Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6319/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Mirağa oğlunun iştirakı ilə, İddiaçı Mirağa oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Mirağa oğlu Cavabdeh qarşı cavabdehdən 3000 manat məbləğində maddi zərər, 2000 manat məbləğində mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh Qəzməmməd oğlundan iddiaçının xeyrinə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pulun tutulmasnı xahiş etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024- cü ildə Bakı şəhərində yaşamış bacım X1 razılığı ilə onun yaşadığı və sahibliyində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 4, 28 saylı mənzilə qeydiyyata düşmək istəmişdir . Belə ki, həmin mənzilin iddiaçının bacısının adına alınmasında, mənzilin kommunal xərclərinin ödənilməsində, xəstə bacısının sağalması üçün lazım olan bütün maddi xərcləri də iddiaçı çəkmişdir . Eyni zamanda, iddiaçının bacısı bütün bunlara görə də mənzilin onun ölümündən sonra iddiaçıya qalacağına dair “Vəsiyyətnamə” də vermişdir . Həmin tarixdə Binəqədi rayon Polis idarəsinin yaxınlığında sonradan tanıdığı Cavabdeh rast gəlmiş, o iddiaçıdan polis idarəsində nə işinin olduğunu soruşmuş, iddiaçı da həmin mənzilə qeydiyyata düşmək istədiyi bildirmişdirş Cavabdeh qardaşının Milli Məclisin deputatı olduğunu bildirmiş, iddiaçıya kömək edəcəyini demişdir. İddiaçının bacısının həmin mənzilinə çıxarış(kupça) almaq və evə qeydiyyata salınmağı üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı bankdan pul götürmüş, şəxsiyyət vəsiqəsini və bütün sənədləri vermişdir. Lakin bu günə kimi heç bir iş görülməmiş, cavabdeh iddiaçını aldatmış, iddiaçının ona olan etibarından sui- istifadə etməklə - pulunu mənimsəmişdir. İddiaçı dəfələrlə həmin məbləğin qaytarılmasını iddiaçıdan tələb etmiş, lakin iddiaçı telefon zənglərinə cavab verməmiş, müxtəlif bəhanələr ilə bundan boyun qaçırmışdır. Bununla da, iddiaçı məcbur olaraq Polis orqanlarına da şikayətlər vermişdir. Cavabdeh məsuliyyətə cəlb olunması və iddiaçıdan dələduzluq edərək aldadıb aldığı 4950 manat məbləğin qaytarılmasını tələb etmişdir . Tərəflərin izahatı: İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini, eyni zamanda iddianı müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Əhmədov X2 Yagir Mirağa oğlundan onun bacısına məxsus olmuş Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 4, 28 saylı mənzilə çıxarış(kupça) almaq və evə qeydiyyata alınması üçün 5000 manat məbləğində pul almışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 241. Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əhmədov X2 Yagir Mirağa oğlundan onun bacısına məxsus olmuş Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 4, 28 saylı mənzilə çıxarış(kupça) almaq və evə qeydiyyata alınması üçün 5000 manat məbləğində pul almışdır. Lakin cavabdeh iddiaçıya vəd edilmişləri icra etməmişdir. Bununla da Cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda, iddiaçını verdiklərini tələb etmək hüquq vardır. Odur ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 5000 manat məbləğində pul vəsaiti İddiaçı Mirağa oğluna geri qaytarmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddianın təmin edilmiş həcminə mütənasib olaraq cavabdeh Bay Cavabdeh aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 (yetmiş bir) manat məbləğində pul vəsait tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6319/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-6319/2025
12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver