Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-578/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh Mədaxil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Mədaxil oğluna qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh Mədaxil oğluna qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o uzun illər Azərbaycan Daxili İşlər Nazirliyinin orqanlarında çalışmışdır. O qabaqcıl işçi olduğu üçün ailə üzvlərinin sayına uyğun olaraq order əsasında ona 3 otaqdan ibarət ünvan 1 ünvanındakı evi vermişlər. O, həyat yoldaşı və 3 övladı həmin mənzildə qeydiyyatda olmuşdur. Onun şəxsi işlərilə əlaqədar olaraq mənzili arvadı X1 adına keçirmişdir. Övladlarının hər birini evləndirirərək bütün şəraitlərini yaratmış, həyat yoldaşı mənzilin mülkiyyətçisi X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda yaşadığı mənzilin çıxarışı yoxdur. Bunun üçündə hər üç oğluna müraciət etmişdir ki, mənzilin mülkiyyətçisini müəyyən edə bilsinlər. Övladlarının 2-si razılıq ərizələrini verərək mənzili adına keçirməyinə razılıq vermişdir. Cavabdeh Mədaxil oğlunu tapıb razılığını ala bilməmişdir. İddiaçı cavabdehin harada yaşadığını bilmir və telefon nömrəsinə zəng çatmır. buna görədə Bakı şəhər 6 saylı Asan Xidmətə müraciət etmişdir ki, həyat yoldaşı X4 03 fevral 2024-cü il tarixdən vəfat etdikdən sonra onun mülkiyyətində olan mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmişdir oradan isə oğlu 1966-cı il təvəllüdlü X3 razılığı olmalıdır, o, isə tapılmır, oğlu X3 tapılmadığını qonşularda təsdiq edə bilər. Cavabdeh onun istifadəsində olan mənzildə qeydiyyatda olsa da yaşayış yeri kimi başqa ünvanda yaşayır və onun yaşadığı ünvan 2ə heç bir əlaqəsi yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdeh Mədaxil oğlu məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları: АЗ № 045355 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Mədaxil oğlu ilə X5 xx.xx.1966-cı ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. xx.xx.1996-ci il tarixli, 30/84174 saylı Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzil X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. xx.xx.2024-cü il tarixli, AZ-İİ № 391707 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X5 xx.xx.2024-cü il tarixdə burun-udlağın yenitörəməsi nəticəsində ölmüşdür. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh Mədaxil oğlu həqiqətən ünvan 3 ünvanında yerləşən Şahinlər” MMC-yə məxsus olan binanın 4 blok, 22 saylı mənzilində ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh Mədaxil oğlu xx.xx.1987-ci il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzildə qeydiyyatdadır. Mülki iş üzrə şahid qismində dindirilmiş X7 verdiyi iafdəsində bildirmişdir ki, o iddiaçının qonşudur. Cavabdehi isə iddiaçının oğlu kimi tanıyır. Cavabdeh 2001-ci ilə kimi qeyd edilən mənzildə yaşayıb. Ondan sonra həmin mənzilə gəlməyib. Anası rəhmətə gedəndə də gəlməmişdir. Hal-hazırda həmin mənzildə iddiaçı, gəlini və onun azyaşlı övladı yaşayır. Mülki iş üzrə şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bidirmişdir ki, iddiaçı onun qaynatası, cavabdeh isə qaynıdır. O iddiaçının digər oğlu ilə 1992-ci ildə ailə qurmuşdur. Mübahisəli ev qaynanası X2 adına olmuşdur. Hal-hazırda evdə iddiaçı, özü, yoldaşı və oğlu qalır. Cavabdeh 2022-ci ildən çıxıb gedib, harda olduğundan məlumatı yoxdur. Ailəli idi, övladı olmamışdır. İddia tələbinin hüquqi əsası: Azərbayca Respublikasının Konstitusiyası Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzil iddiaçının mərhum həyat yoldaşı X2 mülkiyyətində olmuşdur. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X2 birinci növbəli vərəsələrindən biri iddiaçı Cavabdeh Mədaxil oğlu, biri isə Cavabdeh Mədaxil oğludur. X2 ölümü ilə vərəsəlik hüquq münasibətləri başlamış olur. Miras qoyanın birinci növbəli vərəslərindən olan Cavabdeh Mədaxil oğlu qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyindən mirası qəbul etmiş vərəsə hesab edilir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinaədən qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, Cavabdeh Mədaxil oğlu miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzildən ona çatası paydan imtina etmədiyindən o, mirası qəbul etmiş hesab edilir. Qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan halda, Cavabdeh Mədaxil oğlunun mübahisəli Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzilə mülkiyyət hüququ olduğu halda, mülkiyyət hüquqnun tərkib hissəsi olan istifadə hüququna xitam verilməsi yolverilməzdir. Bunun əksi onun Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Mədaxil oğluna qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh Mədaxil oğluna qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 73, 73 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-578/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-578/2025
24.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver