Məhkəmə qərarları › İş №2(011)-604/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-604/2022

11.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-604/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi,, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh Aygün Metinin, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Aygün Metinə qarşı "pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Aygün Metinə qarşı "pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2183 manat müqavilə üzrə borcun, əldə çıxmış fayda qismində 25000 manat pul vəsaitinin, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 manatın və 173,50 manat dövlət rüsumunun, cəmi 27856 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tam xarici investisiyalı, özəl müəssisə olan İnterpazarlama MMC 1992-cı il tarixdən Azərbaycan Respublikasında fəaliyyət göstərməkdədir. Şirkətin fəaliyyətinin əsas istiqamətləri əsasən kosmetika, ətriyyat, salfetlər və bu kimi əşyaların topdan satışını həyata keçirməkdir. Şirkət satmış olduğu malları xarici ölkələrdən idxal etməklə satışını həyata keçirməkdədir. Şirkətdə yerli işçilərlə yanaşı əcnəbi əməkçi miqrantlar da çalışmaqdadır. Belə işçilərdən biri də 2018-2019-cu illər üzrə MMC-də əmək fəaliyyəti üzrə işləmiş Türkiyə Respublikasının vətəndaşı Aygün Metin adlı şəxs olmuşdur. MMC ilə Aygün Metin arasında bağlanmış 04.10.2018-ci il tarixdə əmək müqaviləsi əsasında o, şirkətə satınalma üzrə müdir vəzifəsinə işə götürülmüşdür. Aygün Metin şirkətdə işlədiyi müddətdə onun ünvan 1 ünvanında yerləşən 90 saylı mənzil 1 il müddətinə icarə müqaviləsi əsasında götürməklə onun istifadəsinə verilmişdir. Mülkiyyətçi ilə şirkət arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə əsasən kirayə haqqı Aygün Metin tərəfindən ödənilməli olduğu halda sonradan məlum olmuşdur ki, o, müqavilə ilə üzərinizə düşən öhdəliyi icra etməyərək yaşadığı mənzilin kirayə haqqını ödəməmişdir. Belə ki, evin mülkiyyətçisi Şahid 10.12.2019-cu il tarixdə şirkətə müraciət edərək qeyd etmişdir ki, mənzilin istifadəçisi Aygün Metin iki aydan artıq müddətində icarə haqqını və digər ödənişləri ödəmədən, eyni zamanda mənzili ona təhvil vermədən tərk etmişdir. Şahid bildirdiyinə görə, dəfələrlə onunla əlaqə yaratmağa cəhd edilsə də o ya telefon zənglərini açmamış, ya da müxtəlif bəhanələr gətirməklə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Şirkət tərəfindən həmin müraciətə baxılmaqla ona 22.11. 2020-ci il tarixdə 2183 manat icarə haqqı kimi pul vəsaiti ödənilmişdir. 01.09.2018-ci il tarixli icarə müqaviləsinin 3.1.6-cı t bəndinə əsasən, icarəyə götürülmüş mənzilin istifadəçisi Aygün Metin icarə haqqını və digər ödənişləri ödəməkdən yayındıqda İcarəyə verən həmin ödənişləri müqavilə üzrə icarəçi "xxxx" MMC-dən, yəni icarəçidən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.1.7-ci maddəsinə əsasən, icarəyə götürülmüş mənzilin istifadəçisi Aygün Metin tərəfindən icarə haqqı və digər ödənişlər İcarəyə verənə ödənilməməsi səbəbindən bu ödənişlər İcarəşi tərəfindən həyata keçiriləcəyi halda reqres qaydasında Aygün Metindən tələb edilə bilər. Bundan əlavə, cavabdeh şirkətdə işlədiyi zaman "xxxx" Pazarlama Sanayi ve Ticaret A.Ş ilə 08.01.2019-cu il tarixdə 2 il müddətində malların satın alınmasına dair distrubyuterlik müqaviləsi bağlanılmışdır. Cavabdeh şirkətin satınalma üzrə nümayəndəsi olaraq bu şirkətlə qurulmuş əlaqələr üzrə həmin şirkətə məxsus malları Azərbaycanda satışını icra etməkdə idi. Cavabdeh şirkətdən işdən ayrıldığı zaman həmin şirkətlə qurduqları ticari əlaqələrini şirkət haqqında onlara verdiyi doğru olmayan məlumatlar əsasında ticarət münasibətlərinin pozulmasına səbəb olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna da zərər vurulmuşdur. Halbuki, "xxxx" Pazarlama Sanayi ve Ticaret A.Ş ilə aralarında bağlanmış müqavilənin müddəti 2021-ci ilin sonunda tamamlanmalı halda, ticari münasibətləri müqavilənin müddəti tamamlanmadan dayandırmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh şirkətdən işdən ayrıldıqdan sonra həmin şirkətin ticari münasibətlərini Azərbaycanda başqa şirkətə yönəltdiyi üçün həmin şirkət onlarla ticari münasibələrini dayandırmalı olmuşdur. "xxxx" Pazarlama Sanayi ve Ticaret A.Ş-dən mallar alınarkən həmin malların üzərində İnterpazarlama şirkətinin adı qeyd edillərək Azərbaycana gətirilirdi. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh "xxxx" Pazarlama Sanayi ve Ticaret A.Ş-dan İnterpazarlama MMC adına etiket olaraq vurulmuş mallar bu günə qədər də bir neçə malın üzərində saxlamaqla satışı başqa şirkətə satılması həyata keçirilməkdədir. Bununla da cavabdehin qanuna uyğun olmayan hərəkətləri nəticəsində şirkətin işgüzar nüfuzuna zərər vurulmaqla yanaşı müəyyən gəlirlərin əldə çıxmasına səbəb olmuşdur. Belə ki, şirkət cavabdehin qanunsuz əməlləri nəticəsində 1 il ərzində "xxxx" Pazarlama Sanayi ve Ticaret A.Ş-dan alacağı mal alışı üzrə ticarətdən məhrum olmaqla ümumilikdə 25000 manat dəyərində əldən çıxmış faydadan əsassız şəkildə məhrum olmuşdur. Cavabdehə hazırkı mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini, həmçinin Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməyi təklif etmələrinə, eyni zamanda işin mediatorda həll edilməsi barədə mediatorun dəvətinə baxmayaraq cavabdeh mediasiya prosesində iştirakdan imtina etmişdir. Bu barədə Mediasiya xidməti tərəfindən ilkin mediasiya sssiyasında iştirak edilməməsi barədə 05.11.2021-ci il tarixli arayış təqdim edilmişdir. Hazırkı iddia tələbi üzrə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar vəkilə 500 manat ödəmə edilmişdir. Hesab edir ki, hüquqi xidmətə görə ödəilmiş pul vəsaiti cavabdehdən alınaraq ona qaytarılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehdən 2183 manat müqavilə üzrə borcun, əldə çıxmış fayda qismində 2000 manat pul vəsaitinin, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 manatın və 173,50 manat dövlət rüsumunun, cəmi 4856,50 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri əsassız və eyni zamanda absurddur. İddiaçının tələbləri müqavilə öhdəliklərinin icra olunmaması ilə əlaqələndirilir, buna müvafiq olaraq dəymiş ziyanın cavabdeh M.Aygündən alınmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı onunla Şahid 01.09.2018-ci il tarixdə bağladığı "İcarə Müqaviləsi"ni məhkəməyə təqdim edərək həmin müqavilə üzrə öhdəliyin icra olunmamasına görə cavabdeh Aygün Metindən 2183 manat alınmasına dair tələb irəli sürmüşdür. Cavabdeh A.Metin 2018-ci ilin may ayının əvvəllərində internetdə kirayə evlər elanı vasitəsilə Şahid məxsus, Bakı şəhəri , R.Behbudov küçəsi, ev 71, mənzil 90-da kirayənişin kimi ailəsi ilə birgə yaşamaq üçün razılılğa gəlmiş və həmin mənzildə ay yarım yaşamışlar. Mənzilin aylıq kirayə haqqını 1000 manata razılaşmışlar. Əlavə olaraq bəzi ev əşyalarının alınması üçün ondan 500 manat alınmışdır. Beləliklə mülkiyyətçi A.Metindən qabaqcadan 2500 manat verilməsini tələb etmiş və razılıq əsasında A.Metın 2500 manat mülkiyyətçiyə vermişdir. Bu zaman mülkiyyətçi ilə heç bir müqavilə imzalanmamışdır. Lakin mülkiyyətçi mənzildə yaşamaq üçün lazımi şəraitin yaradılmasına dair vədinə əməl etməmişdir. A.Mətin dəfələrlə ev sahibinin yardımçısı Rəmzi adlı şəxslə danışmış, etirazını bildirmiş, lakin bir nəticə hasil olmamışdır.Nəticədə 2018-ci ilin iyun ayının ortalarında A.Metin mənzili tərk etmiş, 22.06.2018-ci ildən 22.06.2019-cu ilədək "xxxx" MMC-nin balansında olmuş Bakı şəhəri, F.X.Xoyski 127 ünvanda yerləşən evin 5 saylı mənzilində yaşamışdır. Cavabdehlə həmin şirkət arasında 20.06.2018-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Kirayə haqqı olaraq aylıq 600 manat razılaşdırılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 01.09.2018-ci il tarixli icarə müqaviləsi cavabdeh qarşısında heç bir öhdəlik yaratmır. Çünki A.Metin tərəfindən imzalanmamışdır, həmin müqavilə imzalanan zaman o, müqavilə əsasında başqa mənzildə yaşayırdı. İkincisi iddiaçının Şahid ilə müqavilə bağladığı zaman cavabdeh A.Metin "xxxx" MMC-də işləmirdi, şirkət onun qayğısına qala bilməzdi. Çünki, "xxxx" MMC-nin təqdim etdiyi əmək müqaviləsinə görə A.Metin həmin şirkətə 04.102018-ci il tarixdə işə qəbul olunmuşdur. Göründüyü kimi iddiaçının təqdim etdiyi 01.09.2018-ci il tarixli icarə müqaviləsi etibarsızdır, cavabdeh qarşısında öhdəlik yarada bilməz. Ona görə də, iddiaçının həmin müqavilənin icra olumamasını əsas gətirərək cavabdehdən 2183 manat alınması tələbi əsassızdır, təmin olunmamalıdır. "xxxx" MMC məhkəməyə 08.01.2019-cu il tarixli "Distribütorluq sözləşməsi 2019/2021” müqaviləsini təqdim edərək, həmin müqavilənin pozulmasında cavabdeh A.Metini günahkar hesab edib məhkəmədən dəymiş ziyan olaraq 25.000 manat məbləğində pulun ondan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin tələb də əsassız və absurddur. Adı çəkilən müqavilə Türkiyənin "X1 və Sanayi A.Ş." şirkəti ilə "İnterpazarlama” MMC arasında bağlanmış və şirkət rəhbərləri tərəfindən imzalanmışdır. Həmin müqavilənin imzalanmasında cavabdehin heç bir rolu və iştirakı olmamışdır. "X1 Sanayi ve Ticaret A.Ş." şirkəti satışın effektiv olmaması səbəbindən müqavilənin şərtlərinə uyğun surətdə qarşı tərəfi qabaqcadan məlumatlandıraraq müqavilənin dayandırılması qərarına gəlmişdir. "X1 Sanayi ve Ticaret A.Ş." şirkətindən daxil olan yazılı məktubda təsdiq olunur ki, müqavilənin pozulmasında cavabdeh A.Mətinin heç bir məsuliyyəti və təsiri olmamışdır. Göründüyü kimi iddiaçı yenə də tələbini ehtimallar üzərində quraraq cavabdehdən 25.000 manat alınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Həmin tələb də qəbul oluna bilməz, çünki əsassız və qərəzlidir. İddiaçının tələbləri qərəzli və böhtan xarakterlidir. Cavabdehin öz xahişi ilə şirkətdən ayrıldıqdan sonra ona qarşı süni olaraq yaradılmış problemlərdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Aygün Metin, onun nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdrıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Şahid arasında bağlanmış 01.09.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Aygün Metin şirkətdə işlədiyi müddətdə onun yaşaması üçün Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 71 ünvanında yerləşən 90 saylı mənzil 1 il müddətinə icarə müqaviləsi əsasında götürməklə onun istifadəsinə verildiyi göstərilmişdir. Aygün Metin müqavilənin tərəfi olmamış və müqavilə onun tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı MMC ilə Aygün Metin arasında bağlanmış 04.10.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh, şirkətə satınalma üzrə müdir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Aygün Metin ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 05.08.2019-cu il tarixdə müvafiq orqanda qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Aygün Metin arasında bağlanmış 20.06.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən F.X.Xoyski məhəllə 127-də yerləşən on altı mərtəbəli binanın 13-cü rtəbədə yerləşən 5-ci mənzili, icarəçiyə icarəyə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 28.01.2022-ci il tarixli arayışından görünür ki, Aygün Metin 22.06.2018-ci ildən 22.06.2019-cu ilədək "xxxx" MMC-nin balansında olmuş, F.X.Xoyski 127 ünvanında yerləşən, 16 mərtəbəli binanın 13-cü mərtəbə, 5-ci mənzilində yaşamışdır. İş materiallarında olan distribütor İddiaçı MMC ilə satıcı "X1 Sanayi ve Ticaret A.Ş." şirkəti arasında bağlanmış 08.01.2019-cu il tarixli "Distribütorluq sözləşməsi 2019/2021” müqaviləsinin surətindən görünür ki, satıcı mallarının Azərbaycan Respublikasında satışını həyata keçirməyi yalnız distribitora həvalə etmişdir. Aygün Metin müqavilənin tərəfi olmamış və müqavilə onun tərəfindən imzalanmamışdır. "X1 Sanayi ve Ticaret A.Ş." şirkətinin 27.01.2022-ci il tarixli arayışından görünür ki, 08.01.2019-cu il tarixdə “X2 Tic A.Ş”nin Türkiyə də istehsal olunan məhsulların Azərbaycan da satışı yapılması için İddiaçı MMC-yə distribütörlük tanınmasına dair imzalanan müqavilə İnter pazarlama şirkətinin Azerbaycan da istənilən satış performansını yerinə yetire bilməməsindən dolayı bildiriş göndərilməklə ləğv edilmiş və distribütörlüyə son verilmişdir. Bu konu ile ilgili Metin Aygün'ün hiç bir sorumluluğu ve etkisi olmamıştır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Aygün Metinə qarşı "pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya icarə haqql qismində 2183 manat, əldə çıxmış fayda qismində isə 2000 manat məbləğində ziyan dəyməsini iddia etsə də, tələbin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmin halların əsaslandırılması üçün iddiaçı tərəfindən gətirilmiş dəlillər məhkəmə tərəfindən araşdırılmış sübutlarla təkzib olunmuş və müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Şahid arasında 01.09.2018-ci il tarixdə icarə müqaviləsi bağlansa da, Aygün Metin həmin həmin müqailə üzrə tərəf olmamış və üzərinə heç bir öhdəlik götürməmişdir. Eyni zamanda, həmin müqavilənin bağlanmasından əvvəl, yəni 20.06.2018-ci il tarixdə "xxxx" MMC ilə Aygün Metin arasında icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdeh 22.06.2018-ci ildən 22.06.2019-cu ilədək F.X.Xoyski məhəllə 127-də yerləşən on altı mərtəbəli binanın 13-cü rtəbədə yerləşən 5-ci mənzildə yaşamışdır. Həmçinin, cavabdehin İddiaçı MMC ilə "X1 Sanayi ve Ticaret A.Ş." şirkəti arasında bağlanmış 08.01.2019-cu il tarixli distribütorluq müqaviləsinə hər hansı aidiyyəti müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı MMC-nin cavabdeh Aygün Metinə qarşı "cavabdehdən 2183 manat müqavilə üzrə borcun, əldə çıxmış fayda qismində 2000 manat pul vəsaitinin, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 manat pulun ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 173,50 (bir yüz yetmiş üç manat 50 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar