Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6736/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə oğunun iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh imtinasının əsassız hesab edilməsi, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2004-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.02 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində iddiaçı 2022-ci ilin yanvar ayında fərdi ev inşa edərək, ailəsi ilə birlikdə həmin vaxtdan göstərilən ünvanda yaşayır. Ev tamamilə birgə yaşayış qaydalarına yararlıdır. Həmin mənzildə iddiaçının işıq və su sayğaclarım vardır və iddiaçı onlardan istifadə edir. Məlumat üçün bildirir ki, iddiaçı həmin fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün əvvəlcə ASAN Kommunala müraciət etmiş, lakin onlar tərəfindən iddiaçıya qanunamüvafıq qaydada cavab verilməmişdir. Bundan sonra iddiaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə, yəni Cavabdehnə qaz xəttinin çəkilməsi barədə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilatın əməkdaşları iddiaçıya şifahi şəkildə bildirmişlər ki, “X1 Cəmiyyəti” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Məlumat üçün bildirir ki, yazılı qaydada xx.xx.2025-ci il tarixində Cavabdehnə etdiyi müraciətinə 15 (on beş) iş günü müddətində ona cavab verilməli idi, lakin qanunvericiliyə uyğun olaraq iddiaçı həmin ərizəyə cavab verilməməsini imtina kimi qəbul edir. Yuxarıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə edilən mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçı inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmişdir və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Torpaq sahəsinin ümumi ölçüsü 0.02 ha təşkil edir. Bundan başqa cavabdehin imtinasından biri də Cavabdeh Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının AR Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarını kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməsi, 0.025 ha torpaq sahəsində inşa etdiyim fərdi yaşayış evinin qaz xəttinin çəkilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, torpaq sahəsinin çıxarışı olduğunu, mənzilin çıxarışının isə olmadığını bildirdi. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, qanunvericiliyə əsasən çıxarışı olmayan mənzilin qaz təchizatı ilə təmin edilməsi mümkün olmadığından, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin yazılı etirazı: Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893-VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10- 1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 2(011)-6736/2025 saylı işin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2 Yeni ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 214-cü Binə qəsəbəsi 15 ünvanında yerləşən 0.02 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi dövlət tərəfindən İddiaçı xeyrinə istifadə hüququnun alqı-satqısı növündə yüklü edilmişdir. İddiaçı Əlimövsüm oğlunun ərizəsindən görünür ki, Cavabdeh İB-yə ona yeni sayğacın ayrılması üçün müvafiq təşkilata göstəriş verilməsi barədə müraciət etmişdir. Müraciətini təsdiq edən poçt qəbzini də əlavə etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə əsasən qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının 1.11-ci maddəsinə görə qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Həmin Qaydaların - 1.2-ci bəndinə əsasən texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.03.09. tarixli 17 №-li əmri ilə təsdiq edilib, xx.xx.2009-cu ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları Qaz təchizatının layihələndirmə normaları”nın 8.33-cü bəndinə əsasən şəxsi mülkiyyət kimi vətəndaşlara məxsus olan mövcud yaşayış evlərində, bu normaların 8.31. və 8.32. bəndlərinin tələblərinə uyğun olan, ancaqhündürlüyü 2,2 m-dən az 2 m-ə qədər (daxil olmaqla), olan və həcmləri normativ həcmlərdən 1,25 dəfə-dən az olmamaqla artıq olan otaqlarda, qaz pilətələrinin qoyulmasına yol verilir. Bu halda ayrılmış mətbəxi olmayan evlərdə, qaz pilətəsi qoyulan otağın həcmi, bu normaların 8.31. bəndində göstərilən ölçülərdən iki dəfə böyük olmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaqsahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və iş üzrə üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2 Yeni ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 214-cü Binə qəsəbəsi 15 ünvanında yerləşən 0.02 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində yaşayır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyətini təsdiq edən sənədi mövcud olmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2 Yeni ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 214-cü Binə qəsəbəsi 15 ünvanında yerləşən 0.02 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi dövlət tərəfindən İddiaçı xeyrinə istifadə hüququnun alqı-satqısı növündə yüklü edilmişdir. Bu da iddiaçının qeyd edilən ünvandan mülkiyyət hüququnun deyil, istifadə hüququnun dövlət reyestrində qeydə alındığını təsdiq edir. Həmçinin həmin çıxarışdan görünür ki, iddiaçının əmlakdan istifadə hüquqları xx.xx.2024-cü il tarixində dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı cavabdehin imtina etməsinin əsassız hesab edilməsini və ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı ilk olaraq onu bildirir ki, iddiaçının hazırda ünvanına qaz xəttinin quraşdırılmasını tələb etdiyi fərdi yaşayış evinin inşası üçün müvafiq icazələr tələb edildiyi halda onlar alınmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətində deyildir. Ona görə də cavabdeh təşkilat tərəfindən qaz xətlərinin çəkilməsi və sayğacın quraşdırılmasında imtina etməsi əsaslı olmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Göründüyü kimi iddiaçı artıq evi inşa edib bitirdikdən sonra cavabdeh təşkilata müraciət etmiş və o, müraciət edən vaxt qanun qeyd edilən müddəası qüvvədə olmuşdur. Məhkəmə “fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” məsələsinə münasibətdə qeyd edir ki, “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir. Yuxarıda sadalanmış normalardan görünür ki, iddiaçının qazla təchiz edilməsini tələb etdiyi obyektin qazlaşdırılması bununla bağlı cavabdeh təşkilat tərəfindən texniki şərtlərin verilməsi yolu ilə mümkündür. Yəni ki, ünvana qaz sayğacının quraşdırılması və qaz xətlərinin çəkilməsi üçün cavabdeh təşkilat tərəfindən qeyd edilən ünvana dair texniki şərtlər verilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə hesab edir ki, hazırda hüquqi aktın geriyə qüvvəsi ona görə iddiaçıya şamil edilməməlidir ki, iddiaçı fərdi yaşayış evinə dair müvafiq icazələr alma və ya evi özünün xüsusi mülkiyyətində keçirmə imkanından məhrum edilməmişdir. Yəni ki, mübahisə bir növ iddiaçının hərəkətsizliyinə görə yaranmışdır. Məhkəmə həmçinin onu qeyd edir ki, hazırkı qətnamə iddiaçının hüquqlarını məhdudlaşdıran akt kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evini xüsusi mülkiyyətinə keçirdikdən sonra cavabdeh onun müraciətindən imtina etdiyi təqdirdə iddiaçı yenidən iddia qaldıra bilər. Hazırkı məhkəmə araşdırmasının predmeti iddiaçının müvafiq icazələr almadan qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması ilə bağlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6736/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6736/2025
24.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver