Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-625/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1281/2020 saylı 12 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə 15000 ABŞ dolları tutulması qət edilmişdir.
2. Cavabdeh iddiaçıya olan borcunu ödəyə bilmədiyi üçün Xətai Rayon İcra şöbəsi Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsini hərrac protokoluna əsasən iddiaçıya vermişdir. Həmin protokola əsasən iddiaçıya 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Texniki Pasport” verilmişdir.
3. Cavabdeh hal-hazırda həmin qeyri-yaşayış sahəsindən iddiaçının istifadə etməsinə icazə vermir. Qeyri-yaşayış sahəsini boşaltmır.
İddiaçının tələbi:
4. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 6 saylı evin yanında yerləşən qarajın boşaldılaraq Cavabdeh çıxarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında çıxış edən İddiaçı öz izahatında bildirmişdir ki, iddiasını müdafiə edir, məhkəmədən sözügedən qarajın boşaldılmasını xahiş edir. Eyni zamanda, cavabdehi may ayının axırına kimi gözləyəcəyini, əgər pulunu qaytararsa qarajı ona qaytaracağını, əks halda qarajı satacağını bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, sözügedən qaraj 2004-cü ildən onun mülkiyyətindədir, lakin onun deyil, sadəcə onun adına alınmışdır. Vəli adlı tanışınındır və onun istifadəsindədir. Onun iddiaçının puluna ehtiyacı yoxdur və pulu da aldıqdan sonra Nisbət Fərəhova adlı xanıma vermişdir. Hal-hazırda həmin şəxslə bağlı Binəqədi rayon İstintaq İdarəsinə ərizə yazmışdır, o, axtarışdadır, Türkiyədədir. Həmin şəxsdə 15000 dollar iddiaçının 450000 dollar özünün pulu vardır. İddiaçı onu may ayına kimi gözləsə həmin şəxsdən pulu alıb ona qaytara biləcəyini bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Cavabdeh və İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 9500 ABŞ dollar dəyərində (16150 manat məbləğində) borc pul verir. Borc alan krediti xx.xx.2019-cu il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.
9. Cavabdeh və İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 5500 ABŞ dollar dəyərində (9350 manat məbləğində) borc pul verir. Borc alan krediti xx.xx.2019-cu il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.
10. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Xətai rayonu icra və probasiya şöbəsinə ünvanlanmış 22 may 2019-cu il tarixli, 484 nömrəli məktuba əsasən, Cavabdeh və İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli kredit müqavilələrinə əsasən, Cavabdeh İddiaçı 15000 ABŞ dolları, indiki kursla 25500 manat bu günə kimi ödənilməmişdir. Adı gedən kredit müqavilələri ləğv edilməmiş, barələrində icra qeydi aparılmamışdır. xx.xx.2019-cu il tarixində adı çəkilən kredit müqavilələrinə 8İ-3899 və 8İ-3900 saylı reyestrlə İddiaçı icra qeydi verilmiş və icra edilməsi üçün Xətai rayonu icra və probasiya şöbəsinə göndərilmişdir.
11. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1281/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsiatinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5445/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
13. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-110/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Cavabdeh məxsus Bakı Şəhəri, Qaqarin küçəsi, 6 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) üzərinə həbs qoyulması qərara alınmışdır.
14. xx.xx.2005-ci il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı (X2) Bakı Şəhəri, Tİ və MHQİ-nin 30/601 №-li xx.xx.2005-ci il tarixli 1№-li arayışına və xx.xx.2001-ci il tarixli, 3/1992 №-li Texniki pasporta əsasən ona məxsus olan, Bakı şəhəri, Qaqarin küçəsi, 6 №-li evin yanında yerləşən, ümumi sahəsi 31,0 kv.m olan qarajı alıcının (Cavabdeh) mülkiyyətinə verir.
15. Xətai rayon icra şöbəsi tərərfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx/xx-7182/19 nömrəli məktuba əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1281/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh 15000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. Cavabdeh məxsus Bakı şəhəri, Qaqarin küçəsi, 6 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) qiymətləndirici dəvət olunaraq 18000 manat müəyyən olunmuş, həmin qeyri-yaşayış sahəsi hərracda satılmalı və satışdan əldə olunmuş 18000 manat pul vəsaiti İddiaçı ödənilməlidir. Bakı şəhəri, Qaqarin küçəsi, 6 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsinin (qaraj) üzərindən məhdudiyyətin götürülməsinə, həmin əmlakın tələbkar İddiaçı adına rəsmiləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
16. "xxxx" MMC tərəfindən verilmiş Bakı Şəhəri, Qaqarin küçəsi, 6 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) bazar dəyərinin müəyyən edilməsi barədə 3292 №-li qiymətləndirmə hesabatına əsasən, qarajın bazar dəyəri 18000 manat təşkil edir.
17. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Qaqarin küçəsi, 6 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 18000 manat müəyyən edilmişdir. Əmlakı əldə edən mülkiyyətçi 7 təqvim günü ərzində Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir.
18. "xxxx" MMC X1 25/1№-li, 28 mart 2023-cü il tarixli Protokola əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Qaqarin küçəsi, 6 saylı evin yanında yerləşən qiyməti 18000 manat olan qeyri-yaşayış sahəsi Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1281/2020 saylı icra vərəqi və Xətai rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli, №17/74-151/9 saylı sifariş məktubu əsasında hərracda satılmışdır. Hərracın qalibi İddiaçıdur.
19. xx.xx.2001-ci il tarixində tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu.
20. Bakı 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Texniki Pasporta əsasən, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 6 saylı evin yanında yerləşən qarajın hüquq subyekti İddiaçıdur.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
24. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
26. Belə ki, mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi olmuş (§11, §12), məhkəmə qətnaməsinin icrası məqsədilə cavabdehə məxsus qaraj hərrac vasitəsilə satılmış, cavbdeh həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir (§18). Hal-hazırda mübahisə predmeti olan qaraj iddiaçının mülkiyyətindədir (§20), lakin qarajın əvvəlki mülkiyyətçisi əmlakı hazırki mülkiyyətçiyə təhvil vermir, onu boşaltmır.
27. AR MM-nin 157.2-ci maddəsinin maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olması; 3) özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır; 5) geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalıdır; 6) əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Göstərilən altı şərt və iddianın elementləri mövcud olduqda vindikasiya iddiası verilir.
28. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf qarajın onun faktiki sahibliyində olmamasına, başqasının mülkiyyətində olmasına istinad etməsinə baxmayaraq, bu halları sübuta yetirən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, MM-nin 157-ci maddəsinin tələblərinə əsasən iddiaçı mübahisə edilən qeyri-yaşayış sahəsinin konkret olaraq hansı cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
30. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
31. Məhkəmə qeyd edir ki, iddiaçı qarajın mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehin isə iddiaçıya məxsus daşınmaz əmlaklarından istifadəyə maneənin yaradılması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması işin materialları ilə tam təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 6 saylı evin yanında yerləşən qaraj Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
Məhkəmə xərcləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 6 saylı evin yanında yerləşən qaraj boşaldılaraq Cavabdeh çıxarılsın və qaraj İddiaçı təhvil verilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova