Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5698/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh7 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6 Şamil oğlunun, Cavabdeh7, Cavabdeh8 və X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində yerləşən 4A saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh7 məhkəmə iclasını iddiaçının iştirakı olmadan keçirilməsi və iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə, məhkəmə iclasın iddiaçının iştirakı olmadan keçirilərək işə mahiyyəti üzrə baxılması qərarını almışdır. İddia tələblərinin dəlilləri ondan ibarədə olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində yerləşən 4A saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. O, ailəsi ilə birlikdə həmin evə yaşayır. Cavabdehləri tanımır və onlar iddiaçıya məxsus evdə yaşamırlar. İddiaçı evini bağışlamaq məqsədi ilə ASAN-7 ünvanına getdikdə orada ona demişdirlər ki, cavabdehlər mənzildə yaşayış yeri üzrə qeydiyyatda olduqları üçün onların da razılığı tələb olunur. Göründüyü kimi, bu hal iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Cavabdehin etirazının dəlilləri Cavabdeh7 məhkəmə iclasında iştirak edərək məhkəmədən iddiaya iddiaçının iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxaraq qətnamənin qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının digər cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları ünvan 1 ünvanın 2/8 hissəsi X8, 1/8 hissəsi X4, 1/8 hissəsi X6, 2/8 hissəsi X7, 2/8 hissəsi isə İddiaçı adlarına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hissəsi ayrılaraq yeni 4A ünvanı almışdır. 03 may 2001-ci il tarixində ünvan 2di yaşayış evinə dair X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatda olduqları fərdi yaşayış evləri faktiki olaraq ayrı-ayrı evlərdə və fərqli ünvanlarda yerləşir. Buna baxmayaraq hər iki evə eyni ünvan, yəni ünvan 3 edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçıya məxsus ev əvvəllər paylı mülkiyyətdə olmuş və paylı mülkiyyətdə olan evin ünvanı ünvan 4n iddiaçıya məxsus hissə ayrılmışdır. ünvan 5 ünvan artıq cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatda olduqları və X3 mülkiyyətində olan evə verilmişdir, iddiaçıya məxsus ayrılmış hissəyə təkrarən ünvan 6 ünvanı verilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus olan və cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatda olduqları və yaşadıqları evlər ayrı-ayrı evlərdir. Cavabdehlər iddiaçıya məxsus olan fərdi yaşayış evində heç vaxt yaşamamışdırlar və onların həmin evdən istifadə hüquqları da yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququ olmadığına görə, mövcud olmayan istifadə hüququnun itirilməsi barədə ərizə də əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6 Şamil oğlunun, Cavabdeh7, Cavabdeh8 və X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində yerləşən 4A saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5698/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5698/2023
18.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver