Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5854/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan İsrafilovun icra sənədinin icrası üzrə fəaliyyətsizliyinə hüquqi qiymət verilməsi və qanuna uyğun icra tədbirlərinin dərhal həyata keçirilməsi üçün qərar qəbul edilməsi, icra məmuruna qarşı qanunvericilikdə nəzərdə tutulmuş intizam tədbirlərinin tətbiq olunması (zəruri hesab edildiyi təqdirdə), yığılıb qalmış aliment borcunun dəqiq hesablanaraq icraata yönəldilməsi və icra prosesinin bərpa olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsini, yəni icra məmurunun hərəkətsizliyini mübahisələndirir. İcra haqqında Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Göründüyü kimi iddiaçı məhkəməyə qətnamənin icrası məsələləri üzrə şikayət ərizəsi ilə deyil, icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə qətnamənin icrası məsələləri üzrə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı “icra məmurunun fəaliyyətsizliyinə hüquqi qiymət verilməsi və aliment üzrə icra tədbirlərinin bərpası” barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-5854/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:45-də qurtardı. Protokol 03 iyul 2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5854/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5854/2025
03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver