Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6364/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının xeyrinə 1706 manat maddi, 4000 manat mənəvi və dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 70 manat, cəmi 5776 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə Sabirabad rayonunda anadan olmuşdur. xx.xx.2021 -cı il tarixində rəsmi olaraq öz adına olan ** FX *** dövlət qeydiyyat nişanlı Nissan X-Trail markalı avtomobili ilə xx.xx.2022-ci il tarixində saat 15:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi 22-ci Dağlıq küçəsində yolun hərəkət hissəsinin sağ tərəfində saxlayıb tam dayanma vəziyyətinə gətirdikdən sonra avtomobildən düşüb evə çörək almaq məqsədi ilə təndirə yaxılaşmışdır. Təndirin qarşısında gözləyərkən anidən ağ rəngli “Ford Fusion” markal ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil sol istiqamətə dönmə əməliyyatı aparmaq istəyən zaman sağdan hərəkətdə olan göy rəngli “Chevrolet Cruiz” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu görmüşdür. Toqquşmanın təsirindən “Chevrolet C'ruiz" markalı avtomobil hərəkətini dayandıra bilməyib 10-12 metr irəli doğru hərəkət edərək avtomobilin ön tərəfi ilə mənə məxsus olan avtomobilimin arxa tərəfinə çırpıldı. Binəqədi RPİ tədqiqatçısı günahkar-təqsirkar “Ford Fusion’ markalı avtomobilin sürücüsü Cavabdeh olduğunu bildirmişdir. Məhkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli 8/777 saylı rəyi vermiş yol nəqliyyat hadisəsi “Ford Fusion” markal ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri ucbatından baş verməsi müəyyən edilmişdir. X6-S avtoservis mərkəzində avtomobilə baxış keçirilmiş və yekun qüsur aktına əsasən iddiaçının ** FX *** dövlət qeydiyyat nişanlı Nissan X-Trail markalı avtomobilinə 2800 AZN məbləğində maddi ziyan dəymişdir. Mütənasiblik tətbiq olunaraq 21.88 % yəni 1093.75 AZN ödəniş edilinəsi qərar verilmişdir. xx.xx.2022-ci il tarixində göstərilən (1093.75 AZN) vəsait Bakı Sığorta şirkəti tərəfindən Beynəlxalq Bank hesabıma köçürülmüşdür. Ödənilməmiş 1706 AZN pulun ödənilməsi üçün cavabdehə müraciət etmişdir.Lakin o, göstərilən məbləği ödəməkdən imtina etdi. Hadisə nəticəsində iddiaçı maddi və mənəvi zərər çəkmişdir . Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın tesviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPl-nin DYPŞ-yə göndərilməsi, qərarın surəti melumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, 31 yanvar 2022-ci il tarixdə qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi» haqqında qərarın nəticəsi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə baş vermiş yolnəqliyyat hadisəsinin «Ford Fusion» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri ucbatından baş verməsi müəyyən edilmişdir. Odur ki, «Ford Fusion» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunduğundan və vətəndaş X1 yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri alması faktı əsasında toplanmış materialda cinayət tərkibli xüsusatlar olmadığını nəzərə alaraq, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı məxsus “Nissan X Trail" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferi, arxa kapotu, arxa alın şüşəsi və arxa baqajına zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin sığorta aktının və məxaric orderinin surətlərindən görünür ki, İddiaçı 1087.5 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin müiki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan, Cavabdeh tərəfindən idarə edilən «Ford Fusion» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olan, X3 tərəfindən idarə edilən «Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə «Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi, ön bufer, ön kapot və.s zərər dəymişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 769/2022 saylı, xx.xx.2022-ci il tarixli qəraraın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi və Cavabdeh inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq ərazidə X1 idarə etdiyi “Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi «Ford Fusion» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, həmin toqquşmanın təsirindən «Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Nissan X Trail" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılmışdır və nəticədə İddiaçı məxsus “Nissan X Trail" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı hadisənin Cavabdeh təqsiri üzündən baş verdiyini iddia edərək, hadisə nəticəsində onun avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh inzibati məsuliyyətdən azad edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 17 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddıaçıya dəymiş maddi və mənəvi ziyan cavabdehin qanunazidd əməli nəticəsində baş verdiyi sübuta yetirilmədiyinə görə iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının xeyrinə 1706 manat maddi, 4000 manat mənəvi və dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 70 manat, cəmi 5776 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6364/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6364/2022
23.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver