Məhkəmə qərarları › İş №2(011)-5569/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5569/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5569/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh həmin mənzilin təmiri üçün çəkdiyi 29 910 manat, həmin mənzilə alınmış ev avadanlıqları və əşyalarının dəyəri olan 19 005 manat, mənəvi ziyana görə 10 000 min manat cəmi 58 915 manat pul vəsaitini və dövlət rusumu üçün ödənilən 267 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi gəliri hesabına 2011-ci ildə Təfəkkür universitetinə qəbul olmuş və 1 -ci kursda oxuyan heç bir yerdə işləməyən və gəliri olmayan,iddiaçının himayəsində yaşayan oğlu Cavabdeh adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli seriya MH № ******* olan çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində İstifadədə olan 07129 ha torpaq sahəsində yerləşən 20 nömrəli,9 mərtəbəli binanın girişində,4-cü mərtəbəsində,66.8 kv.m ümumi,38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 61 nömrəli mənzil tam mülkiyyət hüquqi üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 580 nömrəli reyestr kitabının 53307 nömrəli vərəqində qeydiyyata alınmış mənzili almaq qərarına gəlmişdir. X3 adına olan yaşayış evi N№ VOEN:********** olan X1 vastəçiliyi ilə 21 dekabr 2011-ci il tarixdə X8 ilə İddiaçı arasında mənzilin satış qiymətinin 69 000 ABŞ dollarına razılaşaraq beh müqaviləsi bağlamışdır. 23 dekabr 2011 -ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzilin beh müqaviləsi ilə razılaşdırılmış qiymətə yəni 69 000 ABŞ dollarına tam ödəyərək oğlun Cavabdeh adına rəsmiləşdirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli xx.xx.2013-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən tam hüquq sahibliyi ilə həmin mənzil oğlum X2 adına rəsmiləşdirilmiş və həmin mənzildə iddiaçı qızı X9 və 2011-ci il təvəllüdlü azyaşlı nəvəsi X11 ilə birlikdə yaşayırdı. Həmin mənzil təmirsiz olduğu üçun həmin mənzildə iddiaçının vəsaiti hesabına aşağıda qeyd edilən təmir işləri və təmirə aid olan avadanlıq və materiallar alınmış xx.xx.2012 ildən başlayaraq təmir işləri görülmüşdür :1. daxili qapılar: 3 otaq+mətbəx/4ədəd avropa qapısı 4*450x4 -1800 manat,

2. Çöl qapısı modern qapı-1 ədəd qapı (san.qovşağı) qəhvəyi 900.Manat, 3.Plastik pəncərələr ve materialdan 3000 Manat. 4. Mətbəx mebeli 3 ədəd "Embavud "+quraşdırılması 1000 manat, 5.sanitar qovşağın aksesuarları və ehtiyat su rezervuarı (300litr) 650.manat, istilik sistemi və su boruları: batareyalar- "delongi"-4ədəd*100 manat, 400 manat,-dəsmalqurudan "delongi". 1 ədəd. 160 manat, su boruları və- bağlantıları kan 300manat, 7. elektrik naqillərin quraşdıniması-cəmi 2200 manat 8. taxta döşəmə, divar kağızları, kafellər,metlaxlar, boyalar, emulsiyalar, duş, smesiteller alçipanlar ve butun bunların quraşdırılması və mətbəxin yerinin dəyişdirilməsi cəmi 19 500 Manat. Cavabdeh 2023-cü ildə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri. Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmom küçəsi ev 20,61 saylı mənzildən İddiaçı, X5 və X6 məcburi qaydada çıxarılması, mənzildən istifadəyə edilən maneələrin aradan qaldırılmasını və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 18/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehler İddiaçı, X10 və X11 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 20 saylı evin 61 saylı mənzildən çıxarılması, həmin mənzildən maneələr aradan qaldırılsın və bu cür maneələrin yaradılmasına yönəlmiş əngəllər qadağan edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-18/2023 nömrəli qətnaməsi əsassız və qanunsuz olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2((103)-5398/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 18/2023 nömrəli qətnaməsi qismən ləğv edilmiş, apellyasiya məhkəməsinin MK-nın qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 20 saylı evin 61 saylı mənzildən çıxarılma və qanunsuz hərəkətlərə qadağa qoyulması hissəsi ləğv edilmiş və iddiaçının həmin mənzildən istifadə etmək və yaşayış hüququ tanınmışdır. X4 və X6 isə həmin mənzildən çıxarılması qət edilmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində deyilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin "insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya"- sının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirərən şəxslər hesab olunurlar. 2013-2015-ci illər üzrə həmin mənzilə alman daşına bilən avadanlıqlar və ev.əşyalarımn siyahısı 1. Kondisioner (Delonghi) İtaliya 2 ad x 500 m 1000 Manat 2. Televizor (LG smart) Yaponiya 1 əd 950 Manat. 3. (Samsung) 1 ed-750 Manat, 4. Soyuducu (Ariston) X20 1 ed -750 Manat. 5. Yumşaq mebel divan 2 əd kreslo, 6 ədəd dəri Uzluklu qara stul, paltar şkafı 5 qapılı Servant 2 qapılı 1 ədəd (qara taxta), servant - 1 qapılı 1 ədəd (qara taxta), televizor altlığı qara taxtadan 1 əd yataq üçün taxt-2 nəfərlik -1 əd jurnal stolu 1 əd (qara), kompüter stolu və divar şkafı 1 ad stol 2 metrlik - 1 əd, (Embavud) Firması istehsalı cəmi 3600 Manat. 6. Uşaq otağı üçün paltar şkafı - 2 qapılı 1 ad Yataq üçün taxt -1.5 nəfərlik 1 ad (Embavud) fırmasi - 650 Manat. 7. Divan - kreslo (Türkiyə, Təpə mebel) şirkəti 650 Manat, 8. Güzgülü paltar və ayaqqabı şkafı 1 ed -250 Manat, 9. Çilçıraqlar - 7 dəst cəmi -1350 Manat. 10. Kombi (Yunkers, Rosh) Almaniya - 1 ed-1200 Manat. 1 l.Paltar yuyan maşın (Ariston) İtaliya(7kq) lad-450 Manat. 12. Yataq dəstıTürkiyə 200 Manat. 13. Mətbəx stolu və 4 əd.stul (çin) taxta 220 Manat. 14. Mətbəx qabları boşqablar dəsti (servis) Fransa 350 Manat. 15.Qaz plitəsi (polşa) 1 əd 150 Manat,

16. Ətçəkən maşın (yaponiya)- 1 əd-120 Manat, 17.Paslanmayan qazanlar dəsti (servisi) Rusiya-6 ed-750 Manat, 18. Çaydanlar - 2 ed (səsli və səsiz)-50 Manat, 19.Çay servis dəsti (6 dəst) 50 Manat. 20.Qara jurnal stolu (Turkiya)- 1 ed-120 Manat, 21. Tikiş maşını (zinger, Almaniya) - 1 ed-350 Manat, 22. Xalçalar (müxtəlif ölçüdə) -7 ədəd-cəmi-950 Manat. 23. Videoplayer -2 eded 160 Manat. 24. Gitara (Musiqi aləti) 1 ad- 75 Manat,25. Kofemolka ləd 55 Manat, 26. Fen (professional) - 2 ed(hava) -110 Manat, 27 Fen (ütü) - 2 ed 28. Saçqıran maşın 1 ad 45 Manat, 29.Sok çəkən maşın- 1 əd 85 Manat, 30.Mikser 1 ad 55 Manat, 31. Elektrodrel(Almaniya)— 200 Manat, 32. Odeyallar 2 ed-(Turkiyə)-(2 metr x 1,5)-2əd- 280Manat, 33. Tozsoran (Fillips) (Niderland) ləd-120 Manat, 34.Xrustal vazalar 8 ed-240 Manat, 35. Pərdələr - 4 dəst x 3 = 12 ed (Turkiyyə) 1350 Manat, 36. Fanar (Almaniya) - 1 əd-65 Manat, 37. Elmi, Texniki, bədii və dərslik kitablar, 38. Telefon aparatları 2 əd(panasonik)- 55 Manat, 39.Router (Nokia) 1 əd 45 Manat, 40. Toster (Borsh Almaniya)- 1 ed 110 Manat. 41. Ətir (fransa) 1 ad-90 Manat, 42. Printer(HP) ləd-85 Manat, 43.Boyunbağı qızıl ted-360 Manat, 44. Qab-qaçaq dəsti servis (fransa), , 1 qutu- 340 Manat. 45. Mətbəxt hava filtiri(ariston, İtaliya)- 1 əd-95 Manat. 46. Qadın salonu ləvazimatları(müxtəlif)- cəmi-75 Manat.

Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, 12 il bundan əvvəl evi özü alıb, təmir edib, əşyaları şəxsən özü alıb, evi aldığı dönəm oğlu tələbə olub, heç yerdə işləməyib, evi Baba və Elxan adlı ustalara təmir etdirmiş, pul lazım olduqda isə yaxın dostu Rövşəndən borc almışdır. Qeyd olunanlara əsasən, oğlu Cavabdeh həmin mənzilin təmiri üçün çəkdiyi 29 910 manat, həmin mənzilə alınmış ev avadanlıqları və əşyalarının dəyəri olan 19 005 manat, mənəvi ziyana görə 10 000 min manat cəmi 58 915 manat pul vəsaitini və dövlət rusumu üçün ödənilən 267 manatın onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan 33365 nömrəli "xxxx" MMC tərəfindən verilmiş zəmanət kitabçasından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə aldığı daşınar əmlaklar təhvil verilmişdir. İş materiallarında olan 33109 nömrəli "xxxx" MMC tərəfindən verilmiş zəmanət kitabçasından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə aldığı daşınar əmlaklar təhvil verilmişdir, xx.xx.2012-ci il tarixdə həmin əmlaka görə qalmış 790 manat borcu tam ödənilmişdir. İş materiallarında olan 33395 nömrəli "xxxx" MMC tərəfindən verilmiş zəmanət kitabçasından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə aldığı daşınar əmlaklar təhvil verilmişdir. İş materiallarında olan 29438 nömrəli "xxxx" MMC tərəfindən verilmiş zəmanət kitabçasından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə aldığı daşınar əmlaklar təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" MMC tərəfindən verilmiş zəmanət kitabçasından görünür ki, İddiaçı aldığı daşınar əmlaklar təhvil verilmiş, tərəfindən 200 manat ödəniş olunmuşdur. İş materiallarında olan, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli sifariş vərəqindən görünür ki, 4 ədəd qapı şponun xx.xx.2012-ci il tarixdək hazırlanacağı, cəmi 1290 manat olacağı qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli Mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, İddiaçı "xxxx" MMC-yə 380 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X10 və X12 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 20 saylı evin 61 saylı mənzildən çıxarılması və cavabdehlər İddiaçı, X10 və X7 iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 20 saylı evin 61 saylı mənzildən istifadəyə maneələr aradan qaldırılsın və bu cür maneələrin yaradılmasına yönəldilmiş qanunsuz hərəkətlər qadağa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5398/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(011)- 18/2023 saylı qətnaməsi mübahisələndirilən- iddianın İddiaçı aid təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbi qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli V/MB/0001/25-04/ME/006 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən evdə mövcud olan mebellərin hazırki vəziyyəti nəzərə alınmaqla 2025-ci il üçün bazar dəyərinin cəmi 9590 manat, ünvan 1 ünvanda yerləşən 68.1 kv.m olan məznildə əmək haqqı və materiallar ilə birlikd aparılmış təmir işlərinə çəkilmiş xərclərin xx.xx.2025-ci il tarixinə dəyəri 20400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, mənzilin təmir olunmasında ustalara rəhbərlik etmişdir, ev çox təmirsiz olub, taxtalar çürük, yaşayış üçün yararsız idi, başdan sona təmir ediblər, balkonu mətbəxə, mətbəxi də uşaq otağına çevirmişlər, bütün kombi xətlərini çəkmişlər, kafellər yenilənmişdir, təxminən 4-5 ay çəkmişdir, pulları həmişə Böyükağa ona verib, oda xərcləri materialları alıb ustalara vermişdir, təmir işi 2012-ci ildə olub, təqribi 30000 manata yaxın xərc çəkilmişdir,oğlu olan cavabdeh həmin dövrdə tələbə idi, ödənişli əsaslarla oxuyurdu atası ödəyirdi, atasının yanında bir-iki dəfə görüb onda da atasından pul istəməyə gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, iddiaçı onun həm tələbə yoldaşı, həm də yaxın dostu olmuşdur, evi özü almışdır, içinin bütün mebellərini birlikdə gedib alıblar, bir-birilərinə tez- tez borc verib-alırdılar, ev 2011-2012-ci illərdə təmir edilib.

Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X10 və X12 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 20 saylı evin 61 saylı mənzildən çıxarılması və cavabdehlər İddiaçı, X10 və X7 iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 20 saylı evin 61 saylı mənzildən istifadəyə maneələr aradan qaldırılması və bu cür maneələrin yaradılmasına yönəldilmiş qanunsuz hərəkətlərin qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5398/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(011)- 18/2023 saylı qətnaməsi mübahisələndirilən- iddianın İddiaçı aid təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbi qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçı həmin mübahisəli mənzil olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 20 saylı evin 61 saylı mənzilinin təmirinə çəkdiyi xərcləri və evdə qalan əmlakların dəyərinin ona ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin “mənzilin təmiri üçün çəkdiyi 29910 manatın cavabdehdən tutulması” na dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5395/2024 saylı mülki işin xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, “Biz etiraf edirik ki, təmir zamanı ata oğluna kömək edib, amma dəqiq nə qədər deyə bilmərəm”. Göründüyü kimi cavabdeh tərəf mənzilin təmir olunmasında iddiaçının xərc çəkdiyini etiraf etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərdə mənzilin təmirini iddiaçının şəxsən özü etdiyini bildirmişdirlər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli V/MB/0001/25-04/ME/006 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən evdə mövcud olan mebellərin hazırki vəziyyəti nəzərə alınmaqla 2025-ci il üçün bazar dəyərinin cəmi 9590 manat, ünvan 1 ünvanda yerləşən 68.1 kv.m olan məznildə əmək haqqı və materiallar ilə birlikdə aparılmış təmir işlərinə çəkilmiş xərclərin xx.xx.2025-ci il tarixinə dəyəri 20400 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mübahisəli mənzilə çəkilmiş xərclər hər iki tərəfə aid edilərək, cavabdehdən iddiaçının xeyrinə mənzilin təmiri üçün çəkilmiş xərcə görə 10000 manat tutulmalıdır. Məhkəmə iddia tələbinin “mənzilə alınmış ev avadanlıqları və əşyalarının dəyəri olan 19 005 manat məbləğin tutulması”na dair hissəyə dair qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş adlı zəmanət talonları əsaslı sübut kimi məhkəmə tərəfindən qiymətləndirilərək və mütəxəssis rəyinə uyğun hesablanaraq, iddiaçının xeyrinə cavabdehdən 3920 manat (Daxili qapılar- "xxxx" MMC -1290 manat + "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən-380 manat+ "xxxx" MMC ilə xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən-130 manat+ "xxxx" MMC ilə xx.xx.2012-ci il tarixli müqavilə və 33395 nömrəli təhvil aktına əsasən əsasən-120 manat+ "xxxx" MMC ilə xx.xx.2013-cü il tarixli müqavilə və 33365 nömrəli təhvil aktına əsasən-1850 manat+ ”Madeyra” MMC –dən alınmış dəhliz mebelinə görə-150 manat ) tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddiaçının xeyrinə cavabdehdən 1000 manat məbləğində mənəvi zərər tutulmalıdır. Belə ki, iddiaçı tərəf gözləmədiyi bir zamanda yaşayış yerindən, ona məxsus daşınar əmlaklardan məhrum olmuş, kirayə yaşamaq məcburiyyətində qalmışdır. Məhkəmə hazırkı mülki işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum qərarındakı mövqeyi əsas götürür. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mənzilin təmiri üçün çəkilmiş 10000 manat, ev avadanlıqlarının və əşyaların dəyəri olan 3920 manat, 1000 manat mənəvi zərər olmaqla, cəmi 14920 manat tutularaq İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,76 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh mənzilin təmiri üçün çəkilmiş 10000 (on min) manat, ev avadanlıqları və əşyaların dəyəri olan 3920 (üç min doqquz yüz iyirmi) manat, 1000 (min) manat mənəvi zərər, 134,76 (yüz otuz dörd manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15054,76 (on beş min əlli dörd manat, yetmiş altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar