Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-622/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə X5 arasında Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 26A saylı evin 33 saylı mənzilinin (bundan sonra - Mənzil) alqı-satqısına dair xx.xx.2023cü il tarixdə daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və iddiaçının Mənzilə dair mülkiyyət hüququ ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh keçmiş mülkiyyətçinin oğludur, o, hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadırlar.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
2. İddiaçı X5 Cavabdeh və yetkinlik yaşma çatmayan övladı xx.xx.2021-ci il təvəllüdlü X2 Mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil xx.xx.2003-cü il tarixdə verilmiş çıxarışa əsasən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş və onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğludur və xx.xx.2021-ci il təvəllüdlü X4 onun qızıdır. Cavabdeh uşaqlıqdan ona məxsus Mənzildə qeydiyyatda olsa da, 2018-ci ildən Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən ünvansız evdə yaşayır. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin evə qeydiyyata düşə bilmir. Cavabdeh 4 ildən artıq müddətdir ki, ona məxsus mənzildə yaşamır və o, cavabdehə mənzili sataraq, əldə olunan pul vəsaiti hesabına ayrıca mənzil almağı təkif etsə də, cavabdeh mənzilin satılmasını razılıq verməyərək, onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər.
4. İddiaçı X1 iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mənzilin mülkiyyətçisinin hazırda İddiaçı olduğunu bildirirərək onu əsl iddiaçı olan İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir.
b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
6. Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
8. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini tam qəbul edərək bildirdi ki, o, təxminən 4 ilə yaxın müddətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, R.Göyüşov küçəsində yerləşən sənədsiz evdə öz ailə üzvləri ilə birlikdə yaşayır.
Mülki işə tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun
11. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
17. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi əsasında Mənzil iddiaçının mülkiyyətinə keçmiş və Mənzilə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir. Cavabdeh keçmiş mülkiyyətçinin övladıdır. Evə dair əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ona görə də, məhkəmənin qənaətinə görə həmin cavabdehə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunmuş müddəlar tətbiq olunmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
19. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdeh Mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü (övladı) olduğundan onun da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin o, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, artıq 4 ildir ki, mübahisəli Mənzildə deyil, Bakı şəhəri, Suraxanı rayonu, Zığ kəndi, R.Göyüşov küçəsində yerləşən sənədsiz evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Mənzildən istifadə hüququ ilə bağlılıqlarını daimi olaraq kəsmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
20. İşin hallarından göründüyü kimi, iddiaçı mülkiyyətçinin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə o, iddiaçının ailə üzvü deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.
21. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5ci maddəsi).
22. Məhkəmə iddia tələbinin yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X3 aid hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, o, hazırda valideynləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ kəndi, R.Göyüşov küçəsində yerləşən sənədsiz evdə yaşayır, mübahisəli Mənzildə isə heç vaxt yaşamamışdır.
23. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” AR Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 26A saylı evin 33 saylı mənzilinə dair Cavabdeh və xx.xx.2021-ci il təvəllüdlü X2 istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı