Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5423/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalı X2 məxsus ünvan 1 saylı ünvanda yerləşən 100 saylı mənzilə dəymiş zərərə görə 398.70 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 20.40 manat dövlət rüsumu, cəmi 419.10 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus ünvan 1, 100 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmışdır. Sığortalı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi ilə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi nəticəsində sığortalı əmlaka maddi zərər dəymişdir. 89 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən, ünvan 1, 100 saylı mənzilə baxış keçirilməsi zamanı aşkar olunmuşdur ki, Cavabdeh məxsus Telnov küçəsi, 2 saylı evin 102 saylı mənzilindən axan su nəticəsində X2 məxsus Telnov küçəsi, 6 saylı binanın 100 nömrəli mənzilinə ziyan dəymişdir. Əmlakın hadisə nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx xxxx 2014-cü il tarixli hesabata əsasən, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə hadisə nəticəsində dəymiş zərərin həcmi 650 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı Sığorta Şirkəti tərəfindən 398.70 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X2 məxsus ünvan 1, 100 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək 25.000 manat sığorta məbləği olmaqla daşınmaz əmlakın icbari sığortası növü ilə sığortalanmışdır. Cavabdeh məxsus Telnov küçəsi, 2 saylı evin 102 saylı mənzilindən axan su nəticəsində X2 məxsus Telnov küçəsi, 6 saylı binanın 100 nömrəli mənzilinə ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkənin mənzilinə dəymiş zərərə görə 398.70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan hadisə nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə xx xxxx 2014-cü il tarixli hesabata əsasən, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə hadisə nəticəsində dəymiş zərərin həcmi 650 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 89 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən X2 məxsus ünvan 1, 100 saylı mənzilə su sızmanın cavabdehin mənzilindən baş verməsi müəyyən edilmiş, nəticədə dəymiş zərərə görə iddiaçı tərəfindən həmin mənzilə 398.70 manat ödənilmişdir. Odur ki, sığorta hadisəsinin baş verməsində Cavabdeh təqsiri müəyyən edilmiş sayılmalı, iddiaçının ona qarşı subroqasiya hüququnun yaranması müəyyən olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 20.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 20.40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 398.70 manat məbləğində sığorta ödənişi, ödənilmiş 20.40 manat dövlət rüsumu, cəmi 419.10 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 398.70 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat məbləğində sığorta ödənişi, ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 419.10 (dörd yüz on doqquz manat on qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5423/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5423/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver