Məhkəmə qərarları › İş №2(011)-5969/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5969/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5969/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 min manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, mülkiyyətində olan KİA RİO **-OS-*** maşınına vurduğu texniki nasazlığa görə ekspertiza təyin olunması və cavabdehin vurduğu maddi ziyanın ödənilməsi, cavabeh Cavabdeh iddiaçıya vurduğu 5000 manat maddi və mənəvi ziyanın ödəsilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşıyan X8 iddiaçının etibarından istifadə edərək iddiaçıya məxsus **-OS-*** Kia Rio maşınını mənimsəmişdir. Aslan adlı şəxs şəhid bacısı Rumanə xanıma bildirmişdir ki, 20 ildir ki, Yusibov Haviz adlı tanıdığı şəxs var. Neçə illərdi ki, ondan faizə pullar götürmüşdür. Havizə ondan 3000 manat pul ala biləcəyini və 10 faizə bir aylığına qaytaracağını demişdir. Şəhid bacısı Rümanə xanım iddiaçıdan xahiş etmişdir ki, avtonəqliyyat vasitəsini zaloq qoysun və pulu götürsün. İddiaçı Aslan, Rümanə xanım və Havizlə birlikdə Baş Dövlət Yol Polis İdarəsində olmuşdurlar. xx.xx.2023-cü il tarixində Haviz iddiaçıdan texniki pasportu götürmüş, bir neçə yerə girib çıxdıqdan sonra, texniki baxış cəriməsinin olduğunu yoxlayıb gələcəyini demişdir. Haviz iddiaçıya zəng edib demişdir ki, tək gəl müqaviləyə qol çək. Həmin gün iddiaçının şəkəri olduqca cox idi, iki dərman içsə də, əhəmiyyəti olmadı. “Turan Banka” saat 12:45 olardı yaxınlaşmış və Bankda Havizdən başqa adam yox idi. Bankda 3 və 4 işçisi görünürdü pəncərədən iddiaçıya bankın işçisi vərəq uzatmış və Haviz dedi muqaviləyə imza et. İddiaçı isə 5000 manat pulun nə üçün olduğunu soruşmuş, Haviz isə 2000 manat ona lazım olduğunu, 3000 manat isə Aslana 10 faizə pulu verməli olduğunu bildirmişdir. Həmin vaxt “Tural Bank”-da olanda Haviz iddiaçıya məni güdürsən çıx bayıra demiş, iddiaçı isə əsəbi halda çıxmışdır. Aslan kişini bir kənara çağırmış və faizlə verdiyi pulu ona uzadıb 3000 min manatı vermiş, 2000 manatı isə Haviz özü götürmüşdür. İddiaçı Havizə texniki pasportunu qaytarmasını tələb etmiş və Haviz isə “ASAN” xidmətdən götürməli olduğunu və sabah verə biləcəyini qeyd etmişdir. Səhərisi günü iddiaçı texniki pasportu tələb edəndə Havizdən, cavabdeh Aslan pulunu gətirəndən sonra o, da texniki pasportu verəcəyini bildirmişdir. Beləliklə iki ay keçdi. İddiaçı Havizdən texniki pasportu ala bilməmiş və maşını texniki pasportsuz idarə edə bilməmişdir. Aslan iddiaçıya demişdir ki, aldığı 3000 min manat faiz borc puldan 800 manatını Havizə qaytarıb. İddiaçı təcili Binəqədi rayon polis idarəsinin 6-cı bölməsinə şikayət ərizəsi vermişdir, Haviz adlı şəxs maşınına aid texniki pasportunu verməməsi səbəbindən. Sahə müvəkili Nizami Qasımov ərizəni qəbul etmiş və iki gündən sonra bildirmişdir ki, ərizəni təhqiqatçı Lətifə vermişdir. 3 gün sonra Haviz iddiaçıdan şikayət edib ki, 102 xidmətinə ki, guya iddiaçı Aslana Havizin verdiyi maşını əlindən almışdır. Sonradan məlum olmuşdur ki, Haviz izahatında yazıb ki, o, Aslana iki aylıq maşını idarə etmək uçün etibarnamədə vermişdir maşını idarə etsin ayı 400 manatdan, Aslan isə 2 aylıq 800 manat ödəniş etmişdir. Təhqiqatçı Lətif iddiaçını çağırmış, maşının Havizin mülkü olduğunu, qaytarmalı olduğunu bildirmişdir. İddiaçı həmin günü bilmişdir ki, Haviz onun etibarından istifadə edib, maşını adına keçirmişdir. Təhqiqatçı Lətif bir qərar verdi xx.xx.2023-cü il tarixində. Haviz izahatında bildirmişdir ki, 5000 min manat Əlövsətə verib maşını alqı-satqı etmişdir. Lətif onun ağlına yox aldığı rüşvətə güvənərək, Havizin adına qərar çıxarmışdır. Dəfələrlə təhqiqatçı Lətifin yanında olmuş, şahidləri də aparmış və bankda olan video göruntunu çıxarmağı xahiş etsə də, əhəmiyyət verməmiş, Havizin əməlində cinayət tərkibi olmadığını demişdir. 2 ay 15 gündən sora Suraxanı polis idarəsinin əməkdaşları gəlib bildirdilər ki, təhqiqatçının qərarında məhkəmə predmeti var yazılmış və ona görə də maşını cərimə meydançasına aparmış və Haviz Nizami rayonunda olan cərimə meydanından iddiaçıdan xəbərsiz maşını acarlar iddiaçıda ola-ola maşını aparmışdır. Haviz əvvəlcədən planlaşdırıcı yol seçib xx.xx.2023-cü il tarixindən Haviz maşını idarə edir. Havizin qanunsuz əməllərinin ucbatından iddiaçının səhhətində problemlər yaranmışdır. Sol qolu qalxmır sinir pozuntusundan. İddiaçı onunla heç bir danışıq, heç bir razılığı olmamış və maşın alqı-satqı barəsində qətiyyətlə söhbət gedə bilməz idi. İddiaçı və həyat yoldaşı Qarabağ veteranıdırlar. Aldıqları müavinətdən çətinliyi olurdu ona görə də iddiaçıya məxsus **-OS-*** Kia Rio maşın iddiaçı və oğlu Elmin taksi fəaliyyəti ilə məşğul idilər və gündəlik 30-40 manat gəlirləri olurdu. Havizin bu iyrənc əməlindən nəvələri piyada məktəbə gedirlər. Onlara da pisxoloji təsir edib. İddiaçını tanıyan 8 nəfər şahid vardır. Dələduz Haviz borc verdiyi şəxsi “Turan Bank”-dan iddiaçının yerinə aldığı 5000 puldan Aslana 3000 min vermiş, 2000 min manatını isə özu göturmüşdür. İki ay 15 gündən sonra Aslan Havizin əlyazmasını iddiaçıya vermişdir. Haviz yazıb ki, iddiaçının ona 4400 borcu var. Haviz təhqiqatçıya bildirir ki, “Turan Bank”-dan göturduyu 5000 manat pulu İddiaçı verib yalanlamışdır. 6-cı polis bölməsinin təhqiqatçısının çıxardığı qərara etiraz ərizəsi vermiş və Binəqədi rayon prokuroru təhqiqatçı Lətifin qərarını ləğv edərək, istintaq şöbəsinə göndərmişdir. Mustəntiq İlkinin çıxardığı qərara etiraz etmiş, yenidən Binəqədi Rayon prokuroruluğuna ərizə ilə muracət etmişdir. Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı İlkin İsmayılov tərəfindən araşdırma aparmış və xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmişdir. İddiaçı yenidən ərizə ilə Binəqədi rayon prokuroruna muracət etmiş və etiraz etmişdir. Binəqədi rayon prokuroru bildirmişdir ki, toplanmış ilkin yoxlama materilallarından Azərbaycan Respublikasının Cinayət Məcələsinin 178.2.4 -cü mədəsinin, yəni etibardan sui -istifadə etmə və ya aldadma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) cinayətin ələmətləri olduğundan xx.xx.2024-cü tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar ləğv olunmalı və fakt üzürə həmin maddə ilə cinayət işi başlanmalı və adiyyəti üzrə istintaq aparılması üçün Bakı şəhər Binəqədi rayon polis idarəsinə istintaq şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 84, 207-210, 215-ci maddələrini rəhbər tutaraq, prokuror Fuad Məmmədov qərara almışdır ki, İddiaçı ikinci dəfə müraciəti əsasında toplanmış ilkin yoxlama materialları üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar ləğv olunsun və fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlansın. Cinayət işi ibtitai istintaq aparılması üçün aiddiyəti üzrə Bakı şəhər Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin göndərilməsi prokurorun yekdil qərarından sonra X1 maşınla birlikdə polisə gətirdi və 48 saat həbsdən sonra Haviz etdiyi cinayəti etiraf etmişdir. Maşınını geri verdi. Hal-hazırda video səs yazıları var, Haviz Aslanı təhqir edərək bildirir ki, ona pul vermədiyini bildirmişdir. Hal-hazırda istintaq idarəsində müstəntiq İlkin adlı şəxsdədir. Təqribən 13 aydır istintaqda olan materiala hələ yekun qərar verilməmişdir. Havizin qanunsuz ev alqı satması faizlə insanları bədbəxt günə qoyma faktları çoxdu. Onun bir oglu bir vaxtlar Xətai rayonunda 34-cü polis bölməsində işləməsi ondan istifadə etməsi vətəndaşları qorxutması hər kəsə məlumdur. X8 iddiaçının ünvanına ləyaqətsiz ifadələr işlədərək, iddiaçının şərəf və layəqətini alçatmışdır. Binəqədi rayon istintaq idarəsində müstəntiq işə baxıb qərar qabul etmişdir. Havizin dələduz olması faktına əsasən ona verilmiş cinayət mədəsinin 178.2.4-cü bəndi ilə Haviz 48 saat həbs olundu, etdiyi əməli boynuna aldı. 13 ay maşını arendaya verib muqabilində beş min 200 manat almışdır. X8 iddiaçıya məxsus maşını ayı 400 manatdan 13 ayın pulunu ödənilməsini xahiş etmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, “Kia- Rio” markalı avtomobili cavabdehə satmadığını və cavabdehin həmin nəqliyyat vasitəsini dələduzluq yolu ilə mənimsədiyini qeyd etmişdir. Həmçinin cavabdehin nəqliyyat vasitəsini 14 ay müddətində qanunsuz olaraq istifadə etdiyini və bununla da ona xeyli miqdarda ziyan vurduğunu bildirmişdir. İddiaçı qeyd etmişdir ki, sözügedən nəqliyyat vasitəsini heç bir zaman cavabdehə satmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, 2023-cü ilin iyul ayında İddiaçı ona telefon zəngi edərək dedi ki, Beyləqan Rayon Polis Şöbəsində barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılır, təcili pula ehtiyacı var, mülkiyyətində olan **-OS-*** dövlət qeydiyyat nişanlı Kia-Rio markalı avtomobili dəyər dəyməzinə satır ki, Beyləqan rayonundakı zərərçəkmiş şəxsdən aldığı pulu qaytarıb, cinayət işinə xitam verilsin. Həmçinin iddiaçı maşının yad adama qismət olmasını istəmədiyini, imkanı varsa onun almasını istəmişdir. Cavabdeh İddiaçı bildirmişdir ki, o, Toyota Prius markalı avtomobil alıb, taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə vermək fikrində olmuşdur. İddiaçı israrla ona demişdir ki, təcili 5000 (beş min) manat pula ehtiyacı var, **-OS-*** dövlət qeydiyyat nişanlı Kia-Rio markalı avtomobilini alsın və ona aylıq 400 manata icarəyə versin, cavabdehin verdiyi 5000 manat pulunu tam şəkildə qaytardıqdan sonra maşını özünə geri satsın. Cavabdeh həmçinin bildirmişdir ki, onlar xx.xx.2023-cü il tarixində İddiaçı ilə aralarında razılığa gəlmiş, Baş Dövlət Yol Polisi İdarəsinə getmiş, onun adından İddiaçı adına 5000 manat nəğd pul Turan Bankdakı hesabına köçürüldükdən sonra **-OS-*** Dövlət qeydiyyat nişanlı, Kia-Rio markalı avtomobil onun adına qanuna uyğun qaydada rəsmiləşdirilmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, onun tərəfindən avomobilə hər hansı maddi zərər vurulmamışdır, avomobil bir ildən artıqdır ki, iddiaçı tərəfindən başqa şəxsə satılmışdır. Cavabdeh bildirmişdir ki, iddiaçı polisə şikayət etdikdən sonra onların arasında 30 avqust 2024-cü il tarixli yazılı müqavilə bağlanmış, onlar 10 iyul 2023-cü il tarixli müqaviləyə xitam verilməsinə dair razılığa gəlmiş, o, mübahisəli avtomobili İddiaçı qaytarmağı, İddiaçı isə maşının satılmasına görə ona ödənilmiş 5000 manat məbləğində pulu Cavabdeh qaytarmağı öhdəliklərinə götürmüşdürlər, lakin o, avtomobili qaytarsa da, iddiaçı hələ də onun 5000 manatını qaytarmamışdır. Cavabdeh iddianın əsassız olduğununa əsaslanaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş emişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin 21 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış materialı nəzərdən keçirərək cinayət işinin başlanması rədd edilmişdir. Binəqədi Rayon Prokurorluğunun 19 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Lətif Cənnətov tərəfindən qəbul olunmuş 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilmişdir. Binəqədi RPİ-nin İstintaq şöbəsinin 20 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 və X4 qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi və X5 və X7 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Binəqədi Rayon Prokurorluğunun 31 iyul 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında” qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar ləğv olunması və fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. Binəqədi Rayon Polis İdarəsinin 29 avqust 2024-cü il tarixli ********* nömrəli arayışdan görünür ki, istintaq zərurətinin aradan qaldırılması ilə əlaqədar olaraq dayanacaqda saxlanılan “Kia-Rio” markalı **-OS-*** qeydiyyat nömrə nişanlı avtomobilin buraxılmasına, daşınmasına, idarə edilməsinə icazə verilmiş və həmin avtomaşın Cavabdeh verilmişdir. "xxxx" ASC-nin 10 iyul 2023-cü il tarixli Kassa Məxaric orderindən görünür ki, İddiaçı hesabına 5000 manat pul məbləği ödənilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia-Rio” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 iyul 2023-cü il tarixindən Cavabdeh mülkiyyətindədir. ƏN-Vİ seriyalı 673596 nömrəli 10 avqust 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Kia-Rio” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X9 1 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. 30 avqust 2024-cü il tarixli yazılı müqavilədən görünür ki, tərəflər əvvəllər İddiaçı məxsus olmuş və 10 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh satılmış, “Kia-Rio” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh satılmasına dair 10 iyul 2023-cü il tarixli müqaviləyə xitam verilməsinə dair razılığa gəlirlər. Həmçinin Cavabdeh hazırda onun mülkiyyətində olan “Kia-Rio” markalı avtomobili İddiaçı qaytarmağı, İddiaçı isə maşının satılmasına görə ona ödənilmiş 5000 manat məbləğində pulu Cavabdeh qaytarmağı öhdəliklərinə götürmüşdürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 iddiaçının dostu olduğunu bildirmiş və xərçənq xəstəliyinin müalicəsi üçün 3000 manat pul vəsaitinə ehtiyacı olduğunu qeyd etmişdir. Bu səbəbdən X10 İddiaçı müraciət etdiyini, iddiaçının isə onda pul olmadığını və Havizdən istəyə biləcəklərini qeyd etmişdir. Cavabdeh pulu verə biləcəyini, lakin nəqliyyat vasitəsini girov qoymalı olduqlarını onlara bildirmişdir. Daha sonra Baş Dövlət Yol Polis İdarəsinə getdiklərini qeyd etmiş və bundan sonra Cavabdeh ona 3000 manat pul vəsaitini faizlə verdiyini bildirmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia-Rio” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 oktyabr 2025-ci il tarixindən X6 mülkiyyətindədir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.5.-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-cı maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Beelə ki, iddiaçı cavabdeh tərəfindən ona qarşı dələduzluq cinayətinin törədilməsinə əsaslanaraq, ondan aldatma yolu ilə aldığı avtomobilə görə məruz qaldığı maddi zərərin ödənilməsini tələb esə də, mülki iş materiallarından müəyyən olunur ki, tərəflər arasındakı münasibətlərdə cinayət tərkibinin əlamətləri olmadığından, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli avtomobilin alqı-satqısına dair 10 iyul 2023-cü il tarixində qanunda nəzərdə tutulmuş qaydada müqavilə bağlanmış, eyni gün İddiaçı hesabına 5000 manat pul vəsaiti köçmüşdür. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, “Kia-Rio” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10 iyul 2023-cü il tarixindən Cavabdeh mülkiyyətinə keçmişdir. Daha sonra 30 avqust 2024-cü il tarixli müqavilə ilə 10 iyul 2023-cü il tarixli müqaviləyə xitam verilmiş və İddiaçı 5000 manat pul vəsaitini Cavabdeh ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh avtomobili qaytarsa da, iddiaçı bu günə qədər hələ də 5000 manat pul vəsaitini qaytarmamışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia-Rio” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 oktyabr 2025-ci il tarixindən X6 mülkiyyətindədir. Bununla yanaşı iddiaçı mübahisəli avtomobilin cavabdehdə olduğu müddətdə avtomobilə zərərin vurulmasını iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, avtomobil artıq başqa şəxsə satıldığı üçün ekspertizanın keçirilməsi mümkün olmamış, iddiaçının “Kia-Rio” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hər hansı bir maddi zərərin cavabdeh tərəfindən vurulduğu müəyyən edilməmişdir. İddiaçının mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbinə hüquqi qiymət verərkən məhkəmə belə qənaətə gəlir ki, irəli sürülmüş tələblə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və cavabdehin iddiaçıya mənəvi ziyan vurmasını göstərən halların olması sübuta yetirilməmişdir. Məhkəmə işdə olan sübutları qiymətləndirib belə qənaətə gəlir ki, iddiaçı hazırki iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar