Məhkəmə qərarları › İş №2(011)-5523/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5523/2023

06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5523/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı X1 cavabdeh X5 qarşı “cehiz əşyalarının geri təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işi nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh X5 qarşı – cavabdehdən iddia tələbində sadalanan cehiz əşyalarının istifadəyə yararlı şəkildə alınaraq iddiaçıya təhvil verilməsi və ya həmin əşyaların dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbində göstərilən əşyaların dəyərinin öyrənilməsi üçün iş üzrə qiymətləndirmə təyin edilməsinə etiraz etmədi. Cavabdeh X7 xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparmaq məqsədi ilə iddia ərizəsində qeyd edilən əşyaların qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəyinin alınması zəruridir. Bu xüsusatların araşdırılması və müəyyən edilməsi isə bu sahədə zəruri texniki biliyə malik olan şəxslər tərəfindən araşdırıla və müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 64-cü maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Göstərilən xüsusatların araşdırılması və müəyyən edilməsi isə xüsusi bilik tələb edən elm sahəsi olub, bu sahədə xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən və həm də xüsusi tədqiq etmə metodları və vasitələrinin köməyi ilə müəyyən edilə bilər. Buna görə də iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından, iş üzrə qiymətləndirmə rəyi almaq məqsədi ilə mütəxəssis cəlb edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən xüsusatların araşdırılması və müəyyən edilməsi üçün iş üzrə iddia ərizəsində göstərilən əşyaların qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 97-98 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 cavabdeh X5 qarşı “cehiz əşyalarının geri təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə 6 ədəd çaxır bokalı (Rusiya istehsalı billur); 6 ədəd şampan bokalı (Rusiya istehsalı billur); 6 ədəd içki qədəhi (Rusiya istehsalı billur); 6 ədəd “Madamme Coco” markalı böyük qədəh (Türkiyə istehsalı); 6 ədəd “Madamme Coco” markalı kiçik qədəh (Türkiyə istehsalı); 2 ədəd konfetqabı-ayaqlı (Rusiya istehsalı); 1 ədəd külqabı (Çexiya istehsalı); 2 ədəd konfet qabı (Rusiya İstehsalı billur); 2 ədəd qənd qabı (Rusiya istehsalı billur); 2 ədəd meyvə qabı (Rusiya İstehsalı billur); 2 ədəd göy billur gül qabı; 1 ədəd vitrin qabı “Karaca” markalı (Türkiyə istehsalı); 1 ədəd billur gül qabı; 1 ədəd gül qabı (Çexiya istehsalı); 1 ədəd ləpə qabı (Rusiya istehsalı billur); 1 qrafin dəsti (Çexiya istehsalı billur); 1 sadə şüşə qrafin dəsti; 1 çamadan qaşıq-bıçaq dəsti (Almaniya dəsti); 2 dəst stəkan 12 ədəd (Rusiya istehsalı billur); 2 dəst armudu stəkan 12 ədəd (Rusiya istehsalı billur); 12 ədəd Rusiya istehsalı armudu nəlbəki; 12 ədəd böyük nəlbəki (göy); 12 ədəd böyük nəlbəki (boz); 12 ədəd sadə mürəbbə qabı; 2 ədəd “Madamme Coco” markalı qapaqlı mürəbbə qabı (Türkiyə istehsalı); 2 ədəd “Madamme Coco” markalı yağ qabı (Türkiyə istehsalı); 2 ədəd “Madamme Coco” markalı sous qabı (Türkiyə istehsalı); 2 ədəd “Karaca” markalı salfet qabı (Türkiyə istehsalı); 1 ədəd kofe dəsti; 12 ədədlik gündəlik qaşıq dəsti; 3 gözlü konfet qabı (Çin istehsalı); 2 bokal dəsti (12 ədəd); 2 ədəd aş qaşığı; 2 dəst emal qazan (Rusiya istehsalı 6-6); 1 ədəd tefal tava; 3 ədəd emal ləyən (Rusiya istehsalı); 1 dəst qranit qazan (Türkiyə istehsalı); 1 ədəd emal çaynik (Rusiya istehsalı); 1 ədəd “Karaca” markalı çaydan (Türkiyə istehsalı); 1 dəst adi bıçaq dəsti; 1 dəst Nikel markalı qazan dəsti (Almaniya istehsalı); 1 dəst “Karaca” markalı bıçaq dəsti (Türkiyə istehsalı); 24 ədəd saxlama qabları (Türkiyə istehsalı); 1 ədəd yağ qabı sadə; 1 ədəd çörək qabı; 1 ədəd böyük çörək saxlama qabı; 1 dəst üçlü məcməyi; 2 ədəd sadə məcməyi; 2 ədəd gecə lampası; 2 ədəd çaynik; 1 dəst 12 nəfərlik “Karaca” markalı boşqab (Türkiyə istehsalı); 1 dəst 6 nəfərlik servis (Türkiyə istehsalı); 1 dəst 6 nəfərlik dördkünc boşqab (Almaniya istehsalı); 1 dəst “Emsan” markalı şirniyyat qabı (Türkiyə istehsalı); 1 dəst 6 nəfərlik “Karaca” markalı boşqab (Türkiyə istehsalı); 1 ədəd ətçəkən (Almaniya istehsalı); 1 ədəd Eurolux markalı toster; 1 ədəd Hoffman markalı tozsoran;1 ədəd mikser (Türkiyə istehsalı); 2 ədəd “Eurolux” markalı blender; 1 ədəd “Hoffman” markalı sokçəkən ; 1 ədəd ütü (Türkiyə istehsalı); 1 ədəd ütü stolu; 4 dəst Türkiyə istehsalı olan pərdə; 2 ədəd çılçıraq (qonaq+yataq); 1 ədəd saat; 1 ədəd döşəməsilmə dəsti; 1 ədəd “Karaca” markalı yataq dəsti (Türkiyə istehsalı); 1 ədəd 2 nəfərlik “Madamme Coco” markalı yataq dəsti (Türkiyə istehsalı); 2 ədəd 2 nəfərlik yataq dəsti (İtaliya istehsalı); 1 ədəd 2 nəfərlik yataq dəsti (Türkiyə istehsalı); 1 ədəd 1 nəfərlik yataq dəsti (Türkiyə istehsalı); 2 ədəd çarpayı yay üçün (Türkiyə istehsalı); 1 ədəd türk qalın çarpayı; 1 ədəd “TAC” markalı türk yumuşaq odeyal; 1 ədəd “TAC” markalı sintetik yorğan; 1 ədəd “Karaca” markalı süfrə (Türkiyə istehsalı); 1 ədəd çarpayı (Türkiyə istehsalı); 1 ədəd süfrə sadə; 12 ədəd dəsmal (Türkiyə istehsalı); 6 ədəd can dəsmalı (Türkiyə istehsalı); 1 dəst stəkan dəsmalı (Türkiyə istehsalı); 2 ədəd stəkan dəsmalı (Rusiya istehsalı); 4 ədəd balınc, 2 ədəd döşək, 2 ədəd yorğan və ipəkləri; 2 ədəd 50x80 ölçülü Təbriz xalçası; 1 ədəd 100x200 türk xalçası; 1 ədəd 170x300 türk xalçası; Türk yataq dəsti (çarpayı, 2 tumba, şkaf, termo və oturacaq); Türk qonaq dəsti (2 qorka-dolab, güzgülü komod, künc divan, stol və 6 stul) və 1 ədəd dəhliz şkafı dəyərinin müəyyənləşdirilməsi "xxxx" MMC-nə həvalə olunsun. Rəy verə bilməsi üçün iş materialları mütəxəssisə təqdim edilsin. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar