Məhkəmə qərarları › İş №2(011)-6935/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6935/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6935/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - ərizəçi İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati aktının ləğv edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Prezidentinin bir sıra şəxsiərin Əfv oiunması haqqında" xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunduğu üçün nəqliyyat vasitəsini idarə etmə hüququnun yenidən bərpa olunduğu üçün ona etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsinin yenisi ilə dəyişdirilməsinin cavabdehin Azərbaycan Respublikası Baş X1 idarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPM-nin 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-nin 5.1-ci maddəsi). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (MPM-nin 25.1-ci maddəsi). Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (MPM-nin 50.1-ci maddəsi). Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər (MPM-nin 50.2-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. Azərbaycan Respublikası MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır. Ərizəçinin məhkəməyə göndərdiyi iddia ərizəsi isə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi ilə bağlıdır və bu xarakterli işlərə baxılması qaydası və əsasları isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir (İXM-nin 1-ci maddəsi). Azərbaycan Respublikasının İXM-nin 40.0.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar hesab edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati aktının ləğv edilməsi barədə iddia ərizəsinin qəbul etməsindən imtina edilsin. Ərizəçiyə şikayət ərizəsi ilə aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar