Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5845/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı7, iddiaçı İddiaçı3, İddiaçı1,İddiaçı2 Zaman oğlu, İddiaçı8 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq: İddiaçının tələb və dəlilləri: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “X7” İctimai Birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2019-cu il tarixli və Ümumi Yığıncağın xx.xx.2019-cu il tarixli qərarı ilə Təsisçilər: X11, İddiaçı1 və X9 “X7” ictimai birliyinin Nizamnaməsini tərtib edib və dövlət qeydiyyatına alınmasından ötəri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. “X7” ictimai birliyinin Dövlət qeydiyyatına alınması barədə Ədliyyə Nazirliyi tərəfindən 31 oktyabr 2019-cu il tarixli 1119- Q70-3775 qeydiyyat nömrəli Şəhadətnamə Ədliyyə nazirinin müavini cənab Toğrul Musayev tərəfindən imzalanmaqla verilmişdir. xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə qədər “X7” ictimai birliyinin İdarə Heyəti üç nəfər şəxsdən, X11, İddiaçı1 və X2 ibarət olmuş və bu məlumat Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 05/473/7-14 saylı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. “X7” ictimai birliyinin hüquqi ünvanı ünvan 1 də bu ünvanda yerləşib. Birliyin fəaliyyət predmeti və məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına milli-mənəvi dəyərlərin qorunmasına kömək etməkdən ibarət olub. Bütün rayonlarda ictimai birliyin rayon təşkilatlan yaradılıb və minlərlə üzvü olub. Təşkilatın hər bir üzvü cənab X10 və Dövlətimizə var gücü ilə dəstək olub. İddiaçılardan İddiaçı2 və İddiaçı3 ictimai birlik yaranan gündən birliyin üzvü olub. 2021-ci il tarixində Cavabdeh birliyin üzvlüyünə daxil olub və bir müddət sonra isə sədr Nəbi Qafarovun müavini vəzifəsinə təyin olunub. Həmin vaxtlar birliyin sədri Nəbi Qafarov ictimai birliyin üzvləri tərəfindən (Cavabdeh da hadisə yerində olub) şantaj olunduğuna görə məcbur olub istefa verib. Nəbi Qafarovu şantaj edənlərə qarşı cinayət işi açılıb və bununla bağlı Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-343/2021 saylı Qərarı var. Həmin Qərardan açıq-aşkar görünür ki, “X7” ictimai birliyini hələ 2021-ci ildən ələ keçirməyə çalışıblar və bu işin içərisində Cavabdeh da olub. Nəbi Qafarov sədrlikdən istefa verdikdən sonra Cavabdeh, Birliyin təsisçiləri İddiaçı1 və Novruz Əliyevdən xahiş etmişdir ki, onu sədr təyin etsinlər. Cavabdeh özünü birliyin təsisçilərinə pensiyada olan polis rəisi, məxfi aparatın rəhbəri və müharibə veteranı olaraq təqdim etmişdir. 2022-ci ilin yanvar ayında birliyin təsisçisi Novruz Əliyev vəfat etmişdir. Hal-hazırda birliyin yeganə təsisçisi İddiaçı1dur. Novruz Əliyevin vəfatından sonra İddiaçı1, Cavabdeh tapşırıq verib ki, İddiaçı3lə birlikdə bu ictimai birliyin üzvlərini bir araya toplayaraq yenidən qurun. İddiaçı1 gözləri normal gömədiyi üçün 2022-ci ilin birinci yarısında hər iki gözündən müəyyən aralıqla əməliyyatlar keçirib. Beləliklə Cavabdeh “X7” ictimai birliyinin üzvlərinə xəbər vermədən və heç bir ümumi yığıncaq təşkil etmədən xx.xx.2022-ci il tarixli “X7” ictimai birliyinin ümumi yığıncağının protokolunu tərtib etmiş və təsisçi İddiaçı1 adından ərizə hazırlayaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərmişdir. Cavabdeh təsisçi İddiaçı1 bildirmişdir ki, mənim sədr olmağıma razılıq vermək üçün bu sənədləri imzalayın. İddiaçı1 gözlərində zəiflik olduğuna görə sənədləri oxuyub tanış ola bilmədən, Cavabdeh inanaraq həmin sənədləri imzalamışdır. Cavabdeh həmin iclas protokolunda iclasın sədri olaraq özünün, iclasın katibi olaraq İddiaçı3 adını qeyd etmişdir. Cavabdeh dediyinə görə bütün sənədləri hüquqşünasa hazırlatmış və İddiaçı3 bildirmişdir ki, buraya imza çək mənim sədr və sənin də müavin gəlməyin üçün sənəddir, vəkil hazırlayıb narahat olma. Beləliklə Cavabdeh, iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarından sui-istifadə etməklə formal xarakter daşıyan iclasın keçirilməsi ilə bağlı hazırladığı sənədləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərməklə İdarə Heyətinin sədri təyin olunmuşdur. X12 (formal xarakterli) qərarı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/29/4-14 saylı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/29/4-14 saylı qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun qanunsuz tərtib edilməsi barədə əsaslar: Protokolun məcburi təfərrüatları bunlardır: təşkilatın adı, sənəd növünün adı, tarix və qeydiyyat nömrəsi, tərtib və ya nəşr yeri, mətnin başlığı və imzalar. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunda, protokolun nömrəsi qeyd edilməmişdir. Qaydaya uyğun olaraq “Protokol” sözü vərəqin ortasında böyük hərflə yazılır və onun nömrəsi qeyd edilir. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunda iclasın katibi olaraq İddiaçı3 göstərilsə də, iclasın gündəliyinin ikinci məsələsi barədə iclasın katibi olan İddiaçı3 çıxış edərək Cavabdeh Birliyin qanuni təmsilçisi təyin edilməsi təklifini irəli sürməsi qeyd edilmişdir. İclasın katibinin iclasda çıxış edərək təklif irəli sürməsi tamamilə qanunsuz və əsassızdır. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolundan göründüyü kimi protokol cəmi bir vərəq yarımdan (daha az) ibarətdir. Protokoldan göründüyü kimi iclasda cəmi üç nəfər şəxsin çıxış etməsi qeyd edilir ki, onlardan biri iclasın sədri, ikincisi iclasın katibi və üçüncüsü isə birliyin təsisçisidir. Protokolda qeyd olunur ki, üzvlərin ümumi sayı 115 nəfər və iclasda iştirak edir 86 nəfər. Lakin 86 nəfərdən kiminsə çıxış etməsi protokolda qeyd olunmamışdır. Lakin protokolda qeyd edilir ki, iclasın gündəliyində olan hər iki məsələ səsə qoyulub və yekdilliklə qəbul edilib. Belə ki, guya 86 nəfər üzvdən bir nəfəri belə etiraz etmədən yekdilliklə səs vermişdir. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu hazırlanarkən, ictimai birlikdə rəsmi olaraq yalnız İddiaçı1 təsisçi olaraq dövlət qeydiyyatında olub. Çünkü həmin zaman digər iki təsisçidən biri vəfat etmişdi və digəri isə istefa vermişdi. X8 səlahiyyət müddəti isə bitmişdi. Lakin protokolda iclasın sədri olaraq Cavabdeh göstərilmişdir. Əgər iclasa sədrlik edən rəhbər vəzifədə deyilsə, o zaman protokolun lap yuxarı hissəsində sağ tərəfdə rəhbər tərəfindən təsdiq edilməsi göstərilir. Əgər rəhbər şəxs iclasa sədrlik edərsə protokolda bunu təsdiq etməyə ehtiyac yoxdur. Lakin həmin zaman rəhbər vəzifədə olamayan Cavabdeh iclasın sədri olaraq protokolda qeyd olunsa da, protokolun yuxarı sağ tərəfində təsisçi İddiaçı1 tərəfindən bu halın təsdiq olunması faktı öz əksini tapmamışdır. Protokol aid olduğu iclas gedişatını olduğu kimi əks etdirməlidir. Lakin 86 nəfərin iştirak etməsi göstrəilən protokolda üç nəfərin çıxış etməsi qeyd olunmuşdur ki, burada da iclasın katibi qanunsuz olaraq çıxış edir. Belə ki, 86 nəfərin iştirak etdiyi iclasda təsisçidən başqa heç kimin çıxış etməməsi bu protokolun qanunsuz və saxta olaraq tərtib olunmasından xəbər verir. Təbii ki, təsisçi də çıxış etməyib, çünkü belə bir iclas ümumiyyətlə keçirilməyib. Protokolun tam və qısa formalarında giriş hissəsi eyni qaydada tərtib edilir. Burada sədr və katibin adları, iclasda iştirak edənlərin və dəvət olunmuş şəxslərin adları və ya ümumi sayı göstərilir (iştirakçılar çox olarsa, onların sayının yanında qeyd edilir - “İştirakçıların siyahısı əlavə olunur”), gündəm. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunda iclasda 86 nəfər şəxsin iştirak etməsi göstərilsə də, həmin 86 nəfər şəxsin kimlər olması məlum deyil. Sadəcə olaraq 115 nəfər üzvün ümumi sayını göstərən reyestr və arayış əlavə edilib ki, buradan iclasda iştirak edən 86 nəfərin kim olması məlum deyil. Həmçinin iclasda iştirak etməyən 29 nəfərin kimliyi və nə səbəbdən iclasda iştirak etməməsi məlum deyil. İki növ protokol var: tam və qısa. Tam protokol - iclasdakı bütün çıxışların qeydini ehtiva edir. Qısa protokol yalnız çıxış edənlərin adları və çıxışın mövzusu haqqında qısa qeyd. İclasda hansı formada protokolun aparılması barədə qərarı kollegial orqanın rəhbəri və ya təşkilatın rəhbəri qəbul edir, lakin belə bir qərar ümumiyyətlə mövcud deyil. Göründüyü kimi, “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qısa protokol növündə tərtib olunmuşdur. Lakin qısa protokol olsa belə 86 nəfərlik iclasda iki mühüm mövzu (İdarə Heyəti və qanuni təmsilçi seçimi) üzrə cəmi üç nəfərin (bir nəfər qanunsuz) çıxış etməsi protokolun saxta tərtib olunduğunu açıq olaraq göstərir. 86 nəfərlik iclas iştirakçısının ən azı 1/3 hissəsi çıxış etməli və bu çıxışlar protokolda qısa da olsa öz əksini tapmalı idi. Protokolda “EŞİDİLDİ” və “ÇİXİŞLAR” hissəsi olmalıdır. “Eşidilidi” hissədə iclas sədri iclasın gündəliyi barədə iclas iştirakçılarına məlumat verməli və “Çıxışlar” hissəsində isə iclas iştirakçıları iclasın gündəliyində olan məsələlərə münasibət bildirməlidir. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolundan göründüyü kimi “Çıxışlar” hissəsi ümumiyyətlə yoxdur və hər iki iclas gündəliyində olan məsələ barədə 86 nəfərdən yalnız bir nəfər çıxış edir. İclasın başlanması ilə iclasda iştirak edənlərin siyahısı katib tərəfindən təsdiq edilir. Məlumatların qeydi tədbir zamanı katib tərəfindən qeyd olunur. Diktofon yazıları karotajm dəqiqliyini artırmaq üçün istifadə olunur. Bütün sözlər rəqəmsal mediada qeydə alınır və sonra səslənir yekunlaşdırma protokol. Lakin iclasın katibi olaraq İddiaçı3 iclasda iştirak edənlərin siyahısı barədə hər hansısa məlumat yoxdur. Əlavə olaraq həmin iclasın həqiqətən keçirilməsini sübuta yetirəcək heç bir dəlil və sübut da (audio və ya video yazı) yoxdur. Ümumiyyətlə həmin iclasın keçirildiyi məkana və binaya aid heç bir məlumat belə yoxdur. Həmin iclasın neçə saat davam etməsi barədə heç bir məlumat yoxdur. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolua əsasən İddiaçı2 İdarə Heyətinin üzvü seçilməsinin qərara alınması qeyd olunsa da əslində İddiaçı2 belə bir iclasdan xəbəri olmamışdır. Bir şəxsin özünün xəbəri olmadan iclas protokolu hazırlayıb onun adını İdarə Heyətinin üzvü olaraq yazmaq bu protokolun qanunsuz və saxta hazırlanmasının sübutudur. “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunda göstərilən 115 nəfər şəxsin məlumatları Ədliyyə Nazirliyinə üzvlərin reyestri olaraq göndərilmişdir. Yəni həmin 115 nəfər şəxs Birliyin ümumi yığıncağına guya ki, dəvət olunmuş və onlardan cəmi 86 nəfəri iclasda iştirak etmişdir. Birliyin Nizamnaməsinin 6.3-cü bəndinə əsasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Lakin “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixində Ümumi Yığıncağının keçiriləcəyi barədə iki həftə əvvəl Birliyin təsisçisinə və üzvlərinə məlumat verilməmişdir və bu barədə heç bir yazılı dəlil və ya sənəd (sübut) yoxdur. Bütün bunlar onu göstərir ki, “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu tamamilə qanunsuz və əsassız olaraq tərtib olunub. Cavabdeh “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunu qanunsuz və saxta olaraq tərtib etməsinin daha bir sübutu isə Ədliyyə Nazirliyinin 17 yanvar 2022-ci il tarixli 05/29/2-14 saylı cavab məktubudur. Həmin cavab məktubunda qeyd edilir ki: ümumi yığıncağın xx.xx.2021-ci il tarixli protokolunda İdarə heyətinin sədri Cavabdeh seçilmişdir. Əgər Cavabdeh İdarə heyətinin sədri olaraq ümumi yığıncağın xx.xx.2021-ci il tarixli qərarı ilə sədr seçilmişdirsə o zaman xx.xx.2022-ci il tarixində nəyə görə ümumi yığıncaq keçirildi? Belə ki, Cavabdeh Ədliyyə Nazirliyinə sədr olmağı üçün müraciətlər edərkən hər dəfə bir tarixdə ümumi yığıncağın protokolunu tərtib etməklə açıq-aşkar saxtakarlıq etmişdir. Bunu Ədliyyə Nazirliyinin xx.xx.2021 -ci il tarixli, xx.xx.2021 -ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli cavab məktublarından açıq-aşkar görmək mümkündür. Bütün bunlar onu göstərir ki, Cavabdeh təşkilata sədr gəlmək üçün dəfələrlə qanunsuz olaraq protokollar və sənədlər hazırlayaraq Ədliyyə Nazirliyinə göndərmişdir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu maddə 10.3-da qeyd olunur ki, İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri Nizamnamə ilə müəyyən edilir. Birliyin Nizamnaməsinin 5.4-cü maddəsində isə qeyd edilib ki, Birliyə üzvlərin qəbulu X13 tərəfindən aparılır. 17 yanvar 2022-ci il tarixində keçirilən ümumi yığıncaqda adları qeyd olunan 115 nəfər üzvün 107 nəfərini üzvlüyə İdarə Heyətinin üzvü olduğum dövrdə İdarə Heyəti olaraq biz qəbul etməmişik və həmin zaman İdarə Heyətinin üzvü olan üç nəfər şəxsdən biri vəfat etsə də İdarə Heyətinin sədri X11 və İdarə Heyətinin üzvü İddiaçı1 bu halı təsdiq edir. Cavabdeh qanunsuz olaraq hələ X13 təsdiq olunmazdan öncə ümumi yığıncaqda iştirak edən şəxsləri Qanunun və Nizamnamənin tələblərinə zidd olaraq Birliyin üzvü olaraq qəbul etmişdir. İdarə Heyəti təsdiq olunmadan Birliyə üzv qəbulu qanunsuzdur və həmin üzvlərin iştirakı ilə keçirilən ümumi yığıncaq da qanunsuz hesab edilməlidir. Qanuna və Nizamnaməyə əsasən ümumi yığıncağa Birliyin qanuni üzvləri dəvət olunmalı idi ki, onlar da ümumi yığıncağa dəvət olunmamışdır. Ədliyyə Nazirliyinin 28 noyabr 2022ci il tarixli 05/29/38-13 saylı cavab məktubundan göründüyü kimi “X7” ictimai birliyinin xx.xx.2019-cu il tarixindən (yarandığı gündən) xx.xx.2021 -ci il tarixinədək təşkilatın üzvləri barədə qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar olunmamışdır. Belə ki, təşkilatın üzvləri barədə bütün məlumatlar bu iki il müddətində İdarə Heyətinin sədri Nəbi Qafarovda və İdarə Heyətinin üzvü İddiaçı1 olmuşdur. Lakin Cavabdeh həmin üzvləri dəvət etməklə ümumi yığıncaq keçirməmiş və öz tanıdığı şəxslərin adını yazmaqla formal xarakterli iclas barədə protokol tərtib etməklə Ədliyyə Nazirliyinə göndərmişdir. Həmin vaxtı Ədliyyə Nazirliyinə təqdim olunmuş 115 nəfərdən ibarət üzvlərin reyestr cədvəli tamamilə qanunsuz olaraq tərtib edilmişdir. Çünkü həmin üzvlərin əksər hissəsi Birliyin üzvü olmamışdır. Birliyin üzvü olmayan şəxslərin, Birliyin ümumi yığıncağında iştirak edirmiş kimi adlarının yazılması tamamilə qanunsuz və əsassızdır. Bu onu göstərir ki, Cavabdeh, Birlik üzvlərini yox öz tanıdığı şəxslərin adlarını həmin iclas protokoluna əlavə olunan reyestr cədvəlinə əlavə etmişdir. Cavabdeh həmin şəxsləri necə Birliyin üzvü olaraq Ədliyyə Nazirliyinə təqdim olunan reyestr cədvəlində yazmasını Məhkəməyə açıqlamalıdır. 17 yanvar 2022-ci il tarixində Birliyin icra orqanının səlahiyyət müddəti bitmişdi, təsisçi olaraq İddiaçı1 çağırış etməmişdir və üzvlərin üçdə bir hissəsi Ümumi Yığıncağı çağırmamışdır. O zaman ümumi yığıncağı kim və necə çağırıb? Belə ki, “X7” ictimai birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu tamamilə qanunsuz və saxta olaraq tərtib olunaraq dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə göndərilmişdir. xx.xx.2022- ci il tarixli qanunsuz və formal xarakterli olan Ümumi Yığıncağın qərarına əsasən Birliyin üzvü olmayan X5, X1 və X6 qanunsuz olaraq X8 üzvü seçilmişdir. Birliyin üzvü olmayan bu üç şəxsin Birliyin rəhbər orqanında təmsil olunması tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Şahid ifadələri Mülki iş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçılardan Ziyətxan müəllimlə 2018-ci il tarixdə sözügedən təşkilatı yaratmışlar, digər iddiaçılarla isə təşkilat sayəsində tanış olmuşlar. Cavabdehi də 2021-ci ilin yanvar-fevral aylarından tanıyır. O özü də təşkilatın sədri olub, onun sədr olduğu dövrdə təşkilatın 5000-ə yaxın üzvü olub. Cavabdeh onun Masazır qəsəbəsində olan ofisinə yaxınlaşaraq, təkilatla maraqlanmışdır. Əvvəlcə üzv olmaq istəməmiş, lakin sonradan üzvlüklə bağlı müraciət etmişdir. Təşkilatın nizamnaməsinə əsasən ümumi yığıncağın keçirilməsinə 14 qalmış mətbuatda bununla bağlı elan dərc edilməli, təşkilatın təsisçiləri, idarə heyəti və üzvləri bununla bağlı məlumatlandırılmalıdır. Lakin Cavabdeh bunların heç birin etməyib. Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirdiyi iclası saxta olub, protokolda qeyd edilən şəxslərin heç biri o iclasda iştirak etməyib, protokola imza etməyib. Cavabdeh üç iclas keçirib, onların hamısı saxta iclaslardır. İşin halları Təsis yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə təsis edilmiş “X7” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2019-cu il tarixdə 1119-Q170-3775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Birliyin təsisçiləri X11, İddiaçı1 və X4r. “X7 İctimai Birliyinin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, yığıncaqda Birliyin 115 üzvündən 86 nəfər iştirak etmiş, X8 sədrinin Cavabdeh, idarə heyəti sədr müavininin İddiaçı3, idarə heyətinin üzvlərinin İddiaçı1, X5, X1, X6 və İddiaçı2 təyin olunması, Birliyin qanuni təmsilçisinin Cavabdeh təyin olunması və Birliyə aid bütün sənədləri və xidməti vəsiqələri imzalamaq səlahiyyətlərinin Cavabdeh verilməsi məsələləri müzakirə olunmuş və səsə qoyularaq, qəbul edilmişdir. “X7” İctimai Birliyinin üzvlərinin reyestrinin surətindən müəyyən olunur ki, Birliyin 115 nəfər üzvü vardır. Reyestr Birliyin möhürü ilə təsdiqlənmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Konstitusiyası Maddə 58. Birləşmək hüququ İ. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. İİ. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. İİİ. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Maddə 2. Qeyri-hökumət təşkilatı 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Maddə 8. Qeyri-hökumət təşkilatlarının iştirakçıları 8.1. İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir. Maddə 10. İctimai birliklərin üzvləri 10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. 10.4. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Maddə 26. İctimai birliyin icra orqanı 26.3. İctimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir. 26.4. İctimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 50. Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. hazırki iş üzrə cavabdeh “X7 İctimai Birliyinin sədri Cavabdeh iddiaçıların iddiasına cavab verməli olan şəxs deyildir. İş materiallarından göründüyü kimi, hazırki ərizə ictimai birliyin Ümumi Yığıncağının qərarının ləğvi ilə bağlıdır. Ümumi yığıncaq ictimai birliyin ali idarəetmə orqanı olmaqla, həmin orqanın protokol və qərarının ləğv edilməsi ilə bağlı iddia, ictimai birliyin idarəetmə orqanı hesab edilən və rəhbərliyi həyata keçirən şəxsə qarşı deyil, ictimai birliyin özünə qarşı qaldırılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıların iddiasına cavab verməli olan şəxs olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı irəli sürdüyü iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən iddia tələbi bu səbəbdən təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “X7” İctimai Birliyinin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5845/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5845/2023
22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver