Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6137/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Oğlu Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahından üç övladları xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X13 anadan olmuşdur. Gəlini Cavabdeh ünvan 1 ünvanına onun mənzilində qeydiyyatdadır. O, bir müddət həmin evdə yaşamış, nikah pozulduqdan sonra başqa mənzilə köçmüşdür. Xətai Rayon Məhkəməsinin 2(011)-5397/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən oğlu X18 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X13 atası X4 yanında qalmışdır. Nikah pozulduqdan sonra Cavabdeh onun mənzilində yaşamır. Cavabdeh onun mənzilində yaşamasa da qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəməyə yazılı etiraz ilə müraciət etməmişdir. Tərəflərin izahatı: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın sürətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində istifadədə olan 0.08949 ha torpaq sahəsində yerləşən 56 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 8-ci mərtəbəsində, 77.3 kv.m. ümumi, 43.3 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzil ə Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1274 nömrəli sərəncamı və mənzildə qeydiyyatda olan şəxslərin razılığı ilə İddiaçı adına özəlləşdirilmişdir. Mənzilə dair mülkiyyət hüququ xx.xx.2007-ci il tarixində İddiaçı adına ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Xətai Rayon İcra Hakimiyyətinin 1274 saylı, xx.xx.1997-ci il tarixli Sərəncamdan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56-cı evin sahəsi 41.24 kv.m. olan 3 otaqlı 33-cü mənzilin kirayə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanması qərara alınmışdır. İddiaçı göstərilən mənzilin kirayəşini hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, ******* saylı arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 56 ünvanında yerləşən 33 saylı mənzildə xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, xx.xx.1994-cü il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X17, xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.1984cü il təvəllüdlü X7, xx.xx.1971-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1982-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X19, xx.xx.1978-ci il təvəllüdlü X18, xx.xx.1958-ci il təvəllüdlü X15 qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5397/2021 saylı qətnaməsi ilə X18 ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 893 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X13 atası X4 yanında saxlanılması qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı onun qonşusudur. 25 ildən çoxdur ki tanıyır. Cavabdehidə tanıyır, qonşusu olub. Onu da çoxdan tanıyır, neçə il bundan əvvəl gəlin gəlmişdi. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 56 ünvanında yerləşən 33 saylı mənzildə iddiaçı, mərhum yoldaşı, oğlu Elmar, oğlu Eldəniz vaxtikən yaşayıb. Cavabdehdə yaşayıb, amma hazırda yaşamır, boşanıb köçüb gedib. Hardasa 5-6 il olar ki artıq orada yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı onun qonşusudur. 1993-cü ildən tanıyır iddiaçını. Cavabdehidə tanıyır, iddiaçının oğlunun yoldaşıdır. İddiaçının oğlu evlənəndən cavabdehi tanıyır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 56 ünvanında yerləşən 33 saylı mənzildə hal-hazırda iddiaçı, oğlu, nəvələri yaşayır. Cavabdehdə əvvəllər yaşayıb bu ünvanda, amma 5-6 ildir ki artıq yaşamır orada. O özü üçün ailə qurub çıxıb gedib. Uşaqlara da atası baxır. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu X16 ilə xx.xx.2004-cü il tarixində rəsmi nikaha daxil olmaqla, ailə qurmuş və həmin dövrdə İddiaçı kirayə müqaviləsi əsasında sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Cavabdeh həmin mənzildə iddiaçı ilə birlikdə ailə üzvü olaraq yaşamış, birgə təsərrüfat aparmışdır. Bununla da cavabdehin sözü gedən mənzildə istifadə hüququ yaranmışdır. Daha sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 5397/2021 saylı qətnaməsi ilə X18 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56-cı evin sahəsi 41.24 kv.m. olan 3 otaqlı 33-cü mənzili tərk etmişdir. Məhkəmə iclasında şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 4 ildən artıq müddətdir ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən köçüb gedib. Yuxarıda istinad edilən Mənzil Məcəlləsinin normalarına əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Sadalananları əsas gətirərək, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 56 ünvanında yerləşən 33 saylı mənzili altı aydan uzun müddətdə tərk etdiyinə görə onun həmin mənzildən istifadə hüququ “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsi itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnu itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6137/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6137/2025
22.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver