Məhkəmə qərarları › İş №2(011)-57/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-57/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-57/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2rşı (AR Əmlak Məsələləri Dövlət Xxidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın naturada ayrılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X6 (cavabdeh İddiaçı anasıdır) arasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 1 sahəsində yerləşən, 18,0 kv.m-dən ibarət, “A” tikilisi adlandırılan 1 otaqdan ibarət 3 saylı evin (bundan sonra - Fərdi yaşayış evi) alqı-satqısına dair xx.xx.1999-cu il tarixdə 082663 saylı müqavilə bağlanmış və iddiaçının Fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilkin olaraq xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə 007678 saylı Qeydiyyat vəsiqəsi verilmişdir.

2. Sonradan, qeyd edilən ünvanda iddiaçının mülkiyyətində 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət “A” tikilisi adlandırılan 1 otaqlı, Məryəm Nurmətovanın mülkiyyətində 26,1 kv.m yaşayış, 13 kv.m köməkçi sahədən ibarət “B” tikilisi adlandırılan 2 otaqlı fərdi yaşayış evinin olması barədə dövlət reyestrində düzəliş edilərək, bu barədə xx.xx.1999-cu il tarixdə 002524 saylı Qeydiyyat vəsiqəsi verilmişdir.

3. İddiaçının Fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli yeni Çıxarış verilmişdir.

4. X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ondan qalmış miras əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi, 42) ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və mülkiyyətində olan torpaq sahəsindən ibarət olmuşdur. Məryəm Nurmətovanın iki vərəsəsi olmuşdur: X1 və İddiaçı.

5. X1 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən Rafiq Nurmətov anasından (Nurmətova Məryəm) miras qalmış Fərdi yaşayış evinin ona düşən ½ hissədən ibarət miras payını İddiaçı bağışlamış və sonuncunun Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

6. Bundan başqa, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Fərdi yaşayış evi) dair iddiaçının ½ hissədə, cavabdehin isə ½ hissədə payları müəyyən edilmiş, bununla bağlı hər iki tərəfin paylı mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

7. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən evin В tikilisinin altında və onun ətrafında yerləşən 315,6 kv.m torpaq sahəsinin iddiaçının, A tikilisinin payçılar X4 və Cavabdeh xüsusi mülkiyyəti, A tikilisinin altında və onun ətrafındakı, ümumilikdə 28,4 kv.m torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyəti hesab edilərək hal-hazırki və texniki pasportdakı mövcud faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək ünvan 4 ünvanında (yeni qaydalarla ünvan 1 sahəsində yerləşən B tikilisinin altında və onun ətrafında yerləşən cəmi 285 kv.m. torpaq sahəsinin iddiaçının, A tikilisinin payçılar X4 və Cavabdeh xüsusi mülkiyyəti, A tikilisinin altında və onun ətrafında ümumilkdə 58 kv.m. torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyəti hesb edilərək hal-hazırkı və texniki pasportdakı mövcud, texniki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Fərdi yaşayış evi 0,0344 ha torpaq sahəsindən ibarət olmaqla, texniki pasporta və faktiki vəziyyətə əsasən əvvəldən birbirindən təcrid olunmuş “A" və “B" tikililərindən ibarətdir. İlk əvvəl hər iki tikili X3 məxsus olmuşdur. xx.xx.1999-cu il tarixdə o, 18 kv.m olan “A" tikilisini rəsmi alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır və onun mülkiyyətindədir. Həmin vaxtdan Cavabdeh həmin tikilidə yaşamış, ora sahiblik etmişdir. Evin digər sahəsinin ona heç bir aidiyyatı olmamışdır. “B” tikilisi və ətrafında olan torpaq sahəsi iddiaçının sahibliyində, sərəncamında və istifadəsində olmaqla xüsusi mülkiyyətindədir. “A" tikilisinin önündə olan kiçik torpaq sahəsi də. Cavabdeh istifadəsində olmuş, daha sonra o, həmin sahəni mətbəx və dəhliz kimi inşa edərək, evinə birləşdirmişdir. Yuxarıda qeyd edilən evə dair Dövlət Reyestrindən çıxarışlar da mövcuddur. Çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq, 0.0344 ha, tikililərin ümumi sahəsi isə 67,50 kv.m olaraq qeyd edilmişdir. Buna səbəb, evin və torpağın naturada ayrılmaması, ünvanı bir olduğu üçün torpağın və tikililərin sahəsinin hər iki mülkiyyətçinin çıxarışında eyni göstərilməsi olmuşdur. 2021-ci il tarixdə Cavabdeh əsassız olaraq iddia etməyə başlamışdır ki, çıxarışda qeyd edilən torpaq sahəsinin yarısı ona məxsusdur. Daha sonra o, cavabdehlər İddiaçı, X7 və X11rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və digər” tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsin xx.xx.2022-ci il tarixli, 2(011)-330/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki. göstərilən ünvanında “A” və “B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. “A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi. 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B" tikilisindən isitifadə "A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur. Onlar arasında olan qalan boş torpaq sahəsi 70 kv.m-dir. Tikililər arasında rəsmi bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasını və “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Həm iddiaçıya, həm də İddiaçı verilmiş çıxarışlarda daşınmaz əmlakın və torpaq sahəsinin eyni ölçüdə qeyd edilməsinin səbəbi isə “A” və “B” tikililərinin eyni ünvanda ünvanda yerləşmələri ilə bağlıdır. ƏMDK yanında DƏDRX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı şəhər 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə Məhkəmənin sorğusuna verdiyi cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evinin ümumi sahəsinin 67,5 kv.m, yerləşdiyi torpaq sahəsinin 0,0344 ha olduğu üçün hər iki çıxarışda sahələr eyni göstərilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən evlə bağlı mübahisələri davam etməkdədir. Belə ki, cavabdeh iddia edir ki, evin ümumi torpaq sahəsi hər iki mülkiyyətçi arasında bərabər şəkildə bölünməlidir. Cavabdehin əsassız iddiaları, həmçinin ünvanın bir olması səbəbindən ortaya çıxan bir sıra problemlərin həlli naminə tikililərin və torpaq sahəsinin faktiki vəziyyətə və texniki pasporta əsasən naturada bölünməsi labüddür. Belə olan təqdirdə hər iki tərəfin ünvanı ayrı olmaqla, gələcəkdə yaranacaq digər problemlərin qarşısı alınacaqdır. Fərdi yaşayış evinin texniki pasportunda evin, torpaq sahəsinin faktiki vəziyyəti və ölçüləri dəqiq göstərilsə də, ancaq çıxarışda “A” və "B” tikilisinin, həmçinin də torpaq sahəsinin ölçüləri tam göstərilib.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, evə dair çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq 0,0344 ha, “A” tikilisinin ümumi sahəsi isə 67,50 kv.m olaraq qeyd edilmişdir. Buna səbəb, evin və torpağın naturada ayrılmaması olmuşdur. Yəni, evin ünvanı bir olduğu üçün, torpağın və tikililərin sahəsi hər iki mülkiyyətçinin çıxarışında eyni olaraq qeyd edilmişdir. Belə olan halda, iddiaçının iddia tələbi tam əsassızdır. Mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 3. Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, 42 ünvanında yerləşən fərdi yaşayış evləri və torpaq sahəsinin bölgü sxeminə uyğun, “A” -yaşayış evi və 172.0 m2 torpaq sahəsi Cavabdeh, “B”-yaşayış evi və 172.0 m2 torpaq sahəsi İddiaçı mülkiyyəti hesab olunmaqla tərəflər arasında bərabər bölünməlidir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh, onun vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər.

9. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

11. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

12. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

13. Maddə 220.6 bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. Fərdi yaşayış evinin “A” və “B” tikililərindən ibarət olması, “A” tikilisinin cavabdehlərin hər birinin payı ½ hissədə olmaqla paylı mülkiyyətində, “B” tikilisinin isə iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır.

20. Paylı mülkiyyətdə olan daşınmaz əşyanın bölünməsini və ondan payın ayrılması əsaslarını tənzimləyən Mülki Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

21. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir.

22. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/4735 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin ümumi sahəsinin 344,0 kv.m (0,344 ha) («A» literli fərdi yaşayış evinin altına düşən sahənin 43,1 kv.m (0,0431 ha), «A» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 14,9 kv.m (0,0149 ha), cəmi 58,0 kv.m (0,058 ha), «B» literli fərdi yaşayış evinin altına düşən sahənin 46,6 kv.m (0,0466 ha), «B» literli fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsinin ümumi sahəsi 239,4 kv.m (0,2394 ha), cəmi 286,0 kv.m (0,286 ha)) təşkil edir. Fərdi yaşayış evlərinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, Fərdi yaşayış evinin faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,2.2,2.4.,2.9. bəndlərinin və Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmışdır.

23. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Fərdi yaşayış evi və onun altına düşən torpaq sahəsində iddiaçının özünə aid payının naturada bölgüsünü tələb etməkdə haqlı olduğundan, habelə keçirilmiş ekspertiza rəyi ilə mübahisəli əmlakın naturada bölünməsinin mümkünlüyü nəzərə alındıqda iddia həmin hissədə təmin edilməlidir.

24. Məhkəkmə Cavabdeh “A” yaşayış evi və 172.0 m2 torpaq sahəsi onun, “B” yaşayış evi və 172.0 m2 torpaq sahəsi iddiaçının mülkiyyəti hesab olunmaqla tərəflər arasında bərabər bölünməli olmasına dair etirazda göstərdiyi dəlili ilə bağlı qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin paylı mülkiyyətində olan ünvan 5 ünvanında (yeni qaydalarla ünvan 6ayış evi əvvəlcə Məryəm Nurmətovanın mülkiyyətində olmuşdur. Sonuncu yalnız mülkiyyətində olan “A” tikilisi adlanan 18 kv.m-dən ibarət fərdi yaşayış evini Cavabdeh satmışdır. Bu hal iş materiaallarında olan alqı-satqı müqaviləsi və digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, həmin fərdi yaşayış evinin aqlı-satqısına dair müqavilədə açıq şəkildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 1 sahəsində yerləşən 18,0 kv.m-dən ibarət “A” tikilisinin Cavabdeh satılması göstərilmişdir. Cavabdeh sonrakı düzəlişlə verilmiş xx.xx.1999-cu il tarixli, 002524 saylı Qeydiyyat vəsiqəsində də onun 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət “A” tikilisi adlandırılan 1 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Ona görə də, Cavabdeh “A” və “B” yaşayış sahələrinin və onların yerləşdiyi torpaq sahəsinə dair tərəflərin paylarının bərabər hesab edilməsi barədə dəlili əsaslı sayıla bilməz.

25. Məhkəmə iddia tələbinin “A” tikilisinin payçılar X4 və Cavabdeh xüsusi mülkiyyəti hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, “A” tikilisinə dair həm Cavabdeh, həm də Sürəyya Bağırovanın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla, bu barədə onlara çıxarış verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülkiyyət hüququ qeydə alınmış əmlaka dair tərəfin yenidən mülkiyyət hüququnun müəyyən edilməsinə zərurət yoxdur.

26. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi ünvanında (yeni qaydalarla ünvan 7 fərdi yaşayış evinin altına düşən 46,6 kav.m. (0,0466 ha) torpaq sahəsi və ətrafında olan ümumi sahəsi 239,4 kv.m. (0,02394 ha) olmaqla, cəmi 286 kv.m. (0,0286 ha) torpaq sahəsi iddiaçının xüsusi mülkiyyəti hesab edilərək, həmin torpaq şahəsi və B literli fərdi yaşayış evinin üzərində iddiaçının, habelə A literli fərdi yaşayış evinin altına düşən 43,1 kav.m. (0,0143 ha), həmin fərdi yaşayış evinin ətrafında olan ümumi sahəsi 14,9 kv.m. (0,0149 ha) olmaqla, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti hesab edilərk, A literli fərdi yaşayış evinin altında və ətrafında yerləşən, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi üzərində Cavabdeh, A literli fərdi yaşayış evinin üzərində isə Cavabdeh və Sürəyya Bağırovanın payları müəyyən edilməklə naturada, hər bir payçının paylarına uyğun ayrılmalıdır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. ünvan 8 ünvanında (yeni qaydalarla ünvan 9li fərdi yaşayış evinin altına düşən 46,6 kav.m. (0,0466 ha) torpaq sahəsi, B literli fərdi yaşayış evinin ətrafında olan ümumi sahəsi 239,4 kv.m. (0,02394 ha) olmaqla, cəmi 286 kv.m. (0,0286 ha) torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti hesab edilərək, həmin torpaq sahəsi və B literli fərdi yaşayış evinin üzərində İddiaçı payı müəyyən edilməklə naturada ayrılsın. ünvan 8 ünvanında (yeni qaydalarla ünvan 10 fərdi yaşayış evinin altına düşən 43,1 kav.m. (0,0143 ha) torpaq sahəsi, A literli fərdi yaşayış evinin ətrafında olan ümumi sahəsi 14,9 kv.m. (0,0149 ha) olmaqla, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti hesab edilərək, A literli fərdi yaşayış evinin altında və ətrafında yerləşən, cəmi 58 kv.m. (0,058ha) torpaq sahəsi üzərində Cavabdeh, A literli fərdi yaşayış evinin üzərində isə Cavabdeh və X4 payları müəyyən edilməklə naturada ayrılsın. Tərəflərin adlarına torpaq sahələrinə, habelə “A” və “B” literli fərdi yaşayış evinə dair paya mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. 50 manat məbləğində ekspertiza xərci cavabdehlər X5 və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar