Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7090/2020 03.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı sənədlərin təqdim edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “xxxx” MMC-nin fəaliyyətinin dayandırılması haqqında müraciətin, “xxxx” MMC fəaliyyətini dayandırarkən 6 saylı Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmiş son maliyyə hesabatının (ƏDV bəyannaməsi, Mənfəət Vergisi bəyannaməsi, ödəmə X2 bəyannaməsi), 2016-cı ildə “xxxx” MMC (sonradan adı dəyişdirilərək “xxxx” MMC olmuşdur) ilə “xxxx” MMC arasında bağlanmış 2.234.400 manatlıq malların Müqaviləsinin və Elektron vergi hesab fakturasının, 2016-cı ilin X1 və Əlavələrin surətlərinin, 2016-cı ilin Ödəmə X2 Bəyannamələrinin surətlərinin (1,2.3.4-cü rüb), 2016-2017-ci illərdə aparılan Səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsi. Mənfəət Vergisi bəyannaməsi), xx.xx.2016cı ildən xx.xx.2020-ci ilədək Vergilər İdarəsi tərəfindən təsdiqlənmiş Şəxsi hesab vərəqələrinin surətlərinin cavabdehlərdən alınaraq iddiaçıya təqdim edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Müli-Prosessual Məcəlləsinin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olsa belə, onun iddia tələbi kommersiya hüquqi şəxs olan “xxxx” MMC-nin fəaliyyəti ilə bağlı korporativ tələb (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) hesab edildiyindən, hazırkı iddia ərizəsinə kommersiya məhkəməsində baxılmalıdır. Buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 153-cü maddələrini rəhbər tutaraq qərara aldı: İdiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı xxxx” MMC-nin fəaliyyətinin dayandırılması haqqında müraciətin, “xxxx” MMC fəaliyyətini dayandırarkən 6 saylı Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmiş son maliyyə hesabatının (ƏDV bəyannaməsi, Mənfəət Vergisi bəyannaməsi, ödəmə X2 bəyannaməsi), 2016-cı ildə “xxxx” MMC (sonradan adı dəyişdirilərək “xxxx” MMC olmuşdur) ilə “xxxx” MMC arasında bağlanmış 2.234.400 manatlıq malların Müqaviləsinin və Elektron vergi hesab fakturasının, 2016-cı ilin X1 və Əlavələrin surətlərinin, 2016-cı ilin Ödəmə X2 Bəyannamələrinin surətlərinin (1,2.3.4-cü rüb), 2016-2017-ci illərdə aparılan Səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsi. Mənfəət Vergisi bəyannaməsi), xx.xx.2016cı ildən xx.xx.2020-ci ilədək Vergilər İdarəsi tərəfindən təsdiqlənmiş şəxsi hesab vərəqələrinin surətlərinin cavabdehlərdən alınaraq iddiaçıya təqdim edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7090/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7090/2020
03.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver