Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7013/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən isifadə hüququnun xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X10 Cavabdeh qarşı – Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsindəki 2 nömrəli evin, 156 nömrəli mənzilindən cavabdehin pasport qeydiyyatından çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixli 182428 nömrəli orderlə ünvan 1 ünvanında babası və övladlarına daşınmaz əmlak verilmişdir. Həmin evdə 8 nəfər qeydiyyatdadır. Evdə qeydiyyatda olanların hamısı iddiaçıya etibarnamə vermişdir. Həmin ev iddiaçıya rəhmətlik babasından miras qalmışdır. Babası bütün övladlarına evi iddiaçıya verdiyini demişdir. Buna görə də hər kəs iddiaçıya etibarnamə vermişdir. Əmisi Cavabdeh o evdə qeydiyyatda olsa da, 30 ildən çoxdur ki, o evdə yaşamır. Ona görə də onu qeydiyyatdan çıxarmaq zərurəti yaranmışdır. Orderdən də göründüyü kimi o ev babasına verilmiş və o evdə onun övladları qeydiyyatdadır. Məhkəməyə təqdim etdiyi etibarnamələrdən də görünür ki, həm bibiləri həm əmisi iddiaçıya etibarnamə vermişdir. Hətta iddiaçının bacıları da iddiaçıya etibarnamə vermişdir ki, onları o evdən qeydiyyatdan çıxarsın. Sadəcə Elxan qeydiyyatdan çıxmaq üçün etibarnamə verməmişdir. İlk əvvəl Cavabdehda qeydiyyatdan çıxmağa razılaşsa da, daha sonra bu fikirdən daşınmışdır. Həm qohumlar, həm də qonşular şahidlik edə bilər ki, Cavabdeh uzun zamandır o evdə yaşamır və o ev iddiaçıya məxsusdur. Hamı da buna razılıq vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı X10 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 2, mənzil 156 ünvanı üzrə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 93 saylı MKİS tərəfindən cavabdehin həmin mənzildə yaşamamasına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehin həmin mənzildə yaşamamasına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1980-ci il tarixli, 182428 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi 1731 ünvanında yerləşən 2 nömrəli evin, 156 nömrəli mənzilinə X11, X12, İddiaçı, X2, X5, X13, X6, X7, Cavabdeh, X8, X9 və X1 istifadə hüquqları xx.xx.1980-ci il tarixdən yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2 saylı evin, 156 nömrəli mənzilində qeydiyyatdadır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh bacısıdır. O, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2 saylı evin, 156 nömrəli mənzilində qeydiyyatdadır. Cavabdeh mübahisəli mənzildə yaşamır. Həmin ünvanda o, uşaqları, atası İddiaçı və bacısı Validə yaşayır. 4- 5 ildir ki, cavabdehi görməmiş və məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında 6 ildir kirayə mənzildə yaşayır, iddiaçı ilə qonşudur. Cavabdehi heç vaxt görməmişdir. Mübahisəli mənzildə Fərhad, Elşən və bacısı yaşayır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işin materialları və şahid ifadələri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüquqları xx.xx.1980-ci il tarixdən yaranmışdır. Cavabdeh iddiaçının oğludur və Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2 saylı evin, 156 saylı mənzilində qeydiyyatdadır. Cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibəti 1980-ci ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə istifadə hüququnu əldə etmiş cavabdeh uzun müddət mübahisəli mənzildən istifadə etmədiyindən və davamlı surətdə başqa yerdə yaşadığından, onun ünvan 3 ünvan: ünvan 4dən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 5 ünvan: ünvan 6 Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-7013/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7013/2022
09.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver