Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7000/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ASC-nin Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun qərarının ləğv edilməsi” barədə iddia ərizəsi üzrə mülki işi məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Xətai rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Kəmalə Həsənova tərəfindən qəbul edilmiş “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi R.R.İsayev ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəməyə iddiaçının “iddia ərizəsinin qaytarılmasına dair” ərizəsi daxil olduğundan, onun mövcud iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun qərarının ləğv edilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7000/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7000/2022
26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver