Məhkəmə qərarları › İş №2(011)-5504/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5504/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5504/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı - “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibinə ödənilmiş 360 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq "xxxx" ASC-yə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 28.01.2020-ci il tarixdən 28.01.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh etibarnamə olmadan “Toyota” markalı, 99VM309 dövlət qeydiyyat nişanlı avtomobili 27.12.2020-ci il tarixdə, saat 17:30 radələrində idarə edərək Bakı şəhəri, Binəqədi rayonu Atatürk prospektində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X5 məxsus “Hyundai Toyota” markalı. **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə 360 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri DYP tərəfindən qeydə alınaraq, araşdırma aparılmış, həmin araşdırmanın nəticəsi olaraq İnzibati xəta haqqında qərar qəbul edilmişdir. Cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.1-332.1-ci maddələri ilə inzibati qaydada tədbir görülmüşdür. İddiaçı "xxxx" ASC ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən "AzSığorta” ASC ilə Nuriyeva Cəmilə Vəkil qızı arasında 28.01.2020-cu il tarixdə PAZ********** saylı icbari sığorta müqaviləsi bağlanmış və "Toyota Prius” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan 15.01.2021-ci il tarixli, CML-3699/2020-AKT126/21 saylı Sığorta Aktının surətindən görünür ki, Nuriyeva Cəmilə Vəkil qızına məxsus "xxxx" ASCdə sığortalanmış “Toyota Prius” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə 360 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin 30.12.2020-ci il tarixli Dəymiş zərərin hesabatının surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin qiyməti 360 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, Nuriyeva Cəmilə Vəkil qızının mülkiyyətində olan, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 mülkiyyətində olan, hadisə vaxtı X3 idarə etdiyi “Hyundai Sonata” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır: Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, cavabdehin qəsdən etdiyi qanunazidd hərəkətlərin nəticəsində baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığı, yəni dəymiş zərərə görə hesablanmış 360 manat sığorta ödənişinin ödənilməsi mülki işin məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən dəymiş ziyanla bağlı müvafiq hesabat məhkəməyə təqdim edilsə də, 360 manat məbləğində pulun ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı - “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibinə ödənilmiş 360 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X4 tutularaq "xxxx" ASC-yə verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia dəymiş ziyana görə ödənilmiş məbləğin cavabdehdən tutulmasına dair hisəsədə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı - “Hyundai Sonata” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibinə ödənilmiş 360 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq "xxxx" ASC-yə verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar