Məhkəmə qərarları › İş №2(011)-552/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-552/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-552/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nə qarşı – maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ford Fusıon” markalı, **-SH-*** dövlət qeydiyat nişanlı avtomaşını xx.xx.2024-cü il tarixdə idarə edərkən Bakı şəhər, Əli Vəliyev küçəsində “İSUZU B902” markalı, **-JT-*** dövlət qeydiyat nişanlı avtobus nəqliyyatı tərəfindən ona yetirilmiş maddi zərərə görə 1.900 manat pul məbləği və 40 manat mütəxəsis rəyinin dəyərinin, ümumilkdə 1.940 (min doqquz yüz qırx) manat pulun tutulması, Cavabdeh2 mənəvi zərərə görə 200 manat məbləğinin və məhkəməyə ödənilmiş 41 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı X2 özünün əsl İddiaçı ilə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, ona dəymiş ziyan tamamilə ödənildiyindən, iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. O bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənilib, cavabdehlərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, dəymiş ziyan tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iddiadan imtina barədə ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddia tələblərindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" ASC vasitəsilə ödənilmiş 41 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nə qarşı – “Ford Fusıon” markalı, **-SH-*** dövlət qeydiyat nişanlı avtomaşını xx.xx.2024-cü il tarixdə idarə edərkən Bakı şəhər, Əli Vəliyev küçəsində “İSUZU B902” markalı, **-JT-*** dövlət qeydiyat nişanlı avtobus nəqliyyatı tərəfindən ona yetirilmiş maddi zərərə görə 1.900 manat pul məbləği və 40 manat mütəxəsis rəyinin dəyərinin, ümumilkdə 1.940 (min doqquz yüz qırx) manat pulun tutulması, Cavabdeh2 mənəvi zərərə görə 200 manat məbləğinin və məhkəməyə ödənilmiş 41 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC vasitəsilə xx.xx.2024-cü il tarixdə 15715 saylı qəbzə əsasən ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar