Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6003/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – ərizəçi İddiaçı “adın, soyadın dəyişdirilməsi’’ iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun adının “Aleksandr”dan “Yuri”yə, soyadının “Quzlayev”dən “Krupenko”ya dəyişdirilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 noyabr 1972-ci il tarixli "doğum haqqında şəhadətnamə" verilmiş və həmin "doğum haqqında şəhadətnamə"də "ata” qrafasında ata adı yazılmamış, ata adı Pavloviç kimi göstərilmişdir. Ata adının və soyadının yazılmaması onun üçün bəzi problemlər yaradır və istəyir ki, onun doğum haqqında şəhadətnaməsində "ata” qrafasında atasının adının Aleksandr deyil "Yuri", soyadı isə Quzlayev deyil "Krupenko" kimi yazılsın. Cavabdeh Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, adının "Aleksandr"dan "Yuri"yə, soyadının "Quzayev"dən "Krupenko"ya dəyişdirilməsini xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizə geri qaytarılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi İddiaçı müraciəti vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda doğum haqqında müvafiq qeydin aparılmasından imtina olunması ilə bağlı olduğundan ərizəçinin müraciətinə inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi İddiaçı “adın, soyadın dəyişdirilməsi’’ barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6003/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6003/2023
04.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver