Məhkəmə qərarları › İş №2(011)-5810/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5810/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5810/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyisinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı cavabdehlərdən 1500 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi zərərə görə cəmi 3500 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küçəsi ev 33/3 cavabdehlər Cavabdeh1 və X2 günahı ucbatından onun həyətyanı sahəsində olan dəmir konstruksiyanı sındırıb-dağıtmaqla, bütün materiallarını, o cümlədən tikinti materiallarını sındırıb dağıdaraq yararsız vəziyyətə salmaqla, 1500 manat məbləğində zərər vurmuşdur. Eyni zamanda cavabdehlər Cavabdeh1 və X5 oğluna və ona bədən xəsarətləri yetirməklə zərər vurmuşdur. Sağlamlığına zərər vurmaqla fəaliyyət qabiliyyətini məhdudlaşdıraraq, işləmək, pul qazanmaq imkanlarını məhdudlaşdırmışdır. Belə ki, tərəfindən tibbi xərclərə pul ödənilmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh1 və X5 onları yaşadıqları ərazidə qonşuların yanında şərəf-ləyaqətlərini alçaldaraq, nüfuzunu aşağı salan küçə söyüşləri ilə təhqir etmiş, onları sarsıtmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, göstərdi ki, 1999cu ildə Ağdam rayon sakini Cavabdeh1 ilə ailə qurmuşdur. Göstərilən ünvanda yaşayırlar, onlarla bir həyətdə rəhmətlik qayınının ailəsi yaşayır. xx.xx.2021-ci ildə qonşu İddiaçı müdriyyətin onlara verdiyi yolu xəbərdarlıq etmədən bağladı. Bununla bağlı mübahisələri olmuşdur. Onu o həddə çatdırdılar ki, özünü yandırma məcburiyyətində qalmışdır. Bundan sonra qonşu onların yolundan yarım metr yol verdi. O, yoldan qayınının uşaqları gedib-gələ bilməmiş, hər gün o yola su və toyuğun peyinini tökmüşdür. Bununla bağlı qayınının yoldaşı Rəhmana xəbərdarlıq etmişdir. Buna baxmayaraq, Rəhman əlinə düşən zibili də yola tökmüşdür. Bununla bağlı 5 dəfə 102 xidmətinə, 37-ci polis bölməsinə şikayət etmişdir. Onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Bundan sonra Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Lakin qərara onların xeyrinə çıxarılmışdır. Onlar da məhkəmədən gəlib o, qaynının yoldaşı ilə yolu açmışdır. Açdıqları dəmir parçalarını yolun bir qırağına yığmışdır. Onlar öz yolun açıb, onun heç bir şeyinə toxunmamışlar. Rəhman tez-tez onları təhqir edir, şərləməyə çalışır. Onun diskdə göstərdiyi cücələr özü ölüb, qumları da özü cırıb yerə tökmüşdür. İddia əsassızdır, buna görə də təmin edilməməlidir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-5921/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “onun yaşadığı ünvan 2 ünvanına gediş-gəliş piyada yolunda cavabdehin qanunsuz olaraq çəkdiyi dəmir hasarın sökülməsi və həmin yolda tikinti işi aparmasınının ona qadağan olunması” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 10406/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 11/94 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı fərdi-psixi xüsusiyyətlərində yetkinlik yaşına çatmayan X8 və X7 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı qarşı bağlılığı (qarşılqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müşahidə olunmaqla, anası X13 qarşı bağlılığı müəyyən olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Elmi Təcrübi və X14 rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 943 nömrəli rəyindən görünür ki, müayinə zamanı İddiaçı bədənində sol dirsək oynağı səviyyəsində hərəkət məhdudiyyəti və sol bazunun və sol said nahiyyəsinin çox saylı zolaq şəkilli qançırları fonunda – sol yuxarı ətrafın yumşaq toxumasının hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. "xxxx" MMC tərəfindən verilmiş satış çekindən görünür ki, dərman vasitələri üçün 101,19 manat ödənilş edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş satış çekindən görünür ki, dərman vasitələri üçün 47,23 manat ödənilş edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş satış çekindən görünür ki, dərman vasitələri üçün 2,36 manat ödənilş edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfidən verilmiş 16857 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı sol bazunun 1/3-nin əzilməsi hematoması diaqnozu müəyyən olunur. X9, X10, X15 və X11 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci ildə saat 17:00 radələrində Xətai rayonu Əhmədli kəndi Kazımağa Kərimov küçəsi MTT-nin inzibati binasında məskunlaşmış məcburi köçkün İddiaçı mənzilinin qarşısında ona məxsus həyətyanı sahədə əkilmiş ağacları, gülləri, toyuqcücəni qorumaq üçün çəkilmiş dəmir hasarı qonşusu Ağdam qaçqını Cavabdeh1 ailə üzvləri Gülsün, oğlu, Azadə dağıdarkən Rəhmanın oğlu Ramin onları telefona çəkirdi. Bu zaman Gülsün hasardan qopardığı dəmir armatur ilə onu vurmaq istəyəndə Ramin özünü qorumaq üçün qolunu qabağa verdi. Bu zaman armatur onun dirsək nahiyəsinə və boyun hissəsinə dəydi. Uşaq ağrıdan huşunu itirib yerə oturdu. Bunu eşidən qonşuluqda yaşayan əmisi yoldaşı onu oradan uzaqlaşdırdı. Biraz keçməmiş polis əməkdaşlarının və təcili tibbi yardımın gəldiyini gördük. Bu hadisəni görüdüyümüz üçün yazdıq, doğruluğunu imzamızla təsdiq edirik. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. 8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 8-ci bəndinin təsiri altına düşdüyüdən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan həmçinin görünür ki, iş üzrə aparılan istintaqla sübuta yetirilmişdir ki, X5 25 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında olarkən qonşusu İddiaçı ilə aralarında yaşadığı ünvanın qarşısını zibilləməsinə səbəb olması ilə bağlı yaranmış mübahisə zamanı sonuncunun sol qol nahiyəsindən əlində olan şiş ilə zərbələr vurub ona “sol dirsək oynağı səviyyəsində hərəkət məhdudiyyəti və sol bazunun və sol said nahiyəsinin çoxsaylı zolaq şəkilli qançırları fonunda - sol yuxarı ətrafın yumşaq toxumasının hematoması” ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş 16 nömrəli xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, X6 xx.xx.2006-cı il 84 saylı qərar Əhmədli yolu küçəsində 130 kv.m hasarın içində yerləşən sahəyə verilmişdir. Bələdiyyə tərəfindən verilən sənədlərdə əvvəlcədən hasarın içində yerləşən əraziyə aid olduğu bildirilir. Kazımağa Kərimov 33/3 ünvana aid bələdiyyə tərəfindən heç bir sənəd verilməyib. Verilən sənədlərdə hasarın içindən əlavə yola çıxmaq və ya artırmaq üçün heç bir əsas göstərilməyib və həmin sözü gedən ərazidə gediş-gəliş yolunun kəsilməsinə sənədin heç bir aidiyyatı yoxdur. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X3 anadangəlmə ürək qüsuru diaqnozu müəyyən olunur. 061177 nömrəli vəsiqənin surətindən görünür ki, X5 2-ci dərəcəli əlildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 03 noyabr 2008-ci il tarixli mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qanunun normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının sağlamlığına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Elmi Təcrübi və X14 rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 943 nömrəli rəyinə əsasən İddiaçı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X5 barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata 8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə xitam verilmişdir. Lakin məhkəmə hesab edir ki, İddiaçı sağlamlığına ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyan iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş satış çeklərindən aydın olur ki, iş üzrə iddiaçının dərman vasitələri üçün 150 manat ödəniş etməyi müəyyən olumuşdur. Buna görə də iddianın vurulmuş maddi ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, cavabdeh Gülsün İsmayılovadan dəymiş maddi ziyana görə 150 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. İddiaçı iddia ərizəsində cavabdehlərin ucbatından onun həyətyanı sahəsində olan dəmir konstruksiyanı sındırıb-dağıtmaqla, bütün materiallarını, o cümlədən tikinti materiallarını sındırıb dağıdaraq yararsız vəziyyətə salmaqla ona zərərin vurulduğunu göstərsə də, zərərin hansı məbləğdə vurulması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən cırılmış qum kisələri, ölmüş toyuqlar və s. olduğu görünsə də, bunların cavabdehlər tərəfindən edilməsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının göstərdiyi əsaslarla ona zərər vurulması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehlərdən tələbdə göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddianın “vurulmuş mənəvi zərərin ödənilməsi” barədə hissəsi təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPMin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 150 (yüz əlli) manat məbləğində maddi ziyan X1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar