Məhkəmə qərarları › İş №2(011)-5516/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5516/2022

15.08.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5516/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “akt qeydinin bərpası” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ermənistan Respublikasının Masis rayonunun Qeydiyyat şöbəsi tərəfindən 1974-cü ildə X2 ilə bağlanmış rəsmi nikahın akt qeydinin və 1990-cı ildə X2 ilə pozulmuş nikahın akt qeydinin bərpası olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, o, xx.xx.1952-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Doğulduğu vaxt ona Ermənistan Respublikasının qeydiyyat şöbəsi tərəfindən 24 saylı akt qeydi ilə qeydə alınmış, xx.xx.1952-ci il tarixli 521508 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sözü gedən doğum haqqında şəhadətnamədə adında yanlışlığa yol verilmiş, X4 yerinə X3 qeyd edilmişdir. Buna baxmayaraq bütün sənədlərdə Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, evlənmək haqqında şəhadətnamədə adı Naidə şəklində düzgün yazılmışdır. Həmçinin, övladlarının da doğum haqqında şəhadətnamələrinin ana qrafasında adı olduğu kimi Ərizəçi kimi yazılmışdır. Doğum akt qeydinin bərpa edilməsi məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixli, 121-05/68 saylı məktubla ona məxsus doğum haqqında akt qeydinin bərpasının mümkün olmadığı, bunun üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Sadəcə sözügedən ona məxsus doğum haqqında şəhadətnamədə adında qeyd edilən hərf yanlışlığının olması səbəbindən o bu gün bir çox hüquqi proseduru həyata keçirmək imkanından məhrum olmuşdur. Belə ki, sənədləşdirmə işləri aparılan zaman inzibati orqan tərəfindən rəsmi sənədi qəbul edilmir, həmin doğum haqqında şəhadətnamənin başqa şəxsə məxsus olduğu bildirilir. İllərdir ki, o bu yanlışlığa ciddi yanaşmamış, bir hərf səhvi kimi qəbul etsə də, hazırda ciddi maneələrlə rastlaşır. Ermənistan Respublikasının qeydiyyat şöbəsi tərəfindən 24 saylı akt qeydi ilə qeydə alınmış aktın bərpa olunmasına, eyni zamanda, 1974-cü ildə X2 ilə rəsmi nikaha daxil olmuşlar, həyat yoldaşı X1 ilə 1990-cı ildə rəsmi nikahları pozulmuşdur. Daha sonra, yenidən 1991-ci ilin 07 iyul tarixində rəsmi nikaha daxil olmuşlar. Sözü gedən 1974-cü ildəki nikahın Ermənistan Respublikasından məcbüri köçkün gələn zaman itirmişlər, həmin nikahın 1990-cı ildə pozulmasın dair sənədlər orada qalmışdır. 1974-cü ildə X2 ilə rəsmi nikahın akt qeydinin və 1990-cu il ildə X2 ilə pozulmuş akt qeydinin bərpa olunmasını qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, əvvəla ərizəçi doğum haqqında şəhadətnamədə adında yanlışlığın (hərf səhvinin) olması səbəbindən bir çox hüquqi prosedurları həyata keçirməkdə çətinlik çəkdiyini göstərsə də, X2 ilə 1974-cü ildə bağlanmış nikah akt qeydinin və 1990-cı ildə pozulmuş nikah akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin bununla bağlı lazımı sənədləri başqa qaydada ala bilməməsi barədə sübutun məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən imtina isə əruzəçiyə doğum akt qeydinin bərpasından imtina ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa, ərizənin məzmunundan görünür ki, ərizəçinin əsas tələbi doğum haqqında şəhadətnaməsində adınnın bir hərf fərqi ilə (Naidə deyil, Nahidə yazılması) yanlış yazılması ilə bağlıdır. Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən imtina mıktubundan da görünür ki, əruzəçinin müraciəti də doğum akt qeydinin bərpası ilə bağlı olmuşdur. Ona görə də, məhkəmə ərizənin məzmununda ərizəçinin əsas tələbini nəzərə alaraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi doğum haqqında şəhadətnaməsində adının bir hərf fərqi ilə yanlış yazılmasının aradan qaldırılması barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, bundan imtina edildikdə isə həmin orqanın qərarından inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi akt qeydinin bərpası tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə ona məxsus doğum haqqında şəhadətnamədə adındakı yanlışlığın aradan qaldırılması üçün müvafiq qeydiyyat orqanına müraciət etmək hüquqnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar