Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7090/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Bəşərəddin oğlu Mehrəliyev iddiaçı Neftçala rayon Qədimkənd Aqrofirmasının rəhbəri X2 cavabdeh Azəriqaz İB-yə qarşı mağazanın qarşısından 15 metr uzunluğunda və Aqrofirmanın həyətinə giriş üçün 7 metr enində girişin açılmasının Azəriqaz İB-yə həvalə edilməsinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı Neftçala rayon Qədimkənd Aqrofirmasının rəhbəri X3 cavabdeh Azəriqaz İByə qarşı mağazanın qarşısından 15 metr uzunluğunda və Aqrofirmanın həyətinə giriş üçün 7 metr enində girişin açılmasının Azəriqaz İB-yə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 13-cü bəndindən müəyyən olunur ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, təbii qaz təchizatını həyata keçirən X1 inzibati orqan sayılmadığı halda belə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələr olduğu təqdirdə mülki işə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Həmin Plenum qərarının 14-cü bəndindən isə müəyyən olunur ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Belə ki, hazırki iddia tələbi təbii inhisar subyekti olan Azəriqaz İB-nin və Neftçala rayonu Qədimkənd firması arasında ümumi hüquq sahəsində yaranmış giriş açılması vəzifəsinin Azəriqaz İB-yə həvalə edilməsi ilə bağlı Azəriqaz İB-nin hərəkətsizliyindən irəli gələn mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ona görə də hesab edirəm ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iddia ərizəsinə inzibati icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin, hesab edirəm ki, iddiaçının iddia ərizəsi geri qaytarıldığından X3 tərəfindən 142213 büdcə səviyyə kodlu dövlət büdcəsinə “Kapital Bank ASC” ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş K0208011 terminal nömrəli 23914 qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153.2, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Neftçala rayon Qədimkənd Aqrofirmasının rəhbəri X2 cavabdeh Azəriqaz İByə qarşı mağazanın qarşısından 15 metr uzunluğunda və Aqrofirmanın həyətinə giriş üçün 7 metr enində girişin açılmasının Azəriqaz İB-yə həvalə edilməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı Neftçala rayon Qədimkənd Aqrofirmasına hazırkı iddia ərizəsi ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı X3 tərəfindən 142213 büdcə səviyyə kodlu dövlət büdcəsinə “Kapital Bank ASC” ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş K0208011 terminal nömrəli 23914 qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7090/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7090/2022
28.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver