Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7115/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi dair” iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 iddiaçıya məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və Cavabdeh4 iddiaçıya məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 saylı notariat kontorundan rəsmiləşdirərək almışdır. Belə ki, iddiaçıya həmin mənzilə dair mülkiyyət sənədi (qeydiyyat vəsiqəsi) verilmişdir. Lakin mülkiyyətində olan mənzildə cavabdehlər istifadə hüququ olmadan iddiaçının mənzilində qeydiyyatdadırlar. Cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, orada yaşamırlar. Bununla bağlı iddiaçı Xətai rayon Polis şöbəsinə müraciət edərək cavabdehlərin onun mənzilindən çıxarılmalarını xahiş etmişdir. Lakin oradan iddiaçıya mülki məsələ olduğunu və buna görə də məhkəməyə müraciət etməli olduğu barədə hüquqları izah olunmuşdur. İddiaçı bildirir ki, cavabdehləri başqa yolla mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxara bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində zərurəti yaranmışdır. Çünki cavabdehlər sözügedən mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Onların mənzilə qeydiyyatı formal xarakter daşıyır. Mənzil tam olaraq, iddiaçının mülkiyyətindədir və bununla əlaqədar notarial qaydada təsdiq olunmuş çıxarışın surətini iddia ərizəsinə qoşma etmişdir. İddiaçı, formal olaraq qeydiyyatda olduqları üçün mənzil üzərindən sərəncam vermək hüquqlarını tam həyata keçirdə bilməmişdir. Beləliklə, cavabdehlər uzun müddətdir ki, iddiaçının hüququnu kobud şəkildə pozmuşlar.Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı izahat verərək cavabdehlərin qeydiyyatdan çıxmadığı üçün və bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozduğu üçün məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və Cavabdeh4 faktiki yaşayış yerləri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 97 saylı MKİS tərəfindən “2023-cü il də ev satıldığı üçün bu ünvanda yaşamırlar” qeydi yazılmış arayış məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehlərin həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış arayış məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və Cavabdeh4 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh3, X5, X3 ünvan 2 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanında 2023-cü ildə ev satıldığı üçün yaşamırlar. İş materiallarına əlavə olunmuş ********** saylı,xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Məmmədova X1 Asya Xan qızının qanuni nümayəndəsi kimi tanınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında iddiaçının ünvan 1 ünvanı üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdehlər isə mənzilin keçmiş mülkiyyətçisi və keçmiş sakinləri olmaqla olmaqla hazırda həmin mənzildə yaşamırlar və iddiaçının ailə üzvü deyildirlər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsi, ev 71, 51 nömrəli mənzil də qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsi, ev 71, 51 nömrəli mənzilə qeydiyyatı formal xarakter daşıdığından, onlar həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 nömrəli mənzildən istifadə hüquqları itirilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 71, 51 nömrəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7115/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7115/2024
17.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver