Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5725/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh – Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilinin mülkiyyətçisi Mustafayeva (Hüseynova) Fatma Urşan qızı ilə alıcı X6 arasında bağlanaraq 32 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu Z.S.Mirzəyev tərəfindən təsdiq edilmiş AN-l ******* saylı, xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzili alıcı X1 və onun həmin mənzilə olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.3006-cı il tarixdə qeydiyyata alınmışdır və ona mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzilin alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı Mustafayeva (Hüseynova) Fatma Urşan qızı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmamışdır və onun yaşadığı ünvan məlum deyildir. İddiaçı ilə həmin mənzilin mülkiyyətçisi X6 arasında bağlanaraq 52 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş AN-l ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzil iddiaçıya satılmışdır və onun həmin mənzilə olan mülkiyyət hüququ dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mövcud vəziyyətdə həmin mənzilin alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq oolunduğu tarixdən 1 ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlik icra edilməyərək bu müddətə kimi həmin mənzildən qeydiyyatdan çıxmamış və yaşadığı ünvan məlum olmayan cavabdeh Mustafayeva (Hüseynova) Fatma Urşan qızının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu pozur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Mustafayeva (Hüseynova) Fatma Urşan qızının faktiki yaşayış yeri məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 98 saylı MKİS tərəfindən cavabdehin həmin mənzildə “evdə yaşamadığına görə verə bilmədik” qeydi yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehin həmin mənzildə yaşamamasına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan satıcı Mustafayeva (Hüseynova) Fatma Urşan qızı ilə alıcı X6 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış ******* nömrəli müqavilənin surətindən görünür ki, satıcı ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəllərinə götürmüşdür. İş materiallarında olan satıcı X6 ilə alıcı İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ******* nömrəli müqavilənin surətindən görünür ki, satıcı ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəllərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Mustafayeva (Hüseynova) Fatma Urşan qızı ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzil ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, satıcı Mustafayeva (Hüseynova) Fatma Urşan qızı ilə alıcı X6 arasında xx.xx.2004-cü il tarixdə ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil üzərində X3 mülkiyyət hüququ qeydə alınmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə satıcı X6 ilə alıcı İddiaçı arasında ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdeh isə həmin mənzilin keçmiş sakini olmaqla hazırda həmin mənzildə yaşamır və iddiaçının ailə üzvü deyildir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilində qeydiyyatı formal xarakter daşıdığından, o həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Bu qətnamə Cavabdeh ünvan 1ayılov küçəsi, 46 saylı evin 38 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5725/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5725/2023
12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver