Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6165/2020 22.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı İddiaçı Redaksiyasının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icraata başlamaq haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Redaksiyası cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1760/2019 saylı icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən həyata keçirilir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan müddəalarına əsasən məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icra edilməsi icra məmurları tərəfindən istinad edilən qanunda müəyyən edilmiş qaydada həyata keçirilir və icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu halda, borclu və ya tələbkar icra məmurunun hərəkətlərinin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Redaksiyasının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icraata başlamaq haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsinin iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6165/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6165/2020
22.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver