Məhkəmə qərarları › İş №2(011)-620/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-620/2025

07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-620/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, X6 üzərinə yüklənən bu işlərdən, bu haqsızlıqlardan cana yığılmış cavan canına qıyıb intihar etmişdir. Bu işlərlə bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır. Bir ata bir valideyin üçün övlad oğul dağı nə deməkdir bunu cavabdehlər anlaya bilməz. Oğlunun yarım qalan bu haqlı mübarizəsi üçün iddiaçı yeri gəlsə ömrümün sonuna kimi mübarizə aparacaqdır. Oğlu X5 rayonu, Dağüstü küçəsi ev 15 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsini X1 xx.xx.2015-ci il tarixdə şəxsən özündən 6000 manat qarşılığında satın almışdır. Belə ki, həmin əmlak xx.xx.2013cü il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən X18 tam mülkiyyət üzrə məxsus olmuş və o, da öz növbəsində həmin əmlakını mərhum oğlu X4 və bunun əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsi ilə bağlı ASAN, AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində təmsil etməyi, lazımı sənədləri verməyi, almağı, ərizə yazmağı, imza etməyi, hüquqlara və onların məhdudlaşdırılmasına dair arayış (forma 1) və digər arayışları aldıqdan sonra satmağı, bağışlamağı, dəyişməyi, ipoteka girov qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı adından ərizə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar zəruri hərəkətləri etməyi Bakı şəhər 29 saylı Notariat Kontorunda 7E-7022 saylı etibarnamə ilə 10 il müddətinə etibar etmişdir. Lakin daha sonra X21 rəhmətə getmişdir. Sonra iddiaçının oğlu Vaqifin anası Elmira ilə əlaqə saxlamış, oğlunun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsini ona satmasını bildirmiş, Elmira Ələkbərovna isə oğlunun torpaq sahəsi və evi satdığını, həmin torpaq sahəsinə Mamedov Ceyhunun xeyli xərc qoyaraq torpağı düzləşdirmə işləri və orada olan daxma yaşamağa yarasız evi təmir etdirərək xeyli xərc qoymasını və oğlunun ruhunun inciməməsi üçün oğlunun vərəsəsi kimi iradə ifadəsini davam etdirərək 16 iyul 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi və evi X2. O, bu hərəkətləri edən zaman digər vərəsələrin vərəsəliyi qəbul edib etməməsindən heç bir məlumatı olmamışdır. Daha sonra digər iddiaçılar Cavabdeh3 Cavabdeh2 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən hakim və məruzəçi hakim X25, hakimlər X23 və X13 ibarət tərkibdə 2(105)-2061/2023 saylı xx.xx.2023 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək həmin iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib iş üzrə yeni qətnamə qəbul edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinə dair Cavabdeh1 ilə X17 arasında Bakı şəhəri 6 saylı notariat ofısində bağlanmış 16 iyul 2022ci il tarixli 4Ə-962 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqısatqı müqaviləsi üzrə X7 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışı etibarsız hesab edilməsi, cavabdeh X7 ünvan 2 ünvanında yerləşən 0,035 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçının mərhum oğlu kassasiya şikayəti vermiş və onun kassasiya şikayəti təmin edilməmişdir. X33 həmin evi rəsmi alqı-satqı ilə Cavabdeh1 oğlu və digər şəxslər Elmira və Fəridənənin qardaşı Vaqifdən sağlığından 6000 manata əldə etmiş və həmin uçuq-sökük daxmanı təmir tedirərək ora xeyli xərc qoymuşdur. Bir halda ki, oğlunun həmin evə hüququ yoxdur. O zaman Vaqif Ələkbərova oğlunun ödədiyi 6000 manat pul və evin əsaslı təmirinə xərclənmiş 15000 manat pul olmaqla, ümumilikdə 21000 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq oğlunun hüququ varisi yəni atası olan iddiaçıya ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı mərhum X18 verdiyi 6000 manat pulun X15 vərəsələri olan cavabdehlərdən alınması və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinə oğlunun çəkdiyi yenidənqurma və tikinti işləri üçün 15000 manat olmaqla, ümumilikdə 21000 manat pul və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi X20 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişdirlər və nümayəndələrinin iştirakını təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında Şamaxı Rayon Məhkəməsinin e-2(074)-274/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdehlər X24, Cavabdeh1 Ələbrəovna və X17 və üçüncü şəxslər Bakı şəhəri 6 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı rayon Ərazi İdarəsinə qarşı “çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir. İş materiallarında Şamaxı Rayon Məhkəməsinin e-2(074)-274/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdehlər X24, Cavabdeh1 Ələbrəovna və X17 və üçüncü şəxslər Bakı şəhəri 6 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı rayon Ərazi İdarəsinə qarşı “çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin ünvan 4 ünvanında 0,035 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət reyetsrində 19 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsinə dair hissədə mülki işin icraatına xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2061/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdehlər X24, Cavabdeh1 və X12 qarşı “çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair müıki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-274/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-274/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 28.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinə dair Cavabdeh1 ilə X17 arasında Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 16 iyul 2022-ci il tarixli 4Ə-962 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X14 adına verilmiş hüquqların dövlət qeydiyyatə haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilmiş, cavabdeh X7 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,035 ha olan torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Şamaxı rayon Mədrəsə qəsəbəsi ərazisində yerləşən mübahisəli fərdi yaşayış evi xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X22 tərəfindən əldə olunmuşdur. Həmin evin üzərində X16 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. X22 vəfat etdikdən sonra qeyd olunan fərdi yaşayış evi Bakı şəhəri 12 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş 2V-46 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri Cavabdeh1, Cavabdeh3 və X9 mülkiyyətinə keçmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinə payının tam olmasını əks etdirən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilən zaman digər vərəsələrin payları qeyd olunmamışdır. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi Mülki Məcəllənin müddəalarına uyğun olaraq həyata keçirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1927/2024 saylı, 11 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdehlər X24, Cavabdeh1 və X12 qarşı (Bakı şəhəri 6 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı rayon Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair müıki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2061/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2061/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 414589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 02 may 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 24 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, keçmiş adla Dağüstü indiki adla Babək küçəsi, 15 nömrəli evdə yaşayır. İş materiallarında olan Cavabdeh3 tərəfindən məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallardan ünvan 4 ünvanında yerləşən 0,035 ha. torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evinin mərhum atası Vaqiv Tağıyevə məxsus olduğu və həmin əmlaka sərəncam verilməsi üçün sağlığında oğlu mərhum Ceyhun Məmmədova etibarnamə verdiyi, atamın vəfatından sonra Cavabdeh1 həmin əmlakı oğluna satdığı və bu barədə aralarında alqı-satqı müqaviləsinin bağladığı, sonradan cavabdehlərin iddialaı əsasında həmin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edildiyi ilə bağlı qeyd etdikləri doğrudur. Lakin ünvan 4 ünvanında yerləşən 0,035 ha. torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evinin mərhum atası Vaqiv Tağıyevin hələ sağlığında iddiaçının oğlu mərhum Ceyhun Məmmədova 6000 manata satdığı, atasının vəfatından sonra Cavabdeh1 başqa vərəsələrin olduğunu bilmədiyi, evi təmir etməsi və təmirinə 15.000 manat xərc çəkdiyi, oğlu mübahisə ilə bağlı məhkəmələrin haqsızlığından bezdiyi və bu mübahisələrdən yükləndiyindən intihar etməsi kimi qeyd etdikləri məntiqi olmayan tam yalan və iftiradır. Belə ki, cavabdehin mərhum atası əvvəllər bankda işləmişdir. Eyni zamanda kənarda əmlak biznesi də olmuşdur və yetərincə maliyyə imkanına malik olmuşdur. Adı çəkilən ünvan 4 ünvanında yerləşən 0,035 ha. torpaq sahəsi və üzərində olan fərdi yaşayış evini 2013-cü ildə almış, təmir etmiş və satışa çıxarmışdır. Həmin müddətdə qonşuluqda yaşayan mərhum Ceyhun Məmmədovu tanımışdır. Sonradan Moskva şəhərinə köçdüyündən, evin satılmasını Ceyhuna tapşırmış və ona etibarnamə vermişdir. Atasının dediyinə görə həmin ev, təmir və tikintisi ilə hələ o vaxtları ona 10.000 manata başa gəlmiş, 15.000 manat satışa qoymuşdur. Ceyhuna 6000 manata satıldığının deməsi belə ağlabatan deyildir. Eləcə də əgər ona satmışdırsa və pulunu da vermişdisə, etibarnamə verməzdi, özü də onun özünün adına, elə alqı-satqı edərdi. Bundan başqa atasının vəfatından sonra Ceyhun Məmmədov birinci olaraq anası Rəna Axundovanın yanına gəlmişdir. Çünki o, Rəna Axundovanı tanıyırdı. Atası Moskvada olanda anası bir neçə dəfə həmin evi almaq istəyənlərə göstərmək üçün orada olmuş və Ceyhunla görüşmüşdür. Nənəsi Cavabdeh1 isə Ceyhun ümumiyyətlə tanımamışdır. Evi ona satmağı istəmişdir. Cavabdehin anası d ona başqa vərəsələrin də varlığını, məsələni onlarla da razılaşdırılmalı olduğunu bildirmiş və Fuadın telefonunu vermişdir. Bundan sonra onlar birləşib, cavabdehlərdən xəbərsiz qanunsuz işlərə bulaşmışlar. Belə ki, X24 cavabdehin nənəsi Cavabdeh1 kürəkəni, qızı X8 həyat yoldaşıdır. Nənəsi yaşlı taqətsiz qoca olduğundan verdiyi etibarnamə əsasında onu hər yerdə X24 təmsil edir və nənəsinin adından sərbəst qərarlar qəbul edir. Cavabdehlərin vərəsə olduqlarını da gizlətmiş, həmin evə tək nənəsinin adına çıxarış almış və Ceyhun Məmmədovdan 6000 manat alaraq, öz aralarında alqı-satqı etmişdirlər. Məhz buna görə həmin alqı-satqı və çıxarış etibarsız hesab edilmişdir. Mübahisəyə Şamaxı rayon Məhkəməsində baxılanda Ceyhun Məmmədov cavabdehlər - iki vərəsəyə 10.000 manat ödəməklə barışığa gəlmiş və barışığı təsdiqləmək üçün anası iclas günü rayon məhkəməsinə getmişdir. X35 danışdığını və Fuad onun işini həll edəcəyini demiş, özü təklif etdiyi barışıqdan imtina etmişdir. Fuad acgözlüyündən bütün miras əmlaklarla da eyni hərəkətlər etmişdir. Başqa əmlaklarla bağlı dolayı yollarla miras paylarına sahibləndiyi üçün onun barəsində şikayətlərinə prokurorluqda baxılır. Sumqayıt Apellyasiya Məhkəməsində iş gedəndə cavabdehin anası Ceyhuna yetimlərin mirasında halalığın gözlənilməsini, Fuadın onu aldatdığını, onun fitnəsinə uymamasını təklif etmişdir. Lakin Ceyhun ona alqı-satqıdan əlavə evin məsələsinin düzəldilməsi üçün Fuadın ondan 5000 manat aldığını və mütləq qaydada sonunda iş onun xeyrinə həll ediləcəyinə inandığını bildirmişdir. Qətnamənin elanından sonra, son görüşlərində də danışıqları belə olmuşdur ki, Ali Məhkəmə işi onun xeyrinə həll etmədiyi halda pulunu Fuaddan alacağını və üstünə də 5.000 manat qoyub bizə verəcəyini bildirmişdir. Anası da onunla razılaşmış, icradan imtina edəcəyinə söz vermişdir. Ali Məhkəmənin qərarından sonra cavabdehin anası telefonla onu yığmış, lakin cavab olmamışdır. Sonradan intihar etdiyi məlum olmuşdur. Cavabdehlərin ona qarşı heç bir kinküdrətiolmamışdır. O, da cavabdehlər kimi Fuadın hiylələrinə aldanmış, dolandırılmışdır. Hər bir halda belə nəticə etibarı ilə əmlakla bağlı sonunda aralarında bir razılaşma olmuş və əmlak zatən ona qalacaqdı. Belə olan halda adam özünü bu məsələdən ötrü niyə asmalıdır? Cavabdehin miras əmlakla bağlı qeyd etdiklərinin hamısı, mərhumun qohumları tərəfindən onlara qara yaxmaq niyəti ilə verdikləri şikayətin prokurorluqda araşdırılmasında təsdiqini tapmış və Ceyhun Məmmədovun intihar etməsinin ümumiyyətlə bu işlə heç bir əlaqəsi olmadığı müəyyən edilmişdir. Əgər iddiada qeyd edildiyi kimi evin qiyməti 6000 manatdırsa, onun təmir xərci 15.000 manat ola bilməz. Bazarda həmin ərazidə bu kimi evlərin ortalama qiyməti 25-30 min manat civarındadır. Buna nisbətdə də təmir xərclərinin 15.000 manat olduğu məntiqə uyğun deyildir. Çünki təmin evin dəyərinin maksimum 1/5 hissəsini təşkil edə bilər.Bundan başqa atam həmin evi alandan sonra 2013-2014-cü illərdə yenidən qorumuş və təmir etdirmişdir. Ceyhun onu təkrar niyə təmir etdirsin ki? Məhkəmədə demişdir ki, alqı-satqıya pulu olmadığından, alqı-satqını etməmiş, etibarnamə götürmüşdür. Alqı-satqının xərci 150-200 manatdır və buna imkanı yoxdur. Onda təmirə verilən 15000 manat hardandır? Bütün bunlar iddianın qarşı əsassız olduğu və heç bir məntiqə söykənmədiyini göstərir. Həmçinin cavabdehlər vərəsələr olaraq - Cavabdeh3 və bacısı X10 mərhum Ceyhun Məmmədovla miras əmlakla bağlı heç bir mülki münasibətləri olmamışdır. Əksinə o, digər vərəsənin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi ilə əlbir olub, mirasda paylarına sahiblənmək üçün birgə hərəkətlər etmişlər. Cavabdehlər isə hər zaman işi barışıqla yoluna qoymağa çalışmış və cavabdehin anası son görüşdə məsələ ilə bağlı Ceyhun Məmmədovla orta razılaşmaya da gəlmişdirlər. Qeyd edilənləri əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum oğlu X3 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh1 ilə X17 arasında bağlanmış 16 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə X7 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2061/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və X7 həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. X17 02 may 2024-cü il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı həmin mənzilin alqı-satqısı ilə bağlı mərhum X18 verdiyi 6000 manat pulun X15 vərəsələri olan cavabdehlərdən alınması və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinə oğlunun çəkdiyi yenidənqurma və tikinti işləri üçün 15000 manat olmaqla, ümumilikdə 21000 manat pul və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə ola sübutları və işin faktiki hallarını qiymətləndirib belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığa dair (həmin mənzilə çəkilmiş xərc və mənzilin alınması üçün ödənilmiş pul vəsaiti ilə bağlı) məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə araşdırması zamanı qeyd olunan hallar öz təsdiqini tapmadığından və iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar