindədir. Cavabdeh1 ailə qurduqdan sonra Rusiya Federasiyasının Nalçik şəhərinə köçmüşdür, ailə üzləri ilə birlikdə orada yaşayır. Cavabdehlərin iddiaya dair münasibəti: Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə elektron poçt vasitəsilə təqdim edilmiş ərizə ilə müraciət edərək, Qasımov Yeganə tərəfindən qaldırılmış iddianı qəbul etdiyini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.m. olan 36 saylı mənzilə istifadə hüququnun itirilməsinə razı olduğunu bildirmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşin halları: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.m. olan 36 saylı mənzilə dair İddiaçı tam payla mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Cavabdeh1, Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.mş. olan 36 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X5, Cavabdeh1 və X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.mş. olan 36 saylı mənzilə dair onlara məxsus payları iddiaçıya bağışlamışdırlar. Bağışlama müqaviləsi bağlanıldığı zaman Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.m. olan 36 saylı mənzilin satılmasına, bağışlanmasına etiraz etmədiyi, müqavilədə nəzərdə tutulduğu müddətdə mənzili tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağına dair öhdəlik götürmüşdürlər. Cavabdeh4 isə yetkinlik yaşına çatmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərar 23-6. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, bağışlama müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi, habelə mübahisəli mənzilə dair tam payla mülkiyyət hüququnun daşınmaz əmlakların dövlət reyesterində qeydə alınması ilə iddiaçının ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.mş. olan 36 saylı mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin həmin mənzildən qeydiyyatdan çıxmaması İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzilin özgəninkiləşdirilməsi və mənzili tərk edərək yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı razılığını, Cavabdeh1 iddianı qəbul etdiyini, Cavabdeh4 yetkinlik yaşına çatmadığını və onun yaşayış yerinin valideynlərinin yaşayış yeri olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,04 kv.mş. olan 36 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə
Məhkəmə qərarları › İş №2(011)-5400/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5400/2024
28.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver