Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5653/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X33 İctimai Birliyinin sədri Cavabdeh qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X33 İctimai Birliyinin sədri Cavabdeh qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli təsis yığıncağının və xx.xx.2019-cu il tarixli ümumi yığıncağın qərarı ilə “X33“ İctimai Birliyinin təsisçisi, İdarə Heyətinin sədri və Birliyin qanuni təmsilçisi seçilmişdir. xx.xx.2021-ci il tarixdə Birliyin bir qrup üzvləri tərəfindən şantajlara və təziqlərə məruz qaldığını və həyatının təhlükə altında olmasını bildiyi üçün məcburiyyət qarşısında qalaraq xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə X37na müraciət edərək səhhəti ilə əlaqədar olaraq fəaliyyətinə xitam verilməsini xahiş elmişdir. Onu şantaj edənlərə qarşı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci, 322.1-ci və 322.2-ci maddələri ilə cinayət işi açılmışdır (İş № 1(010)-343/2021). 2021-ci ilin noyabr ayında Birliyin möhürünü və bütün sənədlərini digər təsisçi X5 təhvil vermişdir. X35 sədri olaraq səlahiyyət müddəti xx.xx.2021-ci ildə başa çatmışdır. X56 seçilməsi üçün Birliyin xx.xx.2022-ci il tarixində Ümumi Yığıncağı keçirilmiş və yığıncağın qərarı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/29/4-14 saylı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Ümumi yığıncaqda üzvlərin ümumi sayı 115 nəfər, iclasda iştirak edən üzvlərin sayı isə 86 nəfər göstərilmişdir. X36 heyətinin sədri olduğu iki il müddətində (xx.xx.2019- xx.xx.2021) isə Birliyin 5000 üzvü olmuşdur. Birliyin Nizamnaməsinin 5.4-cü maddəsinə əsasən, üzvlərin qəbulu X53 tərəfindən aparılır. xx.xx.2022-ci il tarixində keçirilən ümumi yığıncaqda adları qeyd olunan üzvlərin böyük əksəriyyətini üzvlüyə sədr olduğu dövrdə İdarə Heyəti olaraq qəbul etməmişdir. Cavabdeh qanunsuz olaraq X53 təsdiq olunmamışdan öncə ümumi yığıncaqda iştirak edən şəxsləri Birliyin üzvü olaraq qəbul etmişdir. İdarə Heyəti təsdiq olunmadan Birliyə kimlərinsə özbaşına üzv qəbul edilməsi qanunsuzdur və həmin üzvlərin iştirakı ilə keçirilən ümumi yığıncaq da qanunsuz hesab edilməlidir. Qanuna və Nizamnaməyə əsasən ümumi yığıncağa Birliyin qanuni üzvləri dəvət olunmalı idi ki. onlar da ümumi yığıncağa dəvət olunmamışdır. xx.xx.2022-ci il tarixli qərarda adlan yazılan şəxslər və Birliyin üzvü olmağına baxmayaraq yığıncağa dəvət olunmayan şəxslərin bəziləri bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Qeydiyyat və Notariat Baş İdarəsinə Cavabdeh onların hüquqlarını pozması ilə bağlı şikayət ərizəsi ünvanlamışdır. xx.xx.2022-ci il tarixinə qədər rəsmi olaraq Birliyinin təsisçisi və qanuni təmsilçisi olmuşdur. Birliyin Nizamnaməsinə əsasən (6.2) Ümumi Yığıncaq icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir (6.3). Lakin xx.xx.2022-ci il tarixində Birliyin təsisçisi və qanuni təmsilçisi olaraq ona heç bir məlumat verilmədən Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq Yığıncaq keçirilmişdir. Ümumi yığıncağın protokolunda iclasın sədri Cavabdeh, iclasın katibi isə X55 olmuşdur. xx.xx.2022-ci il tarixində Cavabdeh və X48 informasiya sorğusu və ərizə ünvanlayaraq hüquqlarının pozulması ilə bağlı bəzi suallara cavab verilməsini xahiş etmişdir. Cavabdeh oğlıı müraciətinə cavab verməkdən imtina etsə də, xx.xx.2022-cı ildə X55 cavab verərək bildirmişdir ki, ümumiyyətlə xx.xx.2021-ci il tarixindən bu günə kimi Birliyin heç bir Ümumi yığıncağı keçirilməmişdir və bütün yığıncaqlar formal xarakter daşımışdır. Abbasov X26 möhürünün onda olmasından sui-istifadə edərək, qanunsuz olaraq heç bir Ümumi Yığıncaq təşkil etmədən protokol tərtib edib Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərib, dövlət qeydiyyatına aldırmaqla X44 özünün istədiyi formada yaratmışdır. '‘X33" İctimai Birliyinin qanunsuz və əsassız olaraq seçilmiş İdarə Heyətinin sədri Cavabdeh tərəfindən Birliyin xx.xx.2022-ci ildə daha bir Ümumi Yığıncağı keçirilib və qərar Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/29/5-14 saylı qeyrikommersiya qurumlarının dövlət reyestrinə daxil edilib. Ümumi Yığıncaqda onun təsisçi olaraq fəaliyyətinə xitam verilməsi məsələsi müzakirə olunmuş və adının Birliyin Nizamnaməsindən təsisçi olaraq çıxarılması qərara alınmışdır. X50 protokolunda iclasın katibi və hal-hazırda X35 sədr müavini olan X41 məktubundan da aydın olduğu kimi, əslində heç bir Ümumi Yığıncaq keçirilməmişdir. Sadəcə olaraq Cavabdeh tərəfindən qərəzli olaraq təsisçilikdən çıxarılmışdır. İctimai Birlik tərəfindən Ədliyyə Nazirliyinə göndərilən bütün ərizələrdə rəsmi qaydalara uyğun olaraq bunlar mütləq yazılmalıdır: Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər diizgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdarlıq. Lakin Cavabdeh keçirilməyən, formal xarakter daşıyan və qanunsuz olan, onun iştirakı təmin olunmadan X37 barədə protokol tərtib edib möhürləməklə onu təsisçilikdən çıxarmışdır. xx.xx.2022-ci il tarixində keçirilən Ümumi yığıncağa Birliyin təsisçisi olaraq dəvət olunmamışdır. İclasın katibi X55 təsdiq edir ki, həqiqətən həmin tarixlərdə X19 keçirilməmişdir. “X33" İctimai Birliyinin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağında təsisçilikdən çıxarılması qərara alınsa da, nə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununda (V fəsil, maddə 25), nə də Birliyin Nizamnaməsində (V və Vİ maddələr) X18 səlahiyyətində təsisçini, təsisçilikdən azad etmək səlahiyyəti yoxdur. Həmçinin Ədliyyə Nazirliyindən verilən xx.xx.2022-ci il tarixli № 05/29/14-13 cavab məktubunda da qeyd edilib ki: qanunvericilikdə, eləcə də təşkilatın Nizamnaməsində təsisçilkdən çıxmanın qaydası nəzərdə tutulmamışdır. Sadəcə olaraq həmin vaxtlarda təzyiq altında olduğu və ona qarşı şantaj xarakterli videoların sosial şəbəkələrdə yayılmasına görə məcburiyyət qarşısında qalaraq notarial qaydada ərizə vermişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən xx.xx.2021 -ci il tarixli JYO 05/4951/12-1 “X33" İctimai Birliyinə göndərilən məktubda qeyd olunub ki, İctimai Birliyin təsisçiliyinə daxil olma “Oevri-lıökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, ictimai birliyin təsisçiliyindən çıxarılma da həmçinin “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Əgər ərizə ilə müraciəti əsas tutulursa, o zaman sual yaranır ki, ərizə ilə qanunsuz olaraq hansı müraciəti etsə dövlət qeydiyyatına almacaqdımı? Təbii ki, xeyir. Beləliklə hesab edir ki, X18 xx.xx.2022-ci il tarixli və 12 mart 2022-ci il tarixli qərarlarının ləğv edilnməsinə qərar qəbul olunmalıdır. Cavabdeh “X33 İctimai Birliyinin sədri Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi ümumiyyətlə məhkəmə baxışına çıxanla bilməz. Belə ki, iddia ərizəsinin özündən də görünür kı, İddiaçı “X33” X38 Yığıncaqlarının qərarlarının ləğv edilməsini tələb edir. Amma cavabdeh kimi onu, yəni fiziki şəxsi göstərmişdir. Bir halda ki, iddia hüquqi şəxs kimi “X33” ictimai Birliyinə qarşı verilməli idi, bu baxımdan da onun iddia ərizəsinin hal-hazırki vəziyyətdə baxılması qeyri- mümkündür. Bundan başqa İddiaçı belə bir iddia ərizəsi ilə məhkəməyə ümumiyyətlə müraciət etmək səlahiyyəti yoxdur. Belə ki, o, ədr vəzifəsini icra edərkən Birliyin qadın üzvlərinin birinə əxlaqsız intim təkliflər etmiş və həmin qadınla görüşən zaman qadının kişi qohumları tərəfindən yaxalanmış və lüt, çılpaq şəkildə hadisə yerindən qaçmağa məcbur olmuşdur. Onun bu çılpaq şəkildə olan videosu sosial şəbəkələrdə yayılmış və bu da “X33” İB-nin nüfuzuna böyük xələl gətirmişdir. Təbii ki, bunun nəticəsi olaraq da Birliyin digər təsisçiləri olan X13 və X3 Nəbi Əkbər oğlunun Birliyin üzvlüyündən və sədliyindən çıxmağı tələb etmişlər, ilk vaxtlar İddiaçı bu tələb ilə razılaşmadığı üçün təsisçilər X13 və X42 tərəfindən onun təsisçilikdən və üzvlükdən çıxarılması barədə məhkəməyə iddia ərizəsi verilmişdir. Həmin vaxt Qafarov X32 təsisçiliyindən və üzvlüyündən könüllü şəkildə çıxması barədə notarial qaydada təsdiq olunmuş ərizəni həm Abşeron rayon məhkəməsinə, həm də “X33” İctimai Birliyinə təqdim etmişdir. Yəni İddiaçı öz şəxsi istəyi və iradəsi əsasında bu təsisçilikdən, üzvlükdən və sədrlikdən çıxarılmışdır. İndi isə o, guya ki, ona qarşı şantaj olunduğunu və bu səbəbdən İB-nin üzvlüyündən və sədrliyindən çıxmağa razı olduğunu göstərmişdir. Həmçinin, İddiaçı adı ilə məhkəməyə ünvanlanmış iddia ərizəsindəki imza ona məxsus deyildir. Belə ki, etiraz ərizəsinə əlavə etdiyi İddiaçı notarial qaydada təsdiq olunmuş ərizələrinə baxdıqda açıqaydın görünür ki, notarial qaydada təsdiq olunmuş ərizədəki imza ilə məhkəməyə təqdim olunmuş iddia ərizəsindəki imza tamamilə fərqlidir. Bu isə həmin iddia ərizəsinin İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən məhkəməyə təqdim etdildiyini göstərir. Qafarov X32 möhürünü saxtalaşdıraraq istifadə etdiyindən digər iki təsisçi tərəfindən onun cinayət əməlləri barəsində şikayət ərizəsi ilə Abşeron rayon Prokurorluğuna müraciət olunmuşdur. Lakin İddiaçı həmin iki təsisçidən onun barəsində olan şikayət ərizəsinin geri götürülmələrini xahiş etmiş və yalvarmışdır. Buna görə də həmin şikayət ərizəsinin axırına qədər gedilməmişdir. Eyni zamanda, İddiaçı barəsində və Birliyin üzvləri tərəfindən verilmiş şikayət ərizəsi əsasında müxtəlif hüquq-mühafizə orqanlarında cinayət işi açılmış, araşdırılması aparılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ümumiyyətlə İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. O ki, qaldı iddianın mahiyyətinə, əvvəla bildirmək istəyir ki, iddia ərizəsində ləğvi tələb edilən yığıncaqlar qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmişdir. Ona görə də həmin yığıncaqlarda qəbul edilmiş qərarların ləğvi üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı iddia ərizəsində sübut kimi Birliyin sədr müavini olmuş X41 ona ünvanladığı cavab məktubuna istinad edir. Əvvəla, X41 ümumiyyətlə “X33” İB-nin adından çıxış etmək hüququ və səlahiyyəti yoxdur. Belə ki, İB-nin Nizamnaməsinin 5.7-ci bəndində göstərilmişdir ki, “Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə, həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər”. Həmçinin, X55 bu vaxta qədər İddiaçı özünə qarşı mübarizə aparmış və Qafarov X8 vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ona kömək etməyə başlamışdır. İndi isə onunla münasibətləri korlandığı üçün İddiaçı ilə birlikdə ona qarşı mübarizə aparır. Təbii ki, belə bir şəxsin verdiyi arayışın və ya ifadənin hansı qüvvəyə malik olduğu və əhəmiyyət daşıdığı açıq-aydın özünü göstərir. Eyni zamanda, İddiaçı guya ki, onun sədrliyi dövründə İB-nin 5 min üzvü olduğunu göstərmişdir. Təbii ki, iddia ərizəsində əlavə kimi istənilən qədər adamın adını birliyin üzvü kimi göstərmək olar. Lakin bu faktı təsdiq edən sübut və dəlil lazımdır. Belə ki, qanunvericiliyin tələbinə görə İB-nin üzvlərinin reyestri aparılmalı və həmin reyestr AR Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır. Yalnız bundan sonra həqiqətən İB-nin üzvlərinin sayı barədə danışmaq olar. Lakin İddiaçı həmin adlarını göstərdiyi 5 min nəfərin AR Ədliyyə Nazirliyində dövlət reyestindən keçməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan, İddiaçı İB-nin ümumi yığıncaqları barədə ona məlumat verilməməsi və onun həmin yığıncaqlarda iştirakının təmin edilməməsini göstərmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, İddiaçı xx.xx.2021-ci il tarixində “X33” İB-nin Ümumi Yığıncağına müraciət edərək Birliyin təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxmaq istədiyini bildirmişdir. Lakin işin hallarından da görünür ki, İB-nin iclasları xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixlərində keçirilmişdir. Təbii ki, belə bir vəziyyətdə, yəni artıq İddiaçı heç bir səlahiyyəti olmadığı halda onun İB-nin ümumi yığıncağına çağırılmasının da heç bir hüquqi əsası yox idi. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ona qarşı olan iddiasını əsassız və qanunsuz hesab edir və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X55 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından '‘X33” İB-nin üzvüdür və xx.xx.2022-ci il tarixindən isə İdarə Heyətinin sədr müavinidir. İddiaçı sədrlik etdiyi müddətdə İctimai Birlikdə sədr müavini və icra aparatının rəhbəri vəzifələrində olmuşdur. 2021-ci ilin may aylarında İddiaçı qarşı şantajlar və təziqələr olduğu üçün o, məcburiyyət qarşısında qalaraq xx.xx.2021-ci il tarixində onunla birlikdə 14 saylı notariat ofisinə gedərək təşkilatdan çıxmaq üçün ərizə yazmış, ərizəni yazarkən də bildirmişdir ki, “bu qədər təzyiq və şantajlara dözə bilmirəm, həyatım təhlükə altındadır təşkilatdan çıxmaq məcburiyyətindəyəm və sənə məsləhətim budur ki, qal bu təşkilatda var gücünlə cənab Prezidentimizə və Dövlətimizə dəstək ol.” İddiaçı təşkilatın bütün sənədlərini və möhürünü təşkilatın digər təsisçisi X5 təhvil vermişdir. İddiaçı Birlikdə sədr olduğu vaxtlar onun müavini olan Cavabdeh tanımışdır. Cavabdeh üç ay idi ki, təşkilata gəlmişdi. İddiaçı təşkilatdan ayrılandan sonra Cavabdeh ona demişdir ki, “sədr olaraq mən gələcəyəm. Mən DİN-də məxfi apartın əməkdaşı olmuşam, uzun müddət rəis işləmişəm, Ədliyyə Naziri Fikrət Məmmədov da bizim yaxın adamdır narahat olma sənədləri yazıb göndərəcəyik təsdiq olunacaq səni də İdarə Heyətinə sədr müavini olaraq yazacağam.” Həmin vaxtlar Birliyin bütün danışıqları və gündəlik iclasları özünün yaratdığı vatsap qrupunda gedirdi. 2022-ci ilin dekabr ayından Birliyin sənədləri hazırlanaraq Qeydiyyat və Notariat Baş İdarəsinə göndərilməyə başlanılmışdır. Sənədləri Cavabdeh vəkili və yaxın dostu X2 hazırlayırdı. Ona də söylədilər ki, “bu rəsmi sənədlər Ədliyyə Nazirliyinə gedir və sənin adın İdarə Heyətinin sədr müavini kimi yazılıb sən də sənədləri imzala.” Ona görə də sənədləri'imzalamışdır. Bir neçə dəfə sənədlər geri qaytarılmış, Cavabdeh sual verdikdə ki, “bəs Ədliyyə Naziri sizə yaxın adamdırsa niyə ona demirsiz tapşırsın sənədləri qəbul etsinlər.” Cavabdeh ona bildirdi ki, “xırda problemlərdir texniki səhvlərdir narahat olma qəbul edəcəklər.” xx.xx.2022-ci il tarixində sənədlər Dövlət qeydiyyatına alındı. Bir sözlə Cavabdeh inanaraq və qanuni prosedurun belə olmasını düşünərək bütün ona verilən sənədləri imzalamışdır. 2022-ci ilin may aylarında artıq Birlikdən aralanmağa başlamışdır. Səbəb isə Birliyin sədri Cavabdeh təşkilatdakı qadınlara qarşı söyüşlər söyməsi, onları alçaltması, Cənab Prezidenti və Dövləti sevən şəxsləri bezikdirib, onların üzərinə şər böhtanlar atıb onları Birlikdən aralaması olmuşdur. xx.xx.2022-ci il tarixində İctimai Birliyinin eks sədri və təsisçisi İddiaçı iclasların katibi olaraq yazıldığına görə, ona ərizə ilə müraciət edərək Birliyinin keçirilən ümumi yığıncaqları ilə bağlı suallar vermişdir. Dərhal telefon əlaqəsi saxladıqda İddiaçı sual vermişdir ki, “həqiqətən də “X33” X38 yığıncağı keçirilb yoxsa formal xarakterli olaraq sadəcə sənədləri hazırlayıb Qeydiyyat və Notariat Baş İdarəsinə göndərmisiz?” Ona heç bir ümumi yığıncağın keçirilmədiyini bildirmişdir. O da sual vermişdir ki, “bəs nəyə görə sənədləri iclasın katibi olaraq imzalamısan?” Cavab vermişdir ki, Cavabdeh sənədlərin Ədliyyə Nazirliyinə gedəcəyini və Ədliyyə Naziri Cənab Fikrət Məmmədovla yaxın münasibətlərinin olduğunu bildirdiyi üçün ona inanmış və sənədləri imzalamışdır. İddiaçı ona ətraflı izah verdikdən sonra dərhal Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununu və X10 dərindən oxuyub araşdırmağa başlamış və. ona aydın olmuşdur ki, əslində X37nda həqiqi üzvləri iştirak etməli və gündəliyə qoyulan məsələlər barədə səsvermə ilə qərar qəbul olunmalı idi. Anlamışdır ki, Cavabdeh saxta yolla, heç bir ümumi yığıncaq keçirmədən hazırladığı və ona imzalatdırdığı sənədlər (protokollar) vasitəsi ilə təşkilata sədr gəlib. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatlan ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən cənab Aslan Hacıyevə ərizə ilə müraciət edərək bütün həqiqətləri yazmış və sonda xahiş etmişdir ki, adını X36 Heyətinin sədr müavinliyindən çıxarsınlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xx.xx.2022-ci il tarixli 05/29/17-13 saylı məktubla bildirilmişdir ki, QHT-nin üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. İddiaçı, Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən zaman o da öz növbəsində həqiqətlə bildirmək üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məqsədi isə haqq-ədalətin bərpa olunmasıdır. Cavabdehla heç bir düşməçiliyi və ya ədavəti olmayıb. Sadəcə həqiqətləri deməyi hər zaman özünə borc bilmişdir. Cavabdeh isə Xətai rayon Məhkəməsinə həqiqətləri yazdığı üçün dəfələrlə ona hədə qorxu gəlmiş, hətta onu ölümlə hədələmişdir ki, “get məhkəmədən ərizəni geri götür və yaz ki, əslində Ümumi Yığıncaq onlayn qaydada keçirilib.” Ölümlə hədələdiyinə görə Cavabdeh Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə şikayət etmişdir. Məhkəmə prosesindən də aydın olur ki, cavabdeh iddia edir ki, əslində “X33” X38 Yığıncaqları birliyin vatsap qruplarında keçirilib və yazışmalar da guya silinib gedib. Bu tamamilə gülünc bir yalandır. Heç bir silinmə filan da yoxdur və İctimai Birliyin bütün vatsap yazışmaları onda halhazırda qalmaqdadır, bircə səs, sənəd və ya yazışma belə pozulmamışdır. Məhkəmə ekspertizası təyin olunsun, yoxlasınlar. Hər bir vatsap qrupunun yaranma tarixi var və onun Birlik üçün yaratdığı bütün vatsap qrupları 2021-ci il tarixində yaradılıb. Ola bilər ki, cavabdeh deyə bilər ki, onun yaratdığı vatsap qrupunda yox, özlərinin yaratdığı vatsap qrupunda olub Ümumi Yığıncaqlar. O zaman gətirib həmin vatsap qrupunun yaranma tarixini göstərsinlər görək xx.xx.2022-ci il tarixindən, yəni ilk Ümumi Yığıncağın keçirildiyi tarixdən əvvəl yaranıb yoxsa sonra yaranıb? Əllərində heç bir sübut yoxdur və işləri də yalnız etdikləri saxtakarlıqları ört-basır etməkdir. Tam məsuliyyəti ilə deyir ki, Birliyin heç bir Ümumi yığıncağı keçirilməyib. Əgər Cavabdeh sübut edə bilsə ki, keçirilib, ən ağır cəzanı almağa hazırdır. Cavabdeh xx.xx.2022-ci il tarixində saat 12:18:59-da № AZİ 102/********** saylı teleqramla onu xx.xx.2022-ci il tarixində saat 14:00-da Sabunçu rayon Ləhic bağlan dalan 42 ünvanına Birliyin iclasında iştirak etmək üçün dəvət edib. Lakin iclas filan olmayıb. xx.xx.2022-ci il tarixində ona bildiriş göndərərək xx.xx.2022-ci il tarixində saat 15:00-da ünvan 2 ünvanında X37na dəvət edib. Lakin həmin Ümumi yığıncağa müraciət etdikdən sonra iclasa bir gün qalmış xx.xx.2022-ci il tarixində Ümumi yığıncağı dəyişib ediblər İdarə Heyətinin iclası. Təsəvvür edin ki, Cavabdeh X1 Ümumi yığıncaq çağırır və bir gün qalmış yığıncağı ləğv edir. Səbəb isə saxtakarlığının ortaya çıxmasını görməsi olmuşdur. Cavabdeh daha bir saxtakarlığını sübut etmək üçün bir məsələni araşdırmaq kifayət edər. Hal-hazırda Cavabdeh vəkili olaraq məhkəmədə iştirak edən və X35 üzvü olan Nümayəndə Birliyə kim üzv olaraq qəbul etmişdir? Qeyri-hökumət təşkilatlan (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa (maddə 10.2) və Birliyin Nizamnaməsinə (maddə 5,6) əsasən yalnız İctimai Birliyin üzvləri rəhbər orqanlarına seçə və seçilə bilər. İddiaçı sədrlik etdiyi dövrdə Nümayəndə İctimai Birlikdə olmayıb və üzv olaraq qəbul edilməyib. Cavabdeh da, İdarə Heyətinin sədri olaraq təsdiq olmadan Nümayəndə İctimai Birliyə üzv olaraq qəbul edə bilməzdi. Necə ola bilər ki, vatsap qrupunda X37 keçirilib, orada 86 nəfər tərəfindən səsvermə olub və bütün sübutlar da silinib gedib? Vatsap qrupunda 86 nəfərin birdən çıxış etməsi və iclas keçirilməsi üçün ən azı 500-dən çox yazışmaya ehtiyyac var və bu qədər yazışma da silinib gedə bilməz. Həmin qrupu da o yaratmışdır və bütün yazışmalar onda qalır. X17 Heyətinin üzvü Nümayəndə həmin vatsap qrupunda olmayıb və onun bircə çıxışı belə yoxdur. Bəs o zaman bu şəxs necə İdarə Heyətinə seçildi? Başdan sona saxtakarlıqla dolu olan İctimai Birlikdəki bütün bu saxtakarlıqların səbəbi Cavabdehdur. Sədr gəlmək üçün bütün saxtakarlıqlara əl atdı və onu da alət etdi. Əlində Cavabdehla olan telefon danışığı da var ki, o, həmin danışıq zamanı deyir ki, “115 nəfər üzvün hər birinə ayrı-ayrılıqda zəng edib demək lazımdır ki, Ümumi Yığıncaq keçirilib və filankəslər İdarə Heyəti seçilib.” Açıq- aşkar saxtakarlığını özü boyun alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, eşitdiyinə görə İddiaçı şantaj etdiklərinə görə Nəbi məcbur olub idarə heyətinin sədrliyindən imtina edib. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan “X33” İctimai Birliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2019-cu il tarixdə 1119-Q170-3775 nömrə ilə dövlət qeydiyyatına alınmış Nizamnaməsinin surətindən görünür ki, Birlik təsis yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə təsis edilmişdir. Təsisçiləri İddiaçı, X14 və X24r. Birliyin əsas məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına kömək etməkdən ibarətdir. (bənd: 2.1) Azərbaycan Respublikasında hər bır fiziki və huquqı şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. (bənd: 5.3) Birliyə üzvlərin qəbulu X53 tərəfindən aparılır. (bənd: 5.4) Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin uzvü seçilmiş hesab edilir. (bənd: 5.5) Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir: könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda (bənd: 5.10) Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. (bənd: 5.12). Birlik üzvünün həmin qərardan Birliyin X57na və məhkəməyə şikayət etmək hüququ vardır. (bənd: 5.13) Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. (bənd: 6.1) Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. (bənd: 6.1) İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir: Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir. (bənd: 6.1) İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri X37 tərəfindən 2 (iki) il müddətinə seçilir. (bənd: 6.11) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, 05/473/7-14 nömrəli çıxarışın surətindən görünür ki, “X33” İctimai Birliyi xx.xx.2019-cu il tarixdə 1V19-Q70-3775 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birliyin fəaliyyət predmeti və məqsədi: dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına kömək etməkdir. X35 səlahiyyət müddəti 2 ildir. Üzvləri sədri - İddiaçı, sədr müavini - X42, üzvü - X6r. Çıxarışa Birliyin üzvlərinin sayı barədə məlumat daxil edilməmişdir. Qanuni təmsilçi İddiaçıdur. Qeydiyyata alınmanın hüquqi əsaslarını təsis yığıncağının xx.xx.2019-cu il tarixli, ümumi yığıncağın xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli qərarları və digər sənədlər təşkil edir. İş materiallarında olan “X33 İctimai Birliyinin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, yığıncaqda Birliyin 115 üzvündən 86 nəfər iştirak etmiş, X35 sədrinin Cavabdeh, idarə heyəti sədr müavininin X55, idarə heyətinin üzvlərinin X14, X29, Nümayəndə, X30 və X7 təyin olunması, Birliyin qanuni təmsilçisinin Cavabdeh təyin olunması və Birliyə aid bütün sənədləri və xidməti vəsiqələri imzalamaq səlahiyyətlərinin Cavabdeh verilməsi məsələləri müzakirə olunmuş və səsə qoyularaq, qəbul edilmişdir. İş materiallarında olan “X33” İctimai Birliyinin üzvlərinin reyestrinin surətindən müəyyən olunur ki, Birliyin 115 nəfər üzvü vardır. Reyestr Birliyin möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, 05/29/5-14 nömrəli çıxarışın surətindən görünür ki, “X33” İctimai Birliyi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birliyin fəaliyyət predmeti və məqsədi: dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına kömək etməkdir. X35 sədri - Cavabdeh, sədr müavini - X55, üzvləri - X14, X29, Nümayəndə, X30, X11r. səlahiyyət müddəti: xx.xx.2024-cü il tarixinədəkdir. Birliyin üzvlərinin sayı 115 nəfərdir. Qanuni təmsilçi Cavabdehdur. Qeydiyyata alınmanın hüquqi əsasını ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu və digər sənədlər təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ictimai birliyin üzvlərinin əvvəlki sayı 115 nəfər, hazırkı sayı 292 nəfərdir. İş materiallarına əlavə olunmuş “X33” X36 heyətinin iclasının xx.xx.2021-ci il tarixli, 7 saylı protokolunun surətindən görünür ki, iclasda idarə Heyətinin üzvləri, sədr X42 və katib X14 iştirak etmiş, İddiaçı isə üzrsüz səbəbdən iclasda iştirak etməmişdir. X46 ərizə ilə müraciət etmiş və protokolda adları qeyd olunan 115 nəfər şəxs Birliyin sıralarına qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı imzaladığı “Azərbaycan Respublikasının Prezidenti və X33 İctimai Birliyi üzvlərinin siyahısı” adlanan xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, siyahının sonunda cəmi 5000 (beş min) qeyd olunsa da, siyahıda 1000 nəfərin adı göstərilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, İddiaçı "X33" X38 yığıncağına müraciət edərək, səhhəti ilə əlaqədar “X33" ictimai Birliyinin cari fəaliyyəti ilə məşğul ola bilmədiyini, ona görə də könüllü şəkildə Birliyin təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxmaq istədiyini, göstərilənləri nəzərə alaraq onun Birliyin təsisçi, sədri və üzvü kimi fəaliyyətinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “X33” İctimai Birliyinin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, yığıncaqda Birliyin 115 üzvündən 82 nəfər iştirak etmiş, Birliyin təsisçilərindən İddiaçı və X21 təsisçi fəaliyyətinə xitam verilməsi, Birliyin yeni hüquqi ünvanının təyin olunması məsələləri müzakirə olunmuşdur. Qeyd olunan məsələlər səsə qoyularaq, qəbul edilmişdir. Belə ki, Qafarov X32 ümumi yığıncağına xx.xx.2021-ci il tarixdə notarial təsdiq olunmuş ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar Birliyin cari fəaliyyəti ilə məşğul ola bilməyəcəyini, ona görə də könüllü şəkildə Birliyin təsisçiİiyindən çıxmaq istədiyini və təsisçi kııni fəaliyyətinə xitam verilməsini xahiş etmişdir. Birliyin digər təsisçisi X12 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-343/2021 saylı qərarından görünür ki, “X33" ictimai birliyinin nəzdində fəaliyyət göstərən “Öndər TV"-nin rəhbəri X25, birliyin nəzarət və təftiş komissiyasının sədr müavini X31, "öndər TV’-də videooperalor işləyən X22 və birliyin Bakı şəhəri Suraxanı rayon şöbəsinin sədr müavini X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunvericiliyə və ictimai birliyin nizamnaməsinə zidd olaraq birliyin sədri İddiaçı sədrlik vəzifəsindən kənarlaşdırmaqdan ötrü onun əxlaqsızlıqla məşğul olması görüntüsünü yaradaraq, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəbinə Mürsəlova istifadəsində olan +**********12 saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə İddiaçı istifadəsində olan +**********83 saylı mobil nömrəyə zəng vuraraq, yalandan onu sevdiyini və onunla yaxınlıq etmək istədiyini bildirib, kirayədə yaşadığı Bakı, şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evə dəvət etmiş, İddiaçı Şəbinə Mürsəlovanın evinə gələrək, yeyib içdikdən sonra 07 may 2021-ci il tarixdə, saat 21 radələrində soyunub yataq otağında sonuncu ilə cinsi əlaqədə olmaq istəyərkən, Vüqar Əmirov, İbrahim Abdullayev və Günay Hümbətova yataq otağına daxil olmuş, Günay Hümbətova çılpaq vəziyyətdə olan İddiaçı mobil telefonun videokamerası ilə çəkməyə başlamış, Vüqar Əmirov və X47 Qafarova zor tətbiq etməklə, sifətinə və bədənin müxtəlif nahiyyələrinə sillə ilə zərbələr yetirməklə, sonuncuya burun belinin sıyrığı, döş qəfəsinin qançırları və sol sağrının hematomasmdan ibarət sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub zor tətbiq etməklə özbaşınalıq, yəni, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməklə mühüm ziyan vurmuşdur. X25, X15, X22 və X31 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüklərindən, onlar cinayət məsuliyyətindən azad olunaraq, iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan “X33” İctimai Birliyinin təsisçilərindən X14 və X42 tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrin surətindən görünür ki, onlar, Birliyin təsisçilərdən biri olan İddiaçı etik davranış kodeksinə riayət etmədiyindən, birliyin adına xələl gətirdiyindən, eləcə də təsisçi və sədr olaraq qanunsuz hərəkətlərlə məşğul olduğundan, Birliyin Nizamnaməsinin tələblərini kobudcasına pozduğundan, bundan başqa Birliyin formalaşmasında dövlət və qeyri-dövlət sektoruna aid olunan nazirlik və idarələrdə iş prinsipini qura bilmədiyindən Birliyin təsisçisi və sədri vəzifəsindən azad edilməsini xahiş etmişdirlər. İş materiallarında olan iddiaçılar X23 və X4 cavabdeh İddiaçı qarşı “İctimai Birliyin təsisçiliyindən və üzvlüyündən çıxarılması barədə” iddia ərizəsinin surətindən görünür ki, iddiaçılar xx.xx.2021-ci il tarixdə həmin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Birliyinin təsisçiliyindən və üzvlüyündən xaric edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiqlənmiş ərizənin surətindən görünür ki, Qafarov X43 Rayon Məhkəməsinə müraciət edərək, könüllü şəkildə “X33” İctimai Birliyinin təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxmağa razı olduğunu, X14 və X23 iddialarını qəbul etdiyini göstərmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, hazırki iddia ərizəsini geri götürdüyünü bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə əsasən: İ. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. İİ. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. İİİ. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında“ Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə görə isə, ictimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, ictimai birliyin X57 ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən, ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Həmin Qanunun 26.3-cü maddəsinə görə, ictimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir. Həmin Qanunun 26.4-cü maddəsinə görə isə ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “MM-in 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Bu maddənin mahiyyətinə görə iştirakçının cəmiyyətdən çıxması – iştirakçının, onunla cəmiyyət arasında mövcud olan korporativ hüquq münasibətlərinə son qoyulmasına yönələn, şərtsiz iradə ifadəsidir. Lakin cəmiyyətdən çıxma müvafiq dəyişikliklərə gətirib çıxarır. İlk öncə belə çıxma cəmiyyətin iştirakçılarının tərkibində dəyişikliklərə səbəb olur. Bununla əlaqədar cəmiyyətdən çıxma barədə ərizə daxil olduqda cəmiyyətin icra orqanı növbədənkənar iclas çağırmalı, iştirakçının cəmiyyətdən çıxması barədə ərizəsini, MM-in 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və ya cəmiyyət ilə razılaşmaya əsasən əmlakın dəyərinin natura ilə əvəz edilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərini iclasın gündəliyinə salmalıdır.” İş materiallarında olan “X33” İctimai Birliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2019-cu il tarixdə 1119-Q170-3775 nömrə ilə dövlət qeydiyyatına alınmış Nizamnaməsinin 5.10-cu bəndindən göründüyü ki, Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir: könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda Nizamnamənin 5.12-ci bəndinə görə isə, üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, imperativ normalar ciddi konkret müəyyən edilmiş davranış variantını nəzərdə tutur, heç bir yayınmaya yol vermir. Dispozitiv normalar isə davranış variantını nəzərdə tutur, lakin eyni vaxtda subyektlərə qanun çərçivəsində münasibətləri öz iradələrinə uyğun həll etmək imkanını verir. Məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutları hərtərəfli araşdırılmaqla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiqlənmiş ərizə ilə "X33" X38 yığıncağına müraciət edərək, könüllü şəkildə Birliyin təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxmaq istədiyini, göstərilənləri nəzərə alaraq onun Birliyin təsisçi, sədri və üzvü kimi fəaliyyətinə xitam verilməsini xahiş etmiş, Birliyinin xx.xx.2022-ci il tarixli Ümumi yığıncağının qərarı ilə Birliyin təsisçilərindən İddiaçı təsisçi fəaliyyətinə xitam verilmişdir. Keçirilmiş yığıncağı tam səlahiyyətli olmuş, yığıncağın qərarı qanunvericiliyə uyğun olmuş və bu qərarın qəbul edilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.3-cü maddəsinə görə isə, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. İş materiallarından göründüyü kimi, kifayət qədər ciddi bir qeyri-hükumət təşkilatı olan "X33" İctimai Birliyinin təsisçilərindən biri və onun sədri olan İddiaçı qeyri-etik davranışa yol verdikdən dərhal sonra notariat qaydada təsdiqlənmiş ərizələrlə Birliyin ümumi yığncağına müraciət edərək, könüllü şəkildə Birliyin təsisçiliyindən, sədrliyindən və üzvlüyündən çıxmaq istədiyini, göstərilənləri nəzərə alaraq onun Birliyin təsisçi, sədri və üzvü kimi fəaliyyətinə xitam verilməsini xahiş etməsinə, həmçinin, Abşeron Rayon Məhkəməsinə müraciət edərək ona qarşı irəli sürülmüş iddia tələbini qəbul edərək təmin olunmasını xahiş etməsinə baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu da onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququndan sui-istifadə etdiyini göstərir. İddiaçının iddia tələbini əsaslandırdığı sübutlarda məhkəməyə inandırıcı gəlmir. Belə ki, onun məhkəməyə təqdim etdiyi, Birliyə rəhbərlik etdiyi dövrdə birliyin 5000 üzvünü olması barədə yalnız imzası ilə təsdiqləyərək, reyestrdə qeydə alınmamış siyahısında belə cəmi 5000 nəfər qeyd olunmssına baxmayaraq, cəmi 1000 nəfərin adı göstərilmişdir. Digər tərəfdən iddiaçının məhkəmə prosesinin gedişində iddia ərizəsini geri götürmək istəməsi onun özünü belə iddianın əsaslılığına şübhə ilə yanaşması ehtimalını doğurur. Həmçinin, iddiaçı tərəfdən əsas şahid kimi göstərilən X41 məhkəmədə verdiyi ifadəsinə məhkəmə tənqiqi yanaşaraq hesab edir ki, onun ifadəsi hazırki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, onun, “X33 X38 yığıncağında katib olaraq, İddiaçı Birliyin təsisçisi fəaliyyətinə xitam verilməsi barədə protokolu imzaladıqdan az bir müddət sonra İctimai təşkilatlar barədə qanunvericiliyi oxuduqdan sonra səhvini başa düşməsi barədə mülahizələri heç bir məntiqə uyğun gəlməməklə yanaşı, məhkəməyə inandıırıcı gəlmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh “X33 İctimai Birliyinin sədri Cavabdeh İddiaçı iddiasına cavab verməli olan şəxs deyildir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı "X33" İctimai Birliyinin təsisçi fəaliyyətinə Birliyin ümumi yışıncağının qərarı ilə xitam verilmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, iddiaçı birliyin sədrinə qarşı yox, məhz hüquqi şəxs olan birliyin özünə qarşı hazırki tələb hüququ ilə çıxış etməli idi. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM 50.3) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinin məzmunundan da aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman ''tərəf' ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarını birbiri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşıqarşıya duran tərəf mövcuddur. Məhkəmə vurğulayır ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Bəzi hallarda isə cavabdeh özü iddiaçının hüquq və maraqlarına toxunan heç bir hərəkət etməsə də; mübahisəli hüquq münasibətinin subyekti olur. Hazırki işdən görünür ki, Cavabdeh iddiaçının iddiasına cavab verməli olan şəxs olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilsr. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdükyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən iddia tələbi bu səbəbdən də təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddia tələbi məhz iddiaya cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, məhkəmə bununla bağlı qərar qəbul edə bilər. Məhkəmə nəzərə alır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi də hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğuna görə, eyni zamanda, düzgün olmayan cavabdehə qarşı yönəldiyindən İddiaçı cavabdeh “X33 İctimai Birliyinin sədri Cavabdeh qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “X33 İctimai Birliyinin sədri Cavabdeh qarşı “X18 xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-5653/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5653/2022
01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver