Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5470/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.286,35 manat məbləğində maddi zərərin, 4000 məbləğində manat mənəvi zərərin əvəzinin və 166 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları vardır: xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında xx.xx.2008-ci il tarixdə 688 saylı aktla Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu i təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 analarının himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay qazancının (başqa gəlirlərimin) üçdə bir hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Birgə nikah dövründə, 2020-ci ilin fevral ayında Cavabdeh vergi ödəyicisi kimi fəaliyyətə başlamış, icarəyə gözəllik salonu götürərək 2021-ci ilin mart ayınadək olan müddətdə sahibkar kimi fəaliyyət göstərmişdir. Bu fəaliyyəti ilə əlaqədar xx.xx.2020-ci ildə Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 18,9% dərəcəsi ilə 15000 AZN kredit götürərək həmin vəsait hesabına gözəllik salonunda epilyasiya əməliyyatlarında istifadə məqsədilə lazer aparatı almışdır. O, zamin duraraq "xxxx" ASC ilə zaminlik müqaviləsi, həm də ipoteka müqaviləsi imzalamışdır. Həmin müqaviləyə əsasən, mülkiyyətində olan Bakı şəhəri, Gen.Mehmandarov küçəsi, 8 saylı evin 116-cı mənzili kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kreditə götürdüyü vəsait hesabına aldığı aparatdan istədiyi kimi istifadə etməsinə və üzərində sərəncam verməsinə baxmayaraq, yaranmış borca görə ödənişlər etməkdən yayınmışdır. Zamin durduğuna və mülkiyyətindəki mənzil ipoteka ilə yüklü olduğuna görə Cavabdeh kredit borclarını ödəmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Cavabdeh zamin duraraq xx.xx.2021-ci il tarixli 241micNFT/21 saylı zaminlik müqaviləsi imzalamışdır. Cavabdeh banklara bir qəpik belə ödəməmişdir. Əmək haqqından aliment tutulana kimi olan müddətdə tərəfindən ödənişlər edilərək "xxxx" KB ASC-yə 1.420 manat və "xxxx" ASC-yə 5761 manat, ümumilikdə 7181 manat ödəmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2021-ci i! tarixli 2(011)-783/2021 saylı qərardadı ilə azyaşlı uşaqların saxlanması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay əməkhaqqının 1/3 miqdarında müvəqqəti aliment tutularaq Cavabdeh ödənilməsi və qərardadın dərhal icra olunması qərara alanmışdır. Əməkhaqqının 1/3 miqdarında aliment tutulmasına yönəldikdən sonra Cavabdeh kreditləri üzrə banklara yaranmış borclarını ödəmək imkanı tükəndiyindən ondan nikah pozulana kimi onun banklara yaranmış borclarını müştərək qaydada ödənilməsini xahiş etmişdir ki, bank borclarının üstünə faiz və cərimələr gəlməsin. Cavabdeh razı olmadığından banklara ödənişləri dayandırmağa məcbur olmuşdur. xx.xx.2022ci il tarixdə "xxxx" ASC Cavabdeh və ona qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması və digər tələbinə dair” iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2022ci il tarixdə "xxxx" KB ASC Cavabdeh və ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. İpoteka ilə yüklü mənzilinin hərracdan satılmasının qarşısını almaq üçün xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə kredit sazişi bağlayıb illik 18% 48 ay müddətinə 20000 manat kredit götürüb həmin tarixdə 2204 manat "xxxx" ASC-yə və həmin tarixdə "xxxx" ASC-yə kredit üzrə yaranmış borclara görə12598 manat, 132 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum, 135 manat dövlət rüsumu, 47 manat mənzilin yüklülükdən azad edilməsi üçün rüsum, cəmi 12912 manat ödəməklə Cavabdeh kreditlər üzrə yaranmış borclarını tam ödəmiş və mülkiyyətində olan mənzili yüklülükdən azad etmişdir. Yəni, cavabdehinn banklardan götürdüyü kreditlər üzrə birgə nikah dövründə ödədiyi 7181 manat nəzərə alınmadan, yalnız nikah xx.xx.2022-ci il tarixdə pozulandan sonra banklara ümumilikdə 15116 manat ödəmişdir. 15116 manatın üzərinə illik 18%, 48 ay müddətində isə 40,82% əlavə etdikdə 21286,35 manat təşkil edir. Cavabdehdən həmin məbləğin tutulmasını doğru hesab edir. Cavabdeh müxtəlif bəhanələr gətirərək götürdüyü kreditlər üzrə borclarını ödəməkdən yayınması, bankların pul tələblərini ona yönəltmələri, borcları ödəməkdən ötrü vəsaitinin olmaması, üz tutduğu qohum-tanışın kömək etmək imkanının olmaması, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satılması perspektivindən irəli gələn stress və psixoloji basqı ona mənəvi zərər yetirmiş, həddindən çox iztirab vermişdir. Dəymiş mənəvi ziyanı 4000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizənin mülki mübahisənin həlli müddətinin uzadılması ilə bağlı verildiyini göstərdi və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, nzaz12440 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 18,9% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan borcverən "xxxx" ASC ilə zamin İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, nzaz12440 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, nzaz12440 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyana məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 8, 116 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, RB02/3863 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, nzaz12440 saylı kredit müqaviləsi üzrə 12598 manat məbləğində borc zamin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə tam olaraq bağlanmış və mənzil ipoteka yüklülüyündən azad edilmişdir. İş materiallarında olan borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 241micNFT/21-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 100000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi və ona bank hesabı (cari, ssuda) açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə elməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 241micNFT/21 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 12 ay müddətinə illik 24% ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan borcverən "xxxx" KB ASC ilə zamin İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 241micNFT/21 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşyır. İş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli, UB-NFT/KB/2022 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli, 241micNFT/21 saylı kredit müqaviləsi üzrə borc zamin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə tam olaraq bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-243/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 688 saylı aktla Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011 -ci il təvəllüdlü X4 analarının himayəsində qalması və İddiaçı onların yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları dövrdə cavabdehin adına rəsmiləşdirilməklə "xxxx" ASC-dən 15000 manat məbləğində və "xxxx" KB ASC-dən 3000 manat məbləğində kredit götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-243/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra, iddiaçı tərəfindən hər iki kredit müqaviləsi üzrə cəmi 15116 manat məbləğində ödəniş həyata keçirilmiş və borc bağlanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15116 manat məbləğində pul vəsaitinin, həmin məbləğə hesabladığı faizin və dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş etmiş, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə istinad etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Nəzərə alınmalıdır ki, mülki və ailə qanunvericiliyinin ər-arvadın ümumi əmlakının yaranması ilə bağlı normalarına (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələri) görə əksi sübut edilməyənədək ailə büdcəsinə daxil olmuş vəsaitlər ailənin ümumi gəlirlərinə xərclənmiş vəsaitlər isə ümumi xərclərinə aid edilir. Ailə Məcəlləsinə müvafiq olaraq ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə isə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ilk olaraq götürülmüş borcun ər-arvadın birgə nikah müddətində ailənin saxlanılması üçün istifadə edilməsi, eləcə də əldə edilmiş əmlaka xərclənməsi aydınlaşdırılmalı, daha sonra isə bunların qanuna müvafiq hüquqi nəticələri qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, “qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ərarvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.” Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.” Məhkəmə qeyd edir ki, ailə və mülki qanunvericilikdə ər-arvadın ümumi öhdəliyini icra edən ərin və ya arvadın digər tərəfə qarşı ona məxsus pay həddində tələb irəli sürmək hüququ birbaşa nəzərdə tutulmamışdır. Bununla yanaşı Ailə Məcəlləsinin 41.2-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Qeyd olunan maddədən müəyyən olunur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, onlar birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 500.1 və 500.2-ci maddələrinin tələbləri nəzərə alındıqda isə müəyyən olunur ki, ər-arvad həmin öhdəliklər üzrə birgə borclulardır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəsinin Plenumunun öz qərarında qeyd olunan hallarla bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, tərəflərin birgə nikah dövründə bağlanmış kredit müqavilələri əsasında götürülmüş və əksi sübut olunmadığından, ailə ehtiyaclarına sərf edilmiş kredit məbləğləri üzrə qalıq borcdakı paylarının bərabər olduğundan, xx.xx.2022-ci il tarixinə kimi ödənişlərin birgə nikah dövründə həyata keçirildiyindən, həmin tarixdən etibarən aylıq ödənişlərin yarı hissəsinin ödənilməsi öhdəliyi iddiaçının üzərinə düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi kredit borcuna görə ödənilmiş 15116 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, yəni, həmin məbləğin yarısı- 7558 manat məbləğində pul cavabdehə aid edilməklə ondan alınıb iddiaçıya verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı 6170,35 manat məbləğində faiz borcunun cavabdehdən tutulması hissəsində iddia tələbini əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda isə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddiasının qismən təmin edilməsi nəzərə alınaraq, iddia tələbi 4000 manat mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi 30 faiz həcmində təmin edildiyinə görə ödənilmiş 166 mant dövlət rüsumunun 49,80 manatı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 7558 (yeddi min beş yüz əlli səkkiz) manat və ödənilmiş 166 (yüz altmış altı) manat dövlət rüsumunun 49,80 (qırx doqquz manat 80 qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev