Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5658/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikintiyə sərf olunmuş vəsaitin cavabdehdən tutulması” barədə ilkin iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus əmlakdan çıxarılması, əmlakın iddiaçıya təhvil verilməsi və pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən üç otaqlı ev və təxminən 60 kv.m sahəsi olan dülgər sexinin tikintisi üçün sərf olunmuş 80.000 manat pulun, iddia qaldırılan zaman dövlət rüsumu olaraq ödənilmiş 330 manat, ümumilikdə 80.330 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu keçmiş Əhmədli yolu hazırkı Kazımağa Kərimov küçəsində yerləşən torpaq sahəsi yaxın dost münasibətində olduğu Cavabdeh sahibliyində və istifadəsində idi. Aralarında çox yaxşı səmimi münasibət var idi. Rauf özünə məxsus olan torpaq sahəsində iddiaçıya ev tikməyə icazə vermişdir. İddiaçı da bunun qarşılığında heç bir maddiyat güdmədən təmənnasız olaraq cavabdehin evinin tikintisini başa çatdırmışdır. Elə evlər tikilib başa çatan ili yəni 2005-ci ildə Texniki İnverntarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən yaşayış evlərinə texniki pasportu alınmışdır. 2005-ci ildən hazıradək həmin evdə yaşamaqla evin bütün kommunal xidmətləri iddiaçının adına qeydiyyatdan keçmişdir. Evlə bərabər iddiaçı özünə dülgər sexi də tikmiş və bu gün də fəaliyyət göstərir. 02 dekabr 2006-cı ildə Cavabdeh həmin 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş evlərə ******* saylı çıxarış almışdır. Bir müddət bundan əvvəl cavabdeh heç bir səbəb olmadan iddiaçıya bildirmişdir ki, yaşadığı evdən çıxsın çünki torpaq cavabdehə məxsusdur. İddiaçı cavabdehlə söhbət edərkən bildirmişdir ki, axı iddiaçı kifayət qədər vəsait hesabına ev tikmiş, hətta iddiaçıya özünə məxsus olan torpaqda ev tikməyə icazə verdiyi üçün cavabdehin evinin tikməyə heç bir qarşılıq almadan zəhməti ilə tikib başa gətirmişdir. Nə qədər anlaşmağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Aralarındakı narazılıq bu gün də davam edir. Belə olan halda iddiaçı həmin evin tikintisinə, inşa olunmasına çəkdiyi vəsaitin cavabdehdən alınması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nə qədər ki, nə evin daşınması nə sökülməsi mümkün deyil, hesab edir ki, iddia tələbində də haqlıdır. İddiaçı torpaq üzərində tikilən 3 otaqdan ibarət evə və həmçinin dülgər sexinə 80.000 manatdan artıq vəsait xərcləmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək İddiaçı ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən çıxarılması və həmin yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2023-cü ilin may ayından qətnamə çıxarılacağı günədək hər ay üçün 400 manat hesablanmaqla cəmi məbləğin İddiaçı alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində “Xətai rayonu, keçmiş Əhmədli yolu, hazırkı Kazımağa Kərimov küçəsində yerləşən torpaq sahəsinin yaxın dost münasibətində olduğu Cavabdeh (iddiaçının) sahibliyində və istifadəsində olduğunu, aralarında çox yaxşı səmimi münasibət olduğunu, Raufa məxsus olan torpaqda ev tikməyə icazə verdiyini, qarşılığında heç bir maddiyat güdmədən təmənnasız olaraq onun (iddiaçının) evinin tikintisinin başa çatdırdığını, 2005-ci ildə yaşayış evlərinə texniki pasport alındığını, 2005-ci ildən hazıradək həmin evdə yaşamaqla evin bütün xidmətlərinin adına qeydiyyatdan keçdiyini, evlə bərabər özünə dülgər sexi tikdiyini və fəaliyyət göstərdiyini, 02 dekabr 2006-cı ildə Raufun həmin 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş evlərə ******* saylı çıxarış aldığını, bir müddət əvvəl Raufun heç bir səbəb olmadan yaşadığı evdən çıxmasını tələb etdiyini, evə və dülgər sexinə 80.000 manatdan artıq vəsait xərclədiyini və bu tikililərin sökülə bilinmədiyi üçün sərf olunan vəsaitin ona verilməli olduğunu” bildirmişdır. Onun iddia ərizəsində göstərdiyi bu hallar tamamilə yalandan ibarətdir. Doğru olan ondan ibarətdir ki, Süleymanın atası iddiaçıya məxsus olan evin yanında sex işlədirdi. Sonradan işdən çıxarıldığı və yersiz qaldığı üçün iddiaçı onlara hazırkı evi yaşamaq üçün vermişdir və qarşılığında da bu günə qədər heç bir haqq əldə etməmişdir. 2019-cu ildə artıq evi satmaq istədiyini Süleymana bildirmiş və sonuncu da demişdir ki, evi o alacaq, bir az vaxt versin pulu çatmır. İddiaçı artıq 4 ildir ki, Süleymanın evi alacağını, pulu nə vaxt düzəldəcəyini gözləyir. Bu ilin may ayında iddiaçı bildirmişdir, ki, artıq evi satmır, kirayəyə vermək istəyir ki, aylıq dolanışığı olsun. Bundan sonra cavabdeh qalmaq istəyirsə hər ay 400 manat kirayə ödəyib qalar. Bu günə qədər Süleyman bir manat da olsun kirayə haqqı ödəmədən iddiaçının evində qalmaqda davam edir. Hal-hazırda cavabdeh könüllü olaraq evi tərk etmir və bu hal iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Nəticə etibarilə iddiaçı evində rahat və firavan yaşaya bilməməklə yanaşı, onun barəsində sərəncam verə bilmir. İlkin iddia tələbini tam əsassız hesab etməklə, hesab edir ki, həmin tələb təmin olunmamalıdır, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan və iş materialları ilə sübut olunduğundan təmin olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, ərizənin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi Cavabdeh istifadəsində, həmin torpaq sahəsində yerləşən B tikilisi isə mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı 2005-2006-cı illərdən Cavabdeh məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. 2009-cu ilə qədər İddiaçı Cavabdeh məxsus evdə maneəsiz yaşamışdır. Daha sonra Cavabdeh evi satmaq istədiyini, İddiaçı isə almaq istədiyini bildirmişdir. Bu hal məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlarla təsdiq edilmişdir. Daha sonra Cavabdeh İddiaçı evi ala bilmədiyini gördükdən sonra onlar arasında mübahisə yaranmışdır. Cavabdeh İddiaçı ailəsi ilə birlikdə evdən çıxmasını tələb etmişdir. İddiaçı evi öz hesabına tikməsini əsas gətirərək tikintiyə sərf etdiyi məbləğlər ona qaytarılmadan evi tərk etməkdən imtina etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyində öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddiaya qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evi inşa etməsini göstərsə də buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbi nə məhkəmə iclasında verilən izahatlarla, nə hər hansı şahid ifadələri ilə və ya digər yanakı sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək hesab edir ki, nə qədər ki, Cavabdeh əmlakın tam hüquqlu mülkiyyətçisidir, o, öz əmlakından istədiyi kimi istifadə etməkdə haqlıdır. Hazırda əmlakından İddiaçı tərəfindən istifadə edilməsi mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına gətirib çıxarıb. Məhkəmə araşdırması zamanı İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə əsas ola biləcək qanunla nəzərdə tutulmuş hallar aşkar edilməmişdir. Odur ki, iddiaçı, İddiaçı mənzildən çıxarılmasını və həmin sahənin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də 02 dekabr 2006-cı il tarixli çıxarış əsasında Cavabdeh istifadəsinə verilmişdir. Odur ki, cavabdehin torpaq sahəsindən çıxarılması və oranın iddiaçıya təhvil verilməsi hissəsində də iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2023-cü ilin may ayından qətnamə çıxarılacağı günədək hər ay üçün 400 manat hesablanmaqla cəmi məbləğin İddiaçı alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmasında tərəflər arasında mövcud olmuş razılaşma əsasında İddiaçı ailə üzləri ilə birlikdə evdən əvəzsiz qaydada istifadə etməsi müəyyən edilmişdir. Tərəflər arasında mübahisə yaranandan sonra evin alğısatqısı ilə bağlı tərəflər razılığa gəlməyə çalışmış, lakin alğı-satqı baş tutmamışdır. Tərəflər arasında kirayə münasibətlərini əhatə edən kirayə haqqını tənzimləyən hər hansı razılaşmanın mövcud olması məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Odur ki, iddiaçının iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzildən və torpaq sahəsindən çıxarılmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu iddia ərizəsində və ya onun nəticə hissəsində konkret göstərməmiş, məhkəmə araşdırması zamanı ailə üzvlərinin kimlər olduğunun müəyyən edilməsinə də cəhd və təşəbbüs göstərməmişdir. Bu səbəbdən həmin şəxslər iş üzrə cavabdeh qismində cəlb edilməmişdir. Odur ki, iddia cavabdehin ailə üzvlərinə münasibətdə əsassız olduğundan rədd edilməlidir. Beləliklə, İddiaçı Cavabdeh qarşı “ünvan 3 ünvanında yerləşən üç otaqlı ev və təxminən 60 kv.m sahəsi olan dülgər sexinin tikintisi üçün sərf olunmuş 80.000 manat pulun, iddia qaldırılan zaman dövlət rüsumu olaraq ödənilmiş 330 manat, ümumilikdə 80.330 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə” ilkin iddia tələbi rədd edilməli, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılaraq həmin yaşayış evi və torpaq sahəsi Cavabdeh təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 330 manat, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu mütənasiblik prinsipi əsasında həll edilməlidir. Belə ki, ilkin iddia tələbi üzrə İddiaçı ödədiyi 330 manat dövlət rüsumu və qarşılıqlı iddia tələbi üzrə Cavabdeh ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ünvan 3 ünvanında yerləşən üç otaqlı ev və təxminən 60 kv.m sahəsi olan dülgər sexinin tikintisi üçün sərf olunmuş 80.000 manat pulun, iddia qaldırılan zaman dövlət rüsumu olaraq ödənilmiş 330 manat, ümumilikdə 80.330 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə” ilkin iddia tələbi rədd edilsin. İddiaçı ödədiyi 330 (üç yüz otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılaraq həmin yaşayış evi və torpaq sahəsi Cavabdeh təhvil verilsin. Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5658/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5658/2023
16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver