Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6026/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması mülki prosessual qanunvericiliyin tələblərindən biridir.
5. İddia ərizəsi əsasında müəyyən edilmişdir ki, iddiaçının tələbi cavabdehlər “Turan Hospital” Klinikasından və həkim stamatoloq Cavabdeh1 ona vurulmuş maddi zərərə görə 50000 (əlli min) manat və mənəvi zərərə görə 50000 (əlli min) manat, cəmi 100000 (bir yüz min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi tələbidir. Lakin iddiaçı iddia tələbinin verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumunu ödilməsi barədə müvafiq sənədi məhkəməyə təqdim etməmişdir.
6. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi olaraq hesablanır və bu səbəbdən 390 manat deyil, 180 manat məbləğində dövlət rüsumu ödəməlidirlər.
7. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçı öz iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Lakin nəhkəmə qeyd edir ki, dövlət rüsumu qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə ödənilməmişdir (və ya onun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir). Sadalananlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının konkret olaraq cavabdehlərin hər birindən hansı məbləğdə pul vəsaiti tutularaq ona ödənilməsini qeyd etməmiş, bu səbəbdən iddia tələbi üzrə qeyri müəyyənlik yaratmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə riayət olunmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir.
9. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddiaçı tərəfindən 180 manat məbləğində ödənilmiş (iddia tələbinin həcmindən az) dövlət rüsumu da geri qaytarılmalıdır.
10. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunur.
11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 180 (yüz səksən) manat dövlət rüsumu geri qaytarılsın.
4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova