Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-601/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı1 Cavabdeh MMC-yə qarşı cavabdehdən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 17-ci mərtəbə, sahəsi 81 kv.m olan 295A saylı mənzilin alınmasına görə iddiaçı tərəfindən ödənilən 14.000 manat məbləğində pul vəsaitinin və həmçinin həmin mənzilə dair iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2 Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılmağa ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilən normativ hüquqi aktın müddəalarına əsasən və Cavabdeh MMCnin hüquqi ünvanın Nizami rayonu inzibati ərazisində olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-601/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-601/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver